Kamran Əsədova cinayət işi açıldı Abituriyentlərə cavabları belə ötürürmüş
Digərləri 12 Dek 2025 19:27:00 81 0
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
Bu xəbəri də oxu: Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir. Son.az
"Qafqazenerqoservis" şirkəti ləğv olunduğunu elan edib.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişind�
2026-ci ildə Qurban bayramı may ayında qeyd ediləcək.
"TopSpeed" portalı tarixin ən etibarlı 10 avtomobilini açıqlayıb
Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizç
Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağa
Müğənni Rəqsanə İsmayılova həbsxanada olduğu günlərdə kitab yazdığ
İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmm
Məşhur türkiyəli aktrisa Hande Erçel haqqında yeni iddia ortaya çıxıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov
Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan Xəzər markalı avt
Dekabrın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin uğurlu əməliy
Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadası
