“Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var”


Digərləri 04 Avq 2025 11:10:00 66 0

“Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var”

"Bakı şəhərində ictimai nəqliyyatın dayanıqlı inkişafı üçün bu sahənin maliyyələşməsində yeni yanaşmaların tətbiq edilməsi çox vacibdir".

Son.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlamasında paytaxtımızın böyük özəl daşıyıcı şirkəti olan "Xaliq Faiqoğlu" MMC-nin idarə heyətinin sədri Faiq Seyidov bildirib.

Şirkət rəhbəri qeyd edib ki, "Xaliq Faiqoğlu" fəaliyyətini qanunvericiliyin tələblərinə və müasir keyfiyyət standartlarına uyğun həyata keçirir və müvafiq infrastruktura malikdir: "Son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin reallaşdırdığı tədbirlər ictimai nəqliyyatın inkişafında böyük rol oynayıb. İki il əvvəl ləğv edilən Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq AYNA öz üzərində daim çalışan özəl daşıyıcı şirkətlərin inkişafına dəstək verməkdədir.

F.Seyidov əlavə edib ki, bu sahə əksər ölkələrdə sosial paketin tərkib hissəsi olaraq subsidiyalaşdırılır, bir sıra ölkələrin böyük şəhərlərində isə tariflər bazar prinsipləri ilə formalaşır: "Ölkəmizdə sosial dövlət prinsipləri əsas götürülərək sərnişindaşıma tarifləri dövlət tərəfindən tənzimlənir və təbii ki, müəyyən edilmiş tariflər bizim üçün nəinki mənfəət təmin etmir, investisiya xərclərini ödəməyə də imkan vermir, heç əməliyyat xərclərini belə tam şəkildə ödəmək mümkün deyil. Bu yanaşma təbii olaraq sahənin subsidiyalaşmasının vacibliyini bildirir. Məsələn,  Bakı Metropoliteninə münasibətdə maliyyə kəsirinin maliyyələşdirilməsi formasında dotasiyalar tətbiq edilməkdədir. Avtobusla sərnişindaşıma sahəsində dövlət operatorunun investisiya xərclərinə, qaraj infrastrukturu və əməliyyat xərclərinə də dövlət tərəfindən mütəmadi olaraq maliyyə dəstəyi verilir. Bu fəaliyyəti eyni standartlar səviyyəsində həyata keçirən "Xaliq Faiqoğlu" isə fəaliyyəti dövründə həm investisiya, həm də əməliyyat xərclərinin ödənilməsini cəlb edilmiş kreditlər hesabına həyata keçirmək məcburiyyəti qarşısında qalıb. Onu da vurğulayım ki, "PAŞA Bank" şirkətimizə son 4 il ərzində 50 milyon manat kredit limitləri açıb və bunun hesabına hazırda normal fəaliyyətimizi təmin etmişik, avtobus parkımızı böyük ölçüdə yeniləmiş, müasir çağırışların tələbinə uyğunlaşmışıq. "PAŞA Bank"a indiyədək göstərdikləri anlayışa və daim verdikləri dəstəyə görə xüsusi təşəkkür düşür. Həmçinin rəhbərlik etdiyim "SAFA Holding"ə daxil olan digər şirkətlərin maliyyə imkanlarından böyük ölçüdə "Xaliq Faiqoğlu"nun ayaqda saxlanılmasına yönəltmişik ki, bu da bu gün sektorda mövqeyimizi qorumaq baxımından çox böyük rol oynayıb.

Uzun illər qeyd olunan şəraitdəki faəliyyət "Xaliq Faiqoğlu" şirkətinin maliyyə durumuna ciddi təsir edib. Sizə son beş il ərzində "Xaliq Faiqoğlu" MMC-nin fəaliyyətinin maliyyə nəticələri, yəni zərər barəsində məlumat verə bilərəm. Bu rəqəmlər müstəqil audit nəticəsində müəyyən edilmişdir. Belə ki, 2021-ci ildə xalis zərərimiz 5,259,699 manat, 2022-ci ildə 3,102,704 manat, 2023-cü ildə 3,571,842 manat, 2024-cü ildə 3,894,350 manat olub. 2025-ci ildə də 2024-cü ilin göstəricisindən bir qədər yüksək rəqəmin ortaya çıxacağını proqnozlaşdırırıq. Onu da xüsusi vurğulayım ki, ictimai nəqliyyatla bağlı, xüsusilə avtobus parkının yenilənməsinə münasibətdə sanki bir qeyri-müəyyənlik və ayrı-seçkilik mövcuddur. Belə ki, 2020-ci ildən başlayaraq ətraf mühiti daha az çirkləndirən CNG mühərrikli avtobusların ölkəyə idxalının təşviqinə başlanıldı və həmin nəqliyyat vasitələri gömrük rüsumundan azad edildi. Lakin 01.01.2025-ci il tarixindən güzəşt müddəti başa çatdı. Məntiqlə hazırda elektrik mühərrikli avtobuslar rüsumdan azad edilməli, şəhərimizin avtobus parkının yenilənməsi sürətlənməli idi. Lakin hazırda biz əks münasibəti görürük və elektrikli avtobuslara ƏDV-nin də tətbiq edilməsi maliyyə yükümüzü artırmaqla vəziyyətimizi daha da ağırlaşdırır. Onu da qeyd edim ki dövlət rəsmiləri tərəfindən Bakı şəhərində ictimai nəqliyyatda istismar edilən avtobusların 2030-cu ilədək elektrik avtobusları ilə yenilənməsinə dair dəfələrlə açıqlamalar verilib. Belə olan halda avtobusların idxal zamanı vergiyə cəlb edilməsi anlaşılan deyil.

"Xaliq Faiqoğlu"nun rəhbəri qeyd edib ki, müasir çağırışlara adekvat çevik reaksiya göstərərək elektrik mühərrikli avtobuslar alıb istismarında olan marşrut xətlərinə buraxaraq şəhərin "yaşıl" imicinə önəmli töhfə verən şirkət bu avtobusların elektrik təchizatını "Baku Bus"dan 2 dəfədən artıq tariflə həyata keçirməkdədir: "Yəni biz bütün müasir çağırışlara vaxtında qoşularaq bu yeniliklərlə ayaqlaşmağa çalışırıq. Bunu edərkən isə heç bir güzəşt almamaqla yanaşı, daha yüksək vergilər və tariflərlə qarşılaşırıq. Bütün bu ciddi məhdudiyyətlərə baxmayaraq, "Xaliq Faiqoğlu" şirkəti fəaliyyəti dövründə nümunəvi özəl şirkət statusunu qazanıb, bu sahədə müasir dövlət çağırışlarına həmişə adekvat reaksiya nümayiş etdirib, sosial məsuliyyətini dövlət tədbirlərində nəqliyyat operatoru kimi iştirakını layiqincə icra edib. Şirkətimiz iri vergi ödəyicisidir və tərəfimizdən son 4 il ərzində 18 milyon manata yaxın vergi dövlət büdcəsinə ödənilib. Yuxarıda qeyd etdiyim kimi "PAŞA Bank" avtobus parkımızın yenilənməsi ilə bağlı həyata keçirdiyimiz layihələrə hər zaman dəstək verib və hazırda da bu dəstəyi davam etdirir. Ümumiyyətlə son illərdə idxal etdiyimiz bütün avtobuslar ən müasir tələblərə cavab verən CNG və elektrik növlü nəqliyyat vasitələridir. Bildirmək istəyirəm ki, 2025-ci il ərzində olan layihəmiz çərçivəsində 114 ədəd ekoloji təmiz avtobusların alışına dair istehsalçı şirkətlə müqavilələr imzalanıb və artıq həmin avtobusların bir hissəsi tam istehsal olub, yaxın zamanda ölkəmizə gətirilməsi istiqamətində işlər görülür. Həmin nəqliyyat vasitələrindən 64 ədədi CNG, 50 ədədi isə elektrik növlüdür. Bir neçə ay əvvəl qeyd etdiyim 50 elektrik mühərrikli avtobusların artıq 5 ədədini test rejimində Bakı şəhərinə gətirərək sərnişinlərimizin ixtiyarına verdik və bunu edən ilk və yeganə özəl daşıyıcı şirkətik. Lakin 1 yanvar 2025-ci il tarixindən elektrik avtobuslarına ƏDV tətbiq edilməsi işimizi çox çətinləşdirib və çıxılmaz vəziyyətə salıb. İstehsalçı ilə müqaviləni imzaladığımız dövrdə həmin avtobuslar vergidən azad idi. İndi isə külli miqdarda əlavə ödənişlə üz-üzəyik və bununla bağlı olaraq da aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlamışıq.

Hazırki vəziyyətdə düşünürəm ki, iki vacib addım şirkətin maliyyə durumunu qismən də olsa sağlamlaşdıra bilər. Qeyd edim ki, 2 ildən artıq müddətdir ki, müntəzəm marşrut xətləri üzrə brutto müqavilələrin bağlanması ideyası ətrafında müzakirələr aparılır və buna hazırlıq gedirdi. Həmin müqavilələrin əsas prinsipi ondan ibarət idi ki, marşrut xətləri üzrə avtobusların qət etdiyi məsafəyə, yəni hər kilometrə görə operatorlara hesablanmış zəruri məbləğdə ödənişlər ediləcəkdi. Həmçinin xidmət göstərən avtobusun keyfiyyət ölçüləri, buraxılış ili, emissiyası və növündən asılı olmayaraq digər AVRO-5, AVRO-6 standartları da nəzərə alınacaqdı ki, bu da bizim və bütün sərnişinlərin mənafeyinə uyğun olmaqla sektorun sağlamlaşdırılması baxımından çox effektli adım olardı. Hazırda həmin ideya ilə bağlı hər hansı addım atılmadığını görürük, lakin müzakirələr davam edir. Düşünürəm ki, hazırkı vəziyyətdə şirkətin sərnişindaşıma fəaliyyəti nəticəsində və bizdən asılı olmayan yuxarıda qeyd edilən səbəblər nəticəsində yaranmış kreditor borclarının müəyyən qisminin, heç olmasa yarısının dövlət tərəfindən subsidiyalaşdırılması bizim üçün məqbul çıxış yollarından biri olardı. Bu sahədə dayanıqlı maliyyə modeli qurulanadək şirkət fəaliyyətinin davam etdirilməsi üçün subsidiyanın ayrılması çevik (aylıq nəticələrə uyğun) subsidiyalaşma mexanizminin tətbiqi) müstəqil auditin keçirilməsi əsasında maliyyə kəsirinin subsidiyalaşdırılması və ya daşınan sərnişin sayına müvafiq xərclərin bir qisminin subsidiyalaşdırılması əsasında reallaşdırıla bilər. Müxtəlif maliyyə institutları ilə birgə apardığımız araşdırmaya görə hər bir daşınan sərnişinə görə zəruri subsidiya məbləği olmalıdır. Fikrimi ümumiləşdirərək deyə bilərəm ki, şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün yuxarıda irəli sürdüyüm təkliflər: məsafəyə və ya sərnişin sayına uyğun ödəniş mexanizminin tətbiqi mümkündür və bir çox ölkələrdə, eləcə də qardaş ölkə Türkiyədə bu metodlar uğurla tətbiq edilməkdədir".

Adı "Fəlakət"lə eşq dediqodusunda hallanan aktrisa DANIŞDI: "Gözəlliyimi evli birinə..." like
  • 04 Avq 11:00  
Şou-biznes Adı "Fəlakət"lə eşq dediqodusunda hallanan aktrisa DANIŞDI: "Gözəlliyimi evli birinə..."

Xəbər verdiyimiz kimi, aktyorlar Elşən Orucovla  Üzel Kərimovanın görü

arrow Ətraflı
"Belə maşın idarə edərlər?" deyən şəxsi küçədə döydü like
  • 04 Avq 10:41  
Digərləri "Belə maşın idarə edərlər?" deyən şəxsi küçədə döydü

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Bəd�

arrow Ətraflı
Avropada müalicəsi olmayan virus yayılır like
  • 04 Avq 10:26  
Digərləri Avropada müalicəsi olmayan virus yayılır

İtaliyada Qərbi Nil virusundan 10-cu ölüm faktı qeydə alınıb.

arrow Ətraflı
Bu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı like
  • 04 Avq 10:00  
Şou-biznes Bu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı

Aparıcı və aktrisa Nurlana Cəfərova qızı ilə fotosunu yayıb.

arrow Ətraflı
Saat 10:00da işıq kəsiləcək  Bu ərazilərdə like
  • 04 Avq 09:53  
Digərləri Saat 10:00da işıq kəsiləcək Bu ərazilərdə

Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 4 avqust tarixində 35 kV

arrow Ətraflı
Yasamaldaki görüntülər araşdırıldı  Saxlanılan var like
  • 04 Avq 09:44  
Digərləri Yasamaldaki görüntülər araşdırıldı Saxlanılan var

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik alud

arrow Ətraflı
Dünya "tikan üstündə"  Bölgədə dumanlar yüksəldi like
  • 04 Avq 09:32  
Dünya Dünya "tikan üstündə" Bölgədə dumanlar yüksəldi

Rusiya Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasının bir obyektini vurub,

arrow Ətraflı
Bu valyutalar bahalaşdı like
  • 04 Avq 09:20  
Digərləri Bu valyutalar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Braziliya Prezidenti Trampa qəzəbləndi: "Bütün sərhədləri aşıb" like
  • 04 Avq 09:04  
Dünya Braziliya Prezidenti Trampa qəzəbləndi: "Bütün sərhədləri aşıb"

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkəsi artıq AB�

arrow Ətraflı
Oturduğu yerdə "başına pul yağacaq"  Avqust bu bürclərin ayı olacaq like
  • 04 Avq 09:00  
Digərləri Oturduğu yerdə "başına pul yağacaq" Avqust bu bürclərin ayı olacaq

Bəzən uğur insanın ayağına özü gəlir. Avqust ayında bəzi bürclər m�

arrow Ətraflı
“Uzak Şehir”də gözlənilməz ayrılıq  FOTO like
  • 04 Avq 08:30  
Digərləri “Uzak Şehir”də gözlənilməz ayrılıq FOTO

Kanal D-nin reytinqli serialı "Uzak Şehir"in əsas aktyor heyəti il

arrow Ətraflı
Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar  VİDEO like
  • 04 Avq 08:08  
Digərləri Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar VİDEO

Rusiyada neft bazasında yanğın fonunda video çəkən iki gənc qız saxlanı

arrow Ətraflı
Duzlu su ilə üzü yuyanda nə olur? like
  • 04 Avq 07:07  
Digərləri Duzlu su ilə üzü yuyanda nə olur?

Duzlu su ilə yuyunmaq bir sıra faydalı təsirlərə malik ola bilər.

arrow Ətraflı
Sızanağın yaranmasının əsas like
  • 04 Avq 06:06  
Digərləri Sızanağın yaranmasının əsas

Rus dermatoveneroloq Elvira Hüseyinova sızanağın yaranmasının əsas səbə

arrow Ətraflı
Normadan artıq duz istifadəsinin FƏSADLARI like
  • 04 Avq 05:05  
Digərləri Normadan artıq duz istifadəsinin FƏSADLARI

Duz orqanizm üçün zəruri element olsa da, həddindən artıq istehlak ciddi

arrow Ətraflı