Azərbaycanda hibrid və elektrik maşınlar istehsal ediləcək


Digərləri 12 Dek 2025 18:23:00 67 0

Azərbaycanda hibrid və elektrik maşınlar istehsal ediləcək

Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan Xəzər markalı avtomobillər istehsal olunur. Sosial Xidmətlər Agentliyindən əldə etdiyimiz məlumata görə, hazırda əlillərə təqdim edilən avtomobillər də elə məhz Azərbaycanda istehsal olunan "Xəzər" markalı avtomobillərdir.

Belə ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar.

Lakin Xəzər avtomobillərinin həqiqətən yalnız bu kateqoriyadan olan şəxslərə verilib-verilməməsi və ümumilikdə bazarda niyə yetərincə satılmaması da sual doğuran məsələlərdəndir.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanda yerli avtomobil istehsalı genişlənir və artıq yalnız Xəzər avtomobilləri deyil, eyni zamanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur.

"Vergi Məcəlləsində növbəti ildən etibarən hibrid və elektrik avtomobillərinin ehtiyat hissələri üçün rüsumların müəyyənləşdirilməsi də məhz bu proseslə bağlıdır. Ümumilikdə, avtomobillərin kütləvi istehsalı bir sıra hallarda zaman tələb edir və bu səbəbdən yerli istehsal mərhələli şəkildə artmasına, bazar seqmentində öz yerini tutmasına gətirib çıxarır".

Deputat həmçinin vurğulayıb ki, yerli istehsalın dəstəklənməsi vacibdir və bu istiqamətdə təşviq siyasəti də həyata keçirilir:

"Bununla yanaşı, yerli məhsullara tələbin artması və keyfiyyət standartlarının tam tətbiqi, qorunması da önəmli məqamdır. Çünki region ölkələrinin təcrübəsi göstərir ki, avtomobil bazarında yerli istehsalın uğuru istehlakçı inamının formalaşmasından keçir".

V.Bayramov onu da əlavə edib ki, növbəti ildən yerli istehsal olunan məhsulların (avtomobillərin) sayında artımlar olacaq və bazara daha çox yerli avtomobilin daxil olması müşahidə ediləcək. Onun sözlərinə görə, bu isə nəticə etibarilə, ölkənin avtomobil parkında yerli istehsal seqmentinin genişlənməsinə şərait yaradacaq.

Qeyd edək ki, ölkəmizdə yerli avtomobil istehsalının təşkili ilə məşğul olan müəssisə "Azərmaş" ASC-dir. Hazırda ASC-nin Neftçala və Hacıqabulda avtomobil istehsalı zavodu yerləşir. Müəssisənin fəaliyyəti ilə bağlı məlumat əldə etmək üçün "Azərmaş"-ın təsisçisi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib.

Meteohəssas insanlar üçün sabahın proqnozu like
  • 12 Dek 17:58  
Digərləri Meteohəssas insanlar üçün sabahın proqnozu

Dekabrın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Zelenski ağır döyüşlərin getdiyi Kupyanskda like
  • 12 Dek 17:47  
Dünya Zelenski ağır döyüşlərin getdiyi Kupyanskda

Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin uğurlu əməliy

arrow Ətraflı
Güclü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 12 Dek 17:34  
Digərləri Güclü külək əsəcək XƏBƏRDARLIQ

Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadası

arrow Ətraflı
Vaşinqtonda fövqəladə vəziyyət: Rekord həddə çatdı like
  • 12 Dek 17:30  
Dünya Vaşinqtonda fövqəladə vəziyyət: Rekord həddə çatdı

Qərbi Vaşinqtonda günlərlə davam edən güclü yağışlar nəticəsində �

arrow Ətraflı
"Oxumağım biabırçılıqdır, düz deyir" like
  • 12 Dek 17:22  
Şou-biznes "Oxumağım biabırçılıqdır, düz deyir"

Rəqqasə Fatimə Fətəliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun on

arrow Ətraflı
Cəmi 60 min sürülmüş Çin avtomobilində ciddi problem   VİDEO like
  • 12 Dek 17:17  
Digərləri Cəmi 60 min sürülmüş Çin avtomobilində ciddi problem VİDEO

Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.

arrow Ətraflı
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək like
  • 12 Dek 17:02  
Digərləri Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək

Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsas�

arrow Ətraflı
Haqqında çıxan xəbələrdən sonra işdən də qovdular  FOTO like
  • 12 Dek 17:00  
Şou-biznes Haqqında çıxan xəbələrdən sonra işdən də qovdular FOTO

İllərdir "Bez Bebek" serialındakı "Nana" obrazı ilə ta

arrow Ətraflı
"Rəqsanəyə məndən çox zəng edən, həbsxanaya pay göndərən olmayıb" like
  • 12 Dek 16:50  
Şou-biznes "Rəqsanəyə məndən çox zəng edən, həbsxanaya pay göndərən olmayıb"

Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılova haqqında gözlənilm�

arrow Ətraflı
Havalar kəskin soyuyur  Temperaturu enəcək  XƏBƏRDARLIQ like
  • 12 Dek 16:46  
Digərləri Havalar kəskin soyuyur Temperaturu enəcək XƏBƏRDARLIQ

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şər

arrow Ətraflı
Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir" like
  • 12 Dek 16:27  
Şou-biznes Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı suall

arrow Ətraflı
Ukrayna Xəzərdə iki gəmini vurdu like
  • 12 Dek 15:55  
Dünya Ukrayna Xəzərdə iki gəmini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki hərbi yüklü gəmiyə zərbə

arrow Ətraflı
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir  FOTO like
  • 12 Dek 15:46  
Digərləri Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir FOTO

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından

arrow Ətraflı
Azərbaycanda problemli kreditlərin həcmi ARTIB like
  • 12 Dek 15:43  
Digərləri Azərbaycanda problemli kreditlərin həcmi ARTIB

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb.

arrow Ətraflı