Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
Siyasət 23 Dek 2025 14:54:00 62 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Bu xəbəri də oxu: Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır
Son.az xəbər verir ki, dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.
Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.
Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.
Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.
Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.
Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.
Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver
Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay
Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.
Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə
Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir
Qubanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yarana
