Azərbaycan məktəblərində tənəffüs qaydaları pozulur Təhsil eksperti həyəcan təbili çaldı


Digərləri 12 Dek 2025 16:41:00 74 0

Azərbaycan məktəblərində tənəffüs qaydaları pozulur  Təhsil eksperti həyəcan təbili çaldı

"Məktəblərdə tənəffüs müddəti çox vaxt sadəcə texniki detal kimi qəbul olunur. Halbuki tənəffüs təhsil prosesinin psixoloji və pedaqoji keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir".

Son.az xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 №-li Qərarı ilə təsdiqlənmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" adlı sənəddə ümumi təhsil məktəblərində dərslərarası fasilələrin müddəti barədə belə qeyd olunur:

"2.2.25. Dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir. Fasilələrin təmiz havadan maksimal istifadə etməklə və hərəkətli oyunlarla təşkil olunması vacibdir. Gündəlik dinamik fasilə zamanı böyük fasilənin 45 dəqiqəyə qədər davam etməsinə icazə verilir. Bu müddətin 30 dəqiqəsi idman meydançasında, idman zalında və ya trenajorlarla təchiz olunmuş rekreasiya sahələrində keçirilməlidir".

Lakin ekspertin sözlərinə görə, hazırda əksər məktəblərdə dərslərarası fasilə 5 dəqiqə, yalnız bir böyük tənəffüs isə 10 dəqiqə olaraq tətbiq edilir.

E. Qafarov qeyd edib ki, bu model formal olaraq fasilə yaratsa da, real dincəlmə imkanı vermir. Şagird həmin 5 dəqiqə ərzində sinif dəyişir, pilləkənlə hərəkət edir, bufetə və ya sanitar qovşağa gedir və yenidən dərsə qayıdır:

"Ölkədə fəaliyyət göstərən 4036 məktəbin 900-ə yaxınının şagird sayı 500 nəfərdən çoxdur. Onlardan 400 məktəbdə isə şagird sayı 1000 nəfəri keçir. Bu halda sanitar qovşaqların sayı şagirdlərin sayına adekvat olmur və 5 dəqiqə ərzində sanitar qovşaqdan istifadə faktiki olaraq mümkünsüzləşir".

Ekspert normativ sənəddəki tələbi də xatırladıb:

"2.3.21. Ümumi təhsil müəssisələrinin hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana isə 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlan və qızlar üçün sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m²-dən az olmamalıdır. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir".

Onun sözlərinə görə, belə şəraitdə nə fiziki rahatlama baş verir, nə də emosional boşalma təmin olunur. Psixoloji baxımdan beyin 40-45 dəqiqəlik intensiv diqqətdən sonra yenilənməyə ehtiyac duyur və bu yenilənmə yalnız fasilə zamanı baş verə bilər. Əgər fasilə real deyilsə, yüklənmə dərsdən dərsə daşınır.

E. Qafarov bildirib ki, OECD Education 2030 yanaşmasına görə, şagird rifahı olmadan yüksək akademik nəticələr gözləmək mümkün deyil. Rifah isə yalnız emosional şəraitlə deyil, məktəbin gündəlik ritmi ilə də bağlıdır.

CASEL modelində emosional tənzimləmənin fasiləsiz baş vermədiyi vurğulanır. Uşaq davranışı idarə etmək və sakitləşməyi öyrənmək üçün fasilədə nəfəs almağa vaxt tapmalıdır.

UNESCO da məktəbi insan mərkəzli, təhlükəsiz və inkişaf yönümlü mühit kimi xarakterizə edir. Belə mühitdə tənəffüs cəza deyil, bərpaedici funksiyaya malikdir.

Ekspert əlavə edib ki, 5 dəqiqəlik tənəffüslər əksinə, tələskənliyi, gərginliyi və davranış pozuntularını artırır. Bu pozuntular çox vaxt "intizam problemi" kimi qiymətləndirilsə də, əsl səbəb yorğunluqdur. Müəllim dərsin əvvəlində şagirdləri sakitləşdirməyə vaxt sərf etməli olur ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir.

"Bu məsələ ayrı-ayrı müəllimlərin deyil, məktəb idarəetməsinin məsuliyyət sahəsidir. Nəticə olaraq demək istəyirəm ki, tənəffüs dərsdən kənar zaman deyil, dərsin psixoloji davamıdır. Məktəbdə fasilə nə qədər qısadırsa, tədrisdə gərginlik bir o qədər artır. Göründüyü kimi, dərslərarası fasilə texniki detal yox, məktəb mədəniyyətinin ən vacib hissəsidir".

Mina Mikayılova Son.az

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir" like
  • 12 Dek 16:27  
Şou-biznes Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı suall

arrow Ətraflı
Ukrayna Xəzərdə iki gəmini vurdu like
  • 12 Dek 15:55  
Dünya Ukrayna Xəzərdə iki gəmini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki hərbi yüklü gəmiyə zərbə

arrow Ətraflı
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir  FOTO like
  • 12 Dek 15:46  
Digərləri Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir FOTO

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından

arrow Ətraflı
Azərbaycanda problemli kreditlərin həcmi ARTIB like
  • 12 Dek 15:43  
Digərləri Azərbaycanda problemli kreditlərin həcmi ARTIB

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb.

arrow Ətraflı
Tanınmış rəssam Şahbaz Xuduoğlunu məhkəməyə verdi like
  • 12 Dek 15:35  
Kriminal Tanınmış rəssam Şahbaz Xuduoğlunu məhkəməyə verdi

"Əl işlərimin xəbərsiz istifadə edildiyinə görə başlatdığımız

arrow Ətraflı
Öldürülən Güllünün illər öncə qızı ilə VİDEOsu diqqət çəkdi like
  • 12 Dek 15:18  
Şou-biznes Öldürülən Güllünün illər öncə qızı ilə VİDEOsu diqqət çəkdi

Müğənni Güllünün qızı Tuğyan Ülkem Gülterin anası ilə birlikdə ç�

arrow Ətraflı
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu  işi aparan və ifadə verənlər ermənilərdir like
  • 12 Dek 15:14  
Digərləri Şahin Şıxlınskiyə yekun ittiham elan olundu işi aparan və ifadə verənlər ermənilərdir

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rus

arrow Ətraflı
Ərdoğan Putinlə görüşdü like
  • 12 Dek 15:10  
Dünya Ərdoğan Putinlə görüşdü

Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo

arrow Ətraflı
"Nə ölümə gəl, nə də dirimə..." like
  • 12 Dek 15:04  
Şou-biznes "Nə ölümə gəl, nə də dirimə..."

Müğənni Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə aralarında müzaki

arrow Ətraflı
Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir  Sevil Mikayılova like
  • 12 Dek 14:54  
Siyasət Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir Sevil Mikayılova

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik ideol

arrow Ətraflı
İcra başçının müavini ilə dalaşan şəxs həbs edildi like
  • 12 Dek 14:42  
Digərləri İcra başçının müavini ilə dalaşan şəxs həbs edildi

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının

arrow Ətraflı
Ucarda canavarlar kəndə hücum etdi like
  • 12 Dek 14:37  
Digərləri Ucarda canavarlar kəndə hücum etdi

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

arrow Ətraflı
9 yaşlı uşağı iplə bağlayıb VİDEOya çəkdilər, cinayət işi açıldı like
  • 12 Dek 14:37  
Digərləri 9 yaşlı uşağı iplə bağlayıb VİDEOya çəkdilər, cinayət işi açıldı

İstanbulda bazardan idman geyimi oğurladığı iddia edilən uşaq dükan sahi

arrow Ətraflı
DTX əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar like
  • 12 Dek 14:25  
Digərləri DTX əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbayca

arrow Ətraflı