İrandan Azərbaycana 30 kq narkotik keçirilməsinin qarşısı alındı FOTO
Digərləri 09 Dek 2025 17:36:00 48 0
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub.
Bu xəbəri də oxu: Akif Hacıyev vəfat etdi
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Noyabrn 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Dekabrın 3-də isə Daxili İşlər Nazirliyinin Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı - 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılmış, sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ö
Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində güclü
Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım ed�
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
Fəhlə təhlükəli vəziyyətdə işləyir.
Azərbaycanda ilin son ayında unun topdansatış qiyməti açıqlanıb.
2025-ci ilin ən güclü smartfonlarının siyahısı açıqlanıb.
Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-
2024-cü ilin sonunda Suriyada 61 illik Bəəs rejimi devrilib.
Xalq artisti Röya Ayxan bayağı mahnı ifaçılarından danışıb.
