Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır


Digərləri 01 Avq 2025 16:32:00 83 0

Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin və dil siyasətimizin inkişaf yoluna işıq salan önəmli tarixdir.

Milli.A xəbər verir ki, bu gün münasibətilə Modern.az-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin orfoqrafiya sistemində aparılan yeniliklərdən danışıb.

O qeyd edib ki, 2021-ci ildə nəşr olunan sonuncu Orfoqrafiya lüğətində rəsmi olaraq 90 min söz yer aldığı qeyd olunsa da, lüğət elektron formada təhlil edildikdə orada əslində 82 min söz olduğu müəyyənləşdirildi.

Professorun sözlərinə görə, hazırda Dilçilik İnstitutu bu sahədə yeni yanaşma ilə işləyir. O deyib ki, korpus əsaslı söz bazası formalaşdırılıb və hazırda bu baza təxminən 180 min söz ehtiva edir.

"Dil daim inkişaf edir - sözlər yaranır, mənaları genişlənir, işlənmə tezlikləri dəyişir. Dilimizdə sözlərin sayı azalmır, əksinə, gündən-günə artır. Hazırda tam və zəngin bir orfoqrafiya lüğətinin hazırlanması istiqamətində ilk dəfə olaraq bu qədər sistemli və genişmiqyaslı iş aparılır. Bu iş Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü və razılığı ilə, mənim rəhbərliyim altında həyata keçirilir".

Professor onu da əlavə edib ki, bütün türkdilli xalqların hamısı yalnız bir korpusda cəmləşir.

"Bu baxımdan Azərbaycan türkdilli xalqlar arasında yeganə ölkə idi ki, dil korpusu yox idi. İndi isə ilk dəfə süni intellektin köməyi ilə orfoqrafiya lüğəti hazırlayırıq. Əvvəllər bu iş kartiçka üsulu ilə aparılırdı - sözlər kartlarda toplanırdı. Bu üsul müasir dövr üçün artıq səmərəsizdir və geri addım sayılır".

N.Məmmədli qeyd edib ki, hazırda süni intellekt texnologiyalarının tətbiqi ilə müasir və sistemli lüğət hazırlanır.

"Biz artıq ciddi mətbuat orqanlarını - Azərbaycan qəzeti, Xalq qəzeti, 525-ci qəzeti, eləcə də bir sıra ciddi internet saytlarını təhlil etmişik. Bu mənbələrdən ümumilikdə 520 milyon söz və söz forması toplanıb. Bu söz formaları arasında təkrarlar çıxarılır, sözdüzəldici şəkilçilərlə yaradılmış sözlər ayrılır, tezlik analizləri aparılır".

O, eyni zamanda vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, hər 5 ildən bir yeni orfoqrafiya lüğəti nəşr olunmalıdır.

"Növbəti nəşr isə gələn ilə təsadüf edir. Biz hazırda bu yeni lüğətin hazırlanması üzərində intensiv şəkildə işləyirik və çox güman ki, bu ilin sonunadək işi başa çatdırıb təhvil verəcəyik. Gələn ildən isə lüğətin çapı planlaşdırılır.

Lüğətə daxil ediləcək sözlər xüsusi seçimlə aparılır. Bütün sözləri daxil etmək mümkün deyil. Şübhəli və yeni sözlər tezlik lüğətinə yönləndirilir. Orada onların işlənmə tezliyi araşdırılır, məsələn elə söz var ki, yüzlərlə dəfə işlənib, eləsi də var ki, cəmi 3-5 dəfə istifadə olunub. Biz bu araşdırmalar əsasında sözləri seçirik və yalnız kifayət qədər işlək, eləcə də təsdiqlənmiş olanları lüğətə daxil edirik".

Nadir Məmmədli həmçinin deyib ki, bununla yanaşı Dilçilik İnstitutunda yeni bir şöbə - Süni İntellekt və Kompüter Dilçiliyi şöbəsi yaradılıb.

"Belə bir struktur heç bir türkdilli xalqda yoxdur. Əslində, bu sahədə dünyada da nadir nümunələr var. Türkdilli xalqlar arasında ilk dəfə olaraq, Azərbaycanda bu istiqamətdə institut daxilində rəsmi bölmə formalaşdırılıb.

İnstitutun "Elmi Araşdırmalar" jurnalının birinci nömrəsində bu barədə geniş məlumat dərc olunacaq. Eyni zamanda, dünyanın 52 ölkəsinə yayılan "Türkologiya" jurnalında da bu proseslə bağlı ətraflı yazı yer alacaq. Ümid edirik ki, digər türkdilli xalqlar da bu təcrübədən yararlanacaq və bu sahədə əməkdaşlıq genişlənəcək".

Qarabağa səfər edənlərə ŞAD XƏBƏR like
  • 01 Avq 16:24  
Digərləri Qarabağa səfər edənlərə ŞAD XƏBƏR

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və d�

arrow Ətraflı
Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..." like
  • 01 Avq 16:20  
Şou-biznes Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..."

Xəbər verdiyimiz kimi, "Avroviziya" qalibimiz Nigar Camalla Əməkda

arrow Ətraflı
Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş... like
  • 01 Avq 16:15  
Digərləri Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızını

arrow Ətraflı
Bu ölkə ilk dəfə ABŞdən neft alıb like
  • 01 Avq 16:08  
Digərləri Bu ölkə ilk dəfə ABŞdən neft alıb

Pakistanın ən iri neft emalı şirkəti "Cnergyico" oktyabrda ABŞ-d

arrow Ətraflı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzada like
  • 01 Avq 15:55  
Dünya ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzada

ABŞ prezidenti tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin o

arrow Ətraflı
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir like
  • 01 Avq 15:45  
Digərləri “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aq

arrow Ətraflı
Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi  ANBAAN VİDEO like
  • 01 Avq 15:40  
Digərləri Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi ANBAAN VİDEO

Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntül�

arrow Ətraflı
Bu şəxslərə yüksək vəzifələr verildi like
  • 01 Avq 15:31  
Digərləri Bu şəxslərə yüksək vəzifələr verildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

arrow Ətraflı
Sağ əlin verdiyini sol əl niyə bilir ? like
  • 01 Avq 15:24  
Digərləri Sağ əlin verdiyini sol əl niyə bilir ?

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd

arrow Ətraflı
TASS “Qarabağ”la bağlı səhvini düzəltdi like
  • 01 Avq 15:12  
Digərləri TASS “Qarabağ”la bağlı səhvini düzəltdi

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəb

arrow Ətraflı
“Atam bu dünyadan xoşbəxt getdi…” like
  • 01 Avq 14:51  
Kriminal “Atam bu dünyadan xoşbəxt getdi…”

"Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyada

arrow Ətraflı
Bu rayonlarda əməliyyat keçirildi  Saxlanılanlar var like
  • 01 Avq 14:34  
Digərləri Bu rayonlarda əməliyyat keçirildi Saxlanılanlar var

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�

arrow Ətraflı
Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı like
  • 01 Avq 14:25  
Digərləri Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri)

arrow Ətraflı
Bakıda konsertdə evlənmək istəyən rus qız: "Mesajlara görə nömrəmi dəyişirəm" like
  • 01 Avq 14:24  
Digərləri Bakıda konsertdə evlənmək istəyən rus qız: "Mesajlara görə nömrəmi dəyişirəm"

İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi had

arrow Ətraflı
Tanınmış alimə vəzifə verildi like
  • 01 Avq 14:19  
Digərləri Tanınmış alimə vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və R�

arrow Ətraflı