Müstəqillik dövründə adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR


Digərləri 02 Avq 2025 16:29:00 87 0

Müstəqillik dövründə adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru müsahibəsi zamanı bildirib ki, universitetin hazırkı rəsmi adını saxlanılmaqla, universitetin gələcəkdə "AZİ Universiteti" adı ilə tanınmasını planlaşdırılır. Buna səbəb isə, ali təhsil mərkəzlərinin ad və rebrendinqi onun ölkə və beynəlxalq aləmdə tanınmasına və qəbul edilməsində mühüm rol oynamasıdır.

Bu xəbəri də oxu: Gənc qalmağın sirləri

Son.az xəbər verir ki, modern.az müstəqillik dövründə adı dəyişdirilən universitetləri araşdırıb. 

Bakı Dövlət Universiteti

1991-ci ildə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı verilib. 2001-ci ildən isə hazırkı - Bakı Dövlət Universiteti adı ilə təsdiqlənir və bu ad altında universitetin fəaliyyəti davam edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Hazırda ADNSU kimi tanıdığımız Neft və Sənaye Universiteti 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası adı ilə fəaliyyət göstərib. Prezidentinin 2015-ci ildə imzaladığı sərəncamına əsasən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Yaxın gələcəkdə "AZİ Universiteti" rebrendinq edəcək. 

Azərbaycan Dövlət Pedoqoji Universiteti

Müstəqil Azərbaycan yarandıqdan sonra 9 il müddətinə bu universitet Nəsrəddin Tusi adını daşıyıb. 2000-ci ildən indiyədək isəAzərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir. 

Azərbaycan Aqrar Universiteti

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Dövlət İqtisad Universiteti

1991-ci ildən  2000-ci ilə qədər bu universitet Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətə göstərib. Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

1999-cu ilə dək idman sahəsində ixtisaslaşan bu akademiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adı altında çıxış edib. 1999-cu ildən bu günə dək isə indiki adı - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyət göstərir.

Gəncə Dövlət Universitet

1943-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərən universitetin adı 2000-ci ildə dəyişdirilərək Gəncə Dövlət Universiteti olub.

Bakı Slavyan Universiteti

13 iyun 2000-ci ilə dək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu adlandırılır, 2000-ci ildə isə Prezidentin fərmanı ilə bazası genişləndirilməklə Bakı Slavyan Universiteti adı altında fəaliyyətə başlayır.

Sumqayıt Dövlət Universiteti

1975-1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında fəaliyyət göstərən bu region universiteti 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılıb.

Azərbaycan Dillər Universiteti

Müstəqilliyin ilk illərində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu adı ilə tanınan universitet 2000-ci ildən Azərbaycan Dillər Universiteti kimi fəaliyyətə başlayır. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti

1992-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universiteti adı ilə fəaliyyət göstərir. 2000-ci ildən isə Prezidentin fərmanı ilə bu ali təhsil mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.

Milli Aviasiya Akademiyası

1992-ci ildə Milli Aviasiya Mərkəzi adı ilə yaranan ali məktəb 1994-cü ildən Milli Aviasiya Akademiyası adlandırılıb.

Dövlət İdarəçilik Universiteti

Mərkəzi Sovet Partiya Məktəbi kimi fəaliyyətə başlayan, indiki DİA 1992- 1999 illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu adı altında fəaliyyət göstərir, 1999-cu ildə isə hazırkı adını - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - alır.

Turizm və Mencment Universiteti

2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan bu universitet ilk illərdə Azərbaycan Turizm İnstitutunun adı altında fəaliyyətə göstərir. 2014-cü il ildən isə Prezidentin fərmanı ilə Azərbaycan Turizm və Menecment Universiteti adlanır.

Göründüyü kimi, son 30 ildə bir çox universitetin adı dəyişib, hətta bəziləri bir neçə dəfə bu prosesdən keçib. Rəsmi izahlar dəyişikliklərin struktur təkmilləşməsinə, tədris sahələrinin genişlənməsinə və müasir standartlara uyğunlaşmağa yönəldiyini göstərsə də, problem burada bitmir.

Əsl məsələ ondadır ki, universitet adlarının tez-tez dəyişdirilməsi təhsil ocaqlarının kimliyini və akademik brendini zədələyir. Çünki universitetin adı onun elmi ənənəsinin, tarixi irsinin və ictimai nüfuzunun ifadəsidir.

Dünyanın ən nüfuzlu universitetləri - Oksford, Harvard, Sorbonna, Tokyo Universiteti və digərləri - onilliklər, bəziləri isə əsrlər boyu eyni adla fəaliyyət göstərirlər. Bu sabitlik həmin universitetlərin adını qlobal brendə çevirib. Məzunlar on illər sonra belə, diplomlarını tanıdanda heç bir izahata ehtiyac duymurlar. Universitetin adı simvol, etimad və güvən formasına çevrilir.

Azərbaycanda isə bu sabitlik yoxdur. Universitetlər struktur baxımından ciddi dəyişiklik keçirmədən adlarını dəyişir. Bu isə cəmiyyətdə və akademik dairələrdə formanın dəyişdiyini, amma məzmun eyni qaldığı təsəvvürün yaradır.

Ad dəyişikliyi ilə universitetin yeni titul qazandığını düşünsək də, əksinə, onun əvvəlki mərhələlərinin elmi və sosial yaddaşı zəifləyir. Məzunların diplomları yeni nəsil tərəfindən birmənalı qarşılanmır, akademik nəşrlərdə ad qarışıqlığı yaranır, beynəlxalq tərəfdaşlıqlarda isə qeyri-sabit imic formalaşır.

Hər dəfə ad dəyişikliyi həm də universitetin brend gücünü sıfırdan yenidən qurmaq deməkdir. Bu isə resurs, zaman və güvən itkisi yaradır.

Beynəlxalq təcrübədə universitet adları yalnız ciddi struktur birləşməsi, beynəlmiləlləşmə və ya akademik tədqiqat istiqamətinin radikal şəkildə dəyişməsi zamanı dəyişdirilir. Üstəlik, bu proses ictimai müzakirələr, akademik şura qərarları və rəsmi razılaşmalarla həyata keçirilir. Dünyada ali təhsil mərkəzlərinin ad dəyişiklikləri simvolik deyil, konseptual dəyişikliyin göstəricisi hesab olunur.

Universitetin adı onun keçmişini, bu gününü və gələcəyini ifadə edən ən güclü simvollardan biridir. Bu adı dəyişmək məsuliyyət tələb edir. Əgər akademik məzmun, idarəetmə modeli və strateji baxış dəyişməyibsə, sadəcə adın dəyişməsi elmi inkişaf yox, formal yanaşma təsiri bağışlayır.

Tramp: "Bu ölkə Rusiyadan neft almayacaq" like
  • 02 Avq 16:14  
Digərləri Tramp: "Bu ölkə Rusiyadan neft almayacaq"

Donald Tramp Hindistanın ABŞ-ilə ticarət razılaşması üçün Rusiyadan ne

arrow Ətraflı
Gənc qalmağın sirləri like
  • 02 Avq 16:00  
Digərləri Gənc qalmağın sirləri

Gənc və sağlam qalmaq hər kəsin arzusudur və bunun üçün həyat tərzind

arrow Ətraflı
Zəlzələdən sonra Kamçatkada vulkanlar oyanıb like
  • 02 Avq 15:55  
Digərləri Zəlzələdən sonra Kamçatkada vulkanlar oyanıb

Kamçatkada beş vulkan aktivləşib və onlara yaxınlaşmaq təhlükəlidir.

arrow Ətraflı
Boşanıb yenidən evləndilər like
  • 02 Avq 15:47  
Şou-biznes Boşanıb yenidən evləndilər

Türkiyəli aktyor İsmail Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki

arrow Ətraflı
İmişlidə ağır qəza  Üç nəfər öldü like
  • 02 Avq 15:36  
Digərləri İmişlidə ağır qəza Üç nəfər öldü

İmişlidə üç nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

arrow Ətraflı
Pərvin bu dəfə elə rəqs etdi ki,... like
  • 02 Avq 15:35  
Şou-biznes Pərvin bu dəfə elə rəqs etdi ki,...

Pərvin Abıyevanın gecəyarısı paylaşımı izləyiciləri heyrətləndirdi

arrow Ətraflı
Arıqlamaq üçün sirkə turşusu içdi, öldü like
  • 02 Avq 15:30  
Digərləri Arıqlamaq üçün sirkə turşusu içdi, öldü

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini z

arrow Ətraflı
Qəzzada 18 mindən çox uşaq ölüb like
  • 02 Avq 15:24  
Dünya Qəzzada 18 mindən çox uşaq ölüb

UNICEF-in icraçı direktorunun müavini Ted Çayban bildirib ki, müharibə ba�

arrow Ətraflı
Bu bürcləri həftəsonu böyük dəyişiklik gözləyir like
  • 02 Avq 15:12  
Digərləri Bu bürcləri həftəsonu böyük dəyişiklik gözləyir

Bu həftəsonu bəzi bürc nümayəndələrinin həyatı tamamilə dəyişə bil

arrow Ətraflı
Protein kokteylləri arıqlama prosesini sürətləndirə bilərmi?  Həqiqət budur like
  • 02 Avq 15:00  
Digərləri Protein kokteylləri arıqlama prosesini sürətləndirə bilərmi? Həqiqət budur

Protein kokteylləri, adətən yeməkləri əvəzləmək və ya arıqlama zaman�

arrow Ətraflı
Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq  Suriyanın energetika naziri like
  • 02 Avq 14:53  
Digərləri Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq Suriyanın energetika naziri

Bu, sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük

arrow Ətraflı
Pediatr 9 günlük körpəni pulla alıb like
  • 02 Avq 14:47  
Digərləri Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadı

arrow Ətraflı
Bu il 100dən çox şəxs ad və soyadını dəyişdirib like
  • 02 Avq 14:33  
Digərləri Bu il 100dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 y

arrow Ətraflı
"Bir F16 qiymətinə 20 “Qızılalma” istehsal etmək mümkündür" like
  • 02 Avq 14:16  
Digərləri "Bir F16 qiymətinə 20 “Qızılalma” istehsal etmək mümkündür"

"Bir ədəd ABŞ istehsalı F-16 qırıcısının qiymətinə 20 ədəd &qu

arrow Ətraflı
“Üzüklərin Hökmdarı”nın 3cü mövsümü gəlir like
  • 02 Avq 14:00  
Şou-biznes “Üzüklərin Hökmdarı”nın 3cü mövsümü gəlir

"Prime Video" platformasının diqqətçəkən layihələrindən biri

arrow Ətraflı