Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər
Digərləri 16 Dek 2025 07:07:00 61 0
ABŞ mərkəzli texnologiya şirkəti Alef Aeronautics həm yerüstü hərəkət edə bilən, həm də şaquli şəkildə havaya qalxa bilən elektrikli uçan avtomobili ilə nəqliyyatda yeni mərhələnin əsasını qoymağa hazırlaşır. Model A adlanan avtomobilin 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxılması planlaşdırılır. Avtomobilin ilkin sifariş qiyməti isə təxminən 540 min manat olaraq açıqlanıb.
Bu xəbəri də oxu: Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
Son.az xəbər verir ki, model A klassik avtomobil dizaynını uçuş texnologiyası ilə birləşdirir. Avtomobil adi nəqliyyat vasitəsi kimi yollarda hərəkət edə bilir, lakin ehtiyac yarandıqda gizli pərvanələr işə düşərək nəqliyyat vasitəsini şaquli şəkildə havaya qaldırır. Bu xüsusiyyət sürücülərə tıxacda gözləmək əvəzinə havaya qalxaraq yollarına davam etmək imkanı yaradır.
Alef Aeronauticsin baş icraçı direktoru Jim Dukhovny bildirib ki, layihənin əsas məqsədi yalnız uçan avtomobil istehsal etmək deyil, bu texnologiyanı uzunmüddətli perspektivdə geniş kütlələr üçün əlçatan etməkdir. Barselonada keçirilən Mobil Dünya Konqresində çıxış edən Dukhovny, Model A-nın hazırkı ön sifariş qiymətinin 235 min funt sterlinq (540 min manat) olduğunu və avtomobilin hazırda lüks seqmentə aid edildiyini qeyd edib.
Şirkət seriya istehsalına keçildikdən sonra xərclərin ciddi şəkildə azalacağını gözləyir. Duxovninin sözlərinə görə, kütləvi istehsal sayəsində Model A-nın qiyməti gələcəkdə 25 min funt sterlinqə qədər enə bilər. O, istifadə olunan texnologiyanın düşünüldüyü qədər mürəkkəb olmadığını və böyük həcmdə istehsalın qiymətləri aşağı salacağını vurğulayıb.
İki nəfərlik Model A karbon lifli gövdəsi sayəsində həm yüngül, həm də möhkəm quruluşa malikdir. Texniki göstəricilərə əsasən, avtomobil havada saatda 177 kilometr, yerdə isə nəzəri olaraq 320 kilometr sürət yığa bilir. Lakin qanunvericilik səbəbindən yerüstü sürətin 40-56 km/saat aralığında məhdudlaşdırılması planlaşdırılır.
Uçuş sistemi ön və arxa hissədə yerləşdirilən müstəqil pərvanələr vasitəsilə həyata keçirilir. Yerüstü hərəkət zamanı isə hər təkər üçün ayrıca mühərrikdən istifadə olunur. Şirkət bildirir ki, idarəetmə mexanizmi dronlara bənzəyir və avtomobilin istifadəsi qısa müddətli təlimlə öyrənilə bilər.
Alef Aeronautics Model A-nı 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxmağı planlaşdırır. Əgər bu planlar reallaşarsa, uçan avtomobillər ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilə bilər. Lalə Qüdrətova Son.az
Səhər saatlarında duş qəbul etmək sağlamlığa mənfi təsir göstərə
Qış aylarında H3N2 qripi, Covid-19, RSV və rinovirus kimi infeksiyaların ya
Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsi
Dəmir çatışmazlığının qarşısını alan məhsullar açıqlanıb.
Maliyyə mütəxəssisləri gündəlik pul idarəçiliyində diqqət edilməli o
"İnanıram ki, son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şək
Bu gün Xalq artisti Fatma Mahmudova reablitasiya mərkəzinə yerləşdirilib.
Protein tozları uzun illərdir xüsusilə idman edən və əzələ kütləsini
Müğənni Roza Zərgərli onun barəsində yayılan və "fiziki məhdudiyy
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xa
Son.az 16 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Türkiyədə həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlan
64 yaşlı Hollivud ulduzu Corc Kluni maraqlı açıqlama verib.
