Sosial şəbəkələrdə saxta iş elanları: Aldadıcı tələlər
Digərləri 09 Dek 2025 18:13:00 60 0
Son zamanlar sosial şəbəkələrdə və müxtəlif internet platformalarında paylaşılan iş elanları cəmiyyətin diqqətini cəlb edir. Lakin müraciət edən bir çox şəxs sonradan anlayır ki, bu elanların bəziləri sadəcə aldadıcı məqsədlərlə paylaşılıb. Elanlarda təqdim olunan yüksək maaş, rahat iş saatları və cazibədar şərtlər əslində reallığı əks etdirmir. Əsl niyyət isə çox vaxt şəxsi məlumat toplamaq, foto tələb etmək və ya başqa məqsədlər olur. Bu hal isə vətəndaşlar arasında narahatlıq doğurur.
Bu xəbəri də oxu: Yeni ildən beş bürcün maaşı artacaq
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Son.az-a açıqlamasında bildirib ki, bu gün sosial şəbəkələr üzərindən öz hüquqi məsuliyyətini başa düşməyən bir sıra istifadəçilər real həyatda olan dələduzluğu sosial şəbəkələrə də yansıdırlar.
Ü.Şəfiyevin sözlərinə görə, bəziləri sosial şəbəkələri "boz zona" kimi görərək istədikləri qanunsuz davranışları nümayiş etdirirlər:
"Elə bilirlər ki, burada istənilən addımı ata bilərlər və heç bir hüquqi məsuliyyət daşımırlar. Amma onlar yanılırlar. Necə ki, real həyatda dələduzluq halları hüquqi müstəvidə araşdırılır və cəzalandırılır, eyni qayda onlayn platformalarda da tətbiq edilir".
Sosioloq vurğulayıb ki, hüquq-mühafizə orqanları artıq sosial şəbəkələrdə törədilən belə əməllərlə bağlı bir sıra tədbirlər həyata keçirib və bu cür əməllərin cəzasız qalmadığını göstərib.
Həmsöhbətimiz söyləyib ki, bu tip istifadəçilər diqqətli olmalı və bilməlidirlər ki, həm hüquqa, həm də etikaya zidd davranışlar məsuliyyət yaradır.
Şəfiyev eyni zamanda qeyd edib ki, belə tələlərə düşən qurbanların maariflənməsi də xüsusi önəm daşıyır:
"İnsanlar bilməlidirlər ki, belə dələduzlar var və onların tələsinə düşməmək üçün hüquqi baxımdan məlumatlı olmalıdırlar. Əgər belə hallarla qarşılaşsalar, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".
Sosioloq hesab edir ki, həm hüquqi, həm də ictimai müstəvidə belə halların ifşa edilməsi, eləcə də ictimai iştirakçılığın artırılması dələduzluqla mübarizədə mühüm rol oynayır.
Mina Mikayılova Son.az
Müğənni Kəmalə Qaramollayeva "Öz aramızda" verilişində göz n
Sabah Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz təchizatı day
Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa ra
"Bu yaxınlarda bir mərasimdə aparıcının "Sizi Azərbaycan Respub
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ö
Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində güclü
Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım ed�
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
