Şirniyyat yeyəndə bulanıq görürsünüzsə... Həkimdən xəbərdarlıq
Digərləri 04 Okt 2025 17:05:00 62 0
Bəzi insanlarda şirniyyat yedikdən sonra yaranan "bulanıq görüntü" göz yorğunluğu ilə deyil, qanda şəkərin səviyyəsinin sürətli dəyişməsi ilə əlaqədardır.
Bu xəbəri də oxu: Ermənistanın Gəncəyə ilk raket hücumundan
Son.az xəbər verir ki, bunu oftalmoloq Xədicət Süleymanova açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, məsələn, çoxlu miqdarda qarpız yedikdən sonra qanda qlükozanın səviyyəsi kəskin şəkildə artır. Bu zaman qlükozanın bir hissəsi büllurda sorbitola çevrilir, o isə mayeni saxlayaraq şişməyə səbəb olur. Nəticədə büllurun forması və işığın sınma göstəricisi dəyişir, görüntü dumanlı və "axıcı" hala gəlir. Bu vəziyyət adətən "miyopik sürüşmə" adlanır və görmə mənfi istiqamətə dəyişir.
"Şəkərin kəskin qalxması göz yaşının tərkibinə də təsir edir, onu daha az stabil edir. Buna görə də şəkərli qidalar qəbulundan sonra bir çox insan hər iki gözdə bulanıqlıq və 'pərdə' effekti hiss edir", - deyə Süleymanova qeyd edib.
Adətən bu simptom yeməkdən 30-60 dəqiqə sonra yaranır və 1-3 saat davam edir. Lakin maddələr mübadiləsi pozulmuş şəxslərdə bu hal 4-8 saata qədər uzana bilər. Prediabet, insulinə qarşı dözümsüzlük və 2-ci tip diabeti olan insanlarda bu effekt daha aydın hiss olunur.
Həkim əlavə edib ki, belə hallarda görmədəki bulanıqlıq iki tərəfli olur, göz qırpmaqla keçmir və tez-tez susuzluq, baş ağrısı və yorğunluqla müşayiət olunur. Əgər bulanıqlıq 1-2 gündən çox çəkərsə, tək gözdə yaranarsa və ya gözdə ağrı, işıq haləsi və ya "uçan nöqtələr" müşahidə edilərsə, bu, ciddi problemin göstəricisi ola bilər.
Müğənni Şəbnəm Qəhrəmanova sosial şəbəkədə yayılan son görüntül

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan &q

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabr�

Sumqayıt şəhərində sahibkar kişi ona xəyanət etdiyini düşünən həyat

Müğənni Qumral Musayeva açıqlaması ilə marağa səbəb olub.

Türkiyənin Şişli bölgəsində inşaat zamanı faciəvi hadisə yaşanıb.

Peşəkar idman çox zaman orqanizmə xeyirdən çox zərər verir.

ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayan Alfreda Hokins g�

Meyxanaçı Pərviz Bülbülə Zaur Kamalın verilişinin qonağı olub.

Lüksemburqun Böyük Hersoqu Henri oktyabrın 3-də rəsmi olaraq taxtdan imtin

Rusiya Pravoslav Kilsəsi Polşa prezidenti Karol Navrotskinin qalmaqallı açı

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrin
