Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq
Digərləri 04 Okt 2025 19:00:00 82 0
Marketlərdə satılan "fit", "eko" və "şəkərsiz" kimi etiketli məhsullara aldanmayın.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...
Son.az xəbər verir ki, bunu rusiyalı qidalanma mütəxəssisi Veronika Qusakova söyləyib.
Onun sözlərinə görə bu cür "sağlam" hesab edilən məhsulların çoxunda gizli şəkər var.
"Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun ümumi kalori miqdarının 10 faizindən çox olmamasını tövsiyə edir. Lakin araşdırmalara əsasən, insanlar düşündüklərindən 20-30 faiz artıq şəkər qəbul edirlər. Bunun səbəbi isə istehsalçıların şəkəri başqa adlarla gizlətməsidir, məsələn, aqava siropu, meyvə şirəsi konsentratı, maltodekstrin və ya kokos şəkəri kimi...
Ən çox aldanılan məhsullar meyvəli yoqurtlardır. Belə yoqurtların 100 qramında 6-12 qram şəkər olur. Yəni, kiçik bir yoqurt, uşağın gündəlik şəkər normasına bərabərdir", - deyə o bildirib.
Ekspert həmçinin "şəkərsiz" batonçiklərə və "dənəli" çörəklərə də diqqətli yanaşmağı məsləhət görür. Bu məhsulların çoxunda da şəkər siropu və ya şirinləşdirici maddələr olur. Məsələn, dənəli çörəyin bir dilimində təxminən 3-4 qram şəkər var.
Qusakova qeyd edib ki, soya sousu, ketçup və hazır salat sousları da çoxlu gizli şəkər ehtiva edir. Bəzi ketçuplarda 100 qramda 20 qramadək şəkər olur.
Bundan əlavə, meyvəli smuzilər və bitki südləri də düşündüyünüz qədər sağlam deyil. "Yulaf südü ilə hazırlanan soyuq latte içkisində 25 qramadək şəkər ola bilər və bu, bir banka koladan da çoxdur," - deyə o bildirib.
Qusakova məsləhət görür ki, məhsul alarkən qablaşdırmada yazılan "şəkərsiz" ifadəsinə deyil, tərkib siyahısına baxmaq lazımdır. "Əgər "sirop", "nektar" və ya "konsentrat" kimi sözlər varsa, bu, şəkərin gizli şəkildə əlavə edildiyini göstərir," - deyə mütəxəssis əlavə edib.
O sonda bildirib ki, ən doğru seçim təbii və emal olunmamış məhsullardır: meyvələr, giləmeyvələr, qoz-fındıq və sadə süd məhsulları. Bu qidalarda şəkər təbii olur və orqanizmə zərər vermir.
İsmayıl Son.az
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan 1 dollarlıq yen

Xalq artisti Nazpəri Dostəliyeva keçdiyi çətin sənət yollarından danış

Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə ölüm cəzasının bərpas

Vokal və opera ifaçısı Taleh Yahyayev dəvət aldığı məclislərdə qarş

3 yaşlı uşağın atasına anası ilə bağlı dedikləri sosial şəbəkələ

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Bəzi insanlarda şirniyyat yedikdən sonra yaranan "bulanıq görüntü&qu

Müğənni Şəbnəm Qəhrəmanova sosial şəbəkədə yayılan son görüntül

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan &q

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabr�

Sumqayıt şəhərində sahibkar kişi ona xəyanət etdiyini düşünən həyat

Müğənni Qumral Musayeva açıqlaması ilə marağa səbəb olub.

Türkiyənin Şişli bölgəsində inşaat zamanı faciəvi hadisə yaşanıb.
