Ramiz Mehdiyevin qızı BDUdakı işini davam etdirir
Digərləri 08 Dek 2025 10:13:00 85 0
Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən azad edildiyi barədə məlumat yayılıb.
Bu xəbəri də oxu: Türkiyədə daha bir zəlzələ
Bildirilir ki, Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. O, kafedrada müəllim kimi fəaliyyətini davam etdirir.
Son.az xəbər verir ki, modern.az məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlasa da, sual cavabsız qalıb.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən Kamilə Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri təyin olunub. O, 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən "ilin müəllimi" adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə bu qurum tərəfindən diplomla, 2012-ci ildə isə Bakı Dövlət Universitetinin Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev dekabrın 1-də fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində aparılan cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə onun barəsində verilmiş vəsatəti təmin edərək, xüsusilə ağır cinayət əməllərinə görə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Türkiyədə sürətlə yayılan dabaq xəstəliyi Muğlanın Milas rayonunda ci
Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərma
Şou-biznes nümayəndələri müğənni Rəqsanə İsmayılovanın azadlığa �
German diliçiyi üzrə filologiya üzrə fəlsəfə doktoru, ingilis dili fon
Azərbaycanda dekabrın 8-i saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb
Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar e
8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə y
BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”
Bu ölkənin Mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti ol
Xınalıq yolunda köməksiz qalan turist xilas edilib.
Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" Forumu keçir
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əməkdar artist Könül Kərimova sosial şəbəkədə paylaşdığı son fotos
Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etm�
