Qurumu məhkəməyə verib işə bərpa olundu “Amma qərarı icra etmirlər, 2 il 6 aydır işsizəm”


Digərləri 04 Avq 2025 12:34:00 76 0

Qurumu məhkəməyə verib işə bərpa olundu  “Amma qərarı icra etmirlər, 2 il 6 aydır işsizəm”

"2023-cü il 20 fevralda Hərracların Təşkili Mərkəzində qanunsuz olaraq işdən çıxarılmışam. Daha sonra mən məhkəməyə müraciət elədim. Məhkəmə işi araşdırdıqdan sonra obyektiv qərar verdi". 

Son.az xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən Mübariz Babayev deyib.

O bildirib ki, Ali məhkəmənin qərarından 11 ay keçməsinə baxmayaraq məhkəmə qərarını icra etmirlər:

"Mən Hərracların Təşkili Mərkəzinin nümayəndələri ilə görüşdüm və mənə bildirildi ki bizdə hazırda baş mütəxəssis vakansiyası yoxdur. Daha sonra şirkət məhkəməyə şikayət elədilər ki, həmin şəxs baş mütəxəssis ola bilməz, məhkəmə isə bunu əsassız hesab etdi. Şirkət məni yenidən qəbul edib bildirdi ki, biz səni işə götürməyəcəyik. 

Hətta icraçının protokolu da var. Amma onlar deyirlər ki, heç bir məhkəmə qərarı bizi fikrimizdən döndərə bilməz". 

Vətəndaş bildirir ki, artıq 2 il 6 aydır işsizdir:

"Ali Məhkəmənin qərarından da 11 ay keçib. Yenə də mənə deyirlər ki, hara istəyirsən müraciət elə biz səni işə götürə bilmərik". 

Məsələ ilə bağlı Əmlak məsələləri üzrə Dövlət Komitəsindən Son.az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş Babayev Mübariz Sahib oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə müqavilənin müddəti bitdiyi üçün 20 fevral, 2023-cü il tarixində xitam verilmişdir:

"İqtisadiyyat nazirinin 06.03.2023-cü il tarixli əmri ilə Hərracların Təşkili Mərkəzində struktur dəyişikliyi aparılmış, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunmuşdur. 

Vətəndaş Mübariz Babayev işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsi onun iddiasını təmin etmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarının təmin edilməsi ilə əlaqədar Mübariz Babayev Hərracların Təşkili Mərkəzinin rəhbərliyi tərəfindən 21.10.2024-cü il və 07.11.2024-cü il tarixlərində qəbul edilmişdir. Vətəndaşa əvvəl çalışdığı Sumqayıt zona bölməsi ləğv olunduğu üçün baş mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 570 manat) üzrə deyil,  vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 1000 manat) təklif olunmuşdur. Təklif vətəndaş tərəfindən rədd edilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məlumat verilmişdir. Hazırda məhkəmə mübahisəsi davam edir".

Asya Son.az

Sabah çox isti olacaq like
  • 04 Avq 12:33  
Digərləri Sabah çox isti olacaq

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.

arrow Ətraflı
Trampı kim dayandıracaq? like
  • 04 Avq 12:28  
Dünya Trampı kim dayandıracaq?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Baş nazir qərar imzaladı like
  • 04 Avq 12:27  
Digərləri Baş nazir qərar imzaladı

Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qay

arrow Ətraflı
İran dövlət televiziyasının canlı yayımında DAVA like
  • 04 Avq 12:14  
Dünya İran dövlət televiziyasının canlı yayımında DAVA

İranın dövlət televiziyasında Taleqan su təchizatı layihəsinə həsr olu

arrow Ətraflı
"Evində it qədər hörməti olmayan biri..." like
  • 04 Avq 12:00  
Şou-biznes "Evində it qədər hörməti olmayan biri..."

Şair və qiraətçi Nazilə Səfərli açıqlamaları ilə diqqət çəkib.

arrow Ətraflı
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir  FOTO like
  • 04 Avq 11:43  
Digərləri Elçin Əfəndiyevlə vida mərasimi keçirilir FOTO

Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi keçirilir.

arrow Ətraflı
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş like
  • 04 Avq 11:36  
Digərləri Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş

Dünən Gədəbəy rayonunun Şahdağ kəndində "Kia" markalı avtomo

arrow Ətraflı
Gürcü əsilli məşhur rejissor vəfat etdi like
  • 04 Avq 11:31  
Digərləri Gürcü əsilli məşhur rejissor vəfat etdi

Tanınmış gürcü əsilli kinorejissor Eldar Şengelaya 93 yaşında dünyası

arrow Ətraflı
Teymur Musayev onu yüksək vəzifəyə təyin etdi like
  • 04 Avq 11:30  
Digərləri Teymur Musayev onu yüksək vəzifəyə təyin etdi

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə yeni rəis təyi

arrow Ətraflı
Bakıda avtobusun qarşısından yolu keçən iki nəfəri maşın vurdu like
  • 04 Avq 11:25  
Digərləri Bakıda avtobusun qarşısından yolu keçən iki nəfəri maşın vurdu

"Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücü

arrow Ətraflı
Rusiyada 6.5 bal gücündə zəlzələ oldu like
  • 04 Avq 11:20  
Digərləri Rusiyada 6.5 bal gücündə zəlzələ oldu

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlz�

arrow Ətraflı
“Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var” like
  • 04 Avq 11:10  
Digərləri “Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var”

"Bakı şəhərində ictimai nəqliyyatın dayanıqlı inkişafı üçün b

arrow Ətraflı
Adı "Fəlakət"lə eşq dediqodusunda hallanan aktrisa DANIŞDI: "Gözəlliyimi evli birinə..." like
  • 04 Avq 11:00  
Şou-biznes Adı "Fəlakət"lə eşq dediqodusunda hallanan aktrisa DANIŞDI: "Gözəlliyimi evli birinə..."

Xəbər verdiyimiz kimi, aktyorlar Elşən Orucovla  Üzel Kərimovanın görü

arrow Ətraflı