Bu şəxslərə yüksək vəzifələr verildi
Digərləri 01 Avq 2025 15:31:00 66 0
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.
Bu xəbəri də oxu: Gənclərin unutqanlıq probleminə səbəb nədir?
TƏBİB-dən Son.az-a bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.
Eyni zamanda Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunublar.
Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəb

"Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyada

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri)

İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi had

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və R�

Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaum

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü dilin milli-mənə

Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Avqust ayı romantik enerjilərlə doludur və bəzi bürclər üçün sevgi hə

Xəbər verdiyimiz kimi, Bakıya konsert vermək üçün gələn türkiyəli

Bəzi kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara əsasən,
