Ermənistanın Gəncəyə ilk raket hücumundan
Digərləri 04 Okt 2025 12:42:00 80 0
2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlərlə hücum edilməsi, mülki əhaliyə qarşı yönəlmiş ağır bir hərbi cinayət kimi yadda qaldı. Bu gün həmin hadisədən 5 il ötür.
Bu xəbəri də oxu: Bu gün Cəbrayıl Şəhəri Günüdür
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ermənistan dövləti, döyüş meydanında uduzduqca, qisası mülki əhalidən almağa çalışdı. Nəticədə, cəbhə bölgəsindən uzaqda yerləşən, tamamilə dinc insanların yaşadığı Gəncə şəhəri raket atəşinə tutuldu. Bu, beynəlxalq hüququn bütün normalarının, humanitar dəyərlərin və insanlıq anlayışının açıq şəkildə tapdanması idi. Ermənilərin Gəncəyə atdığı raketlər sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isə yaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəymişdi. Bu hücum, hərbi əməliyyatların cəbhə bölgəsindən uzaq, tamamilə mülki əhalinin yaşadığı bir şəhərə qarşı törədilmiş açıq və ağır hərbi cinayət idi. Gəncəyə ilk raket hücumu Ermənistanın dinc əhalini qorxuya salmaq, ölkədə xaos yaratmaq və ictimai rəyə təsir etmək məqsədi daşıyırdı. Lakin baş vermiş bu hücumlar əksinə nəticə verdi - xalq daha da sıx birləşdi, dövlətin ətrafında daha möhkəm cəmləşdi. Dövlətin vaxtında və məqsədyönlü reaksiyası, humanitar yardım və psixoloji dəstək mexanizmlərinin səfərbər edilməsi, qısa zamanda bərpa işlərinin başlanması və şəhərin yenidən qurulması xalqın öz liderinə və dövlətinə olan inamını daha da artırdı.
Azərbaycan Ordusu həmin hücumlara cəbhədə cavab verdi. Vətən müharibəsində Azərbaycan, yalnız hərbi deyil, həm də mənəvi qələbə qazandı. Mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn və ədalətin zərbə gücünü gec-tez hiss etdi. Gəncə hadisələri, Azərbaycanın müharibədə hücum edən yox, özünü müdafiə edən və beynəlxalq hüquqa əsaslanan tərəf olduğunu bir daha sübut etdi. Gəncə terroru nə Azərbaycan, nə də dünya ictimaiyyəti tərəfindən unudulmamalıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin sınağı idi. Sülhə çağırış edənlər, ilk növbədə bu kimi cinayətləri tanımalı, onları qınamalı və bir daha təkrarlanmamasına çalışmalıdırlar. Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət almışdır.
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilmə

Oktyabr ayı bəzi bürclər üçün maddi baxımdan dönüş nöqtəsi olacaq.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeli

Azərbaycan Prezidenti İlham Əliyev 2025-2026-cı tədris ilində ali təhsil

"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin fəali

Müğənnilər Təranə qumral və Musa Musayev efirlərdən birindı qonaq olub

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əsl

Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən

Məşhur reper və prodüser Sean "Diddy" Combs 4 il 2 ay həbs cəza

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilk

"Yeşilçam"ın tanınmış siması Recep Bülbülses həyatını itir

Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev �
