İxtisas seçimində kimlər iştirak edə bilməyəcək?
Digərləri 29 İyl 2025 12:05:00 93 0
Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb və abituriyentlər üçün ən vacib mərhələlərdən biri - ixtisas seçimi prosesinin başlanmasına çox az vaxt qalıb.
Bu xəbəri də oxu: Yevlaxda ağır qəza bir ailənin yeddi üzvü xəsarət aldı
Azərbaycan Respublikası üzrə ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin ixtisas seçiminə buraxılma şərtləri müəyyən bal hədləri ilə tənzimlənir. Bu bal hədləri həm ixtisas qruplarına, həm də tədris dilinə görə fərqlilik göstərir. Dövlət sifarişi və ödənişli əsaslarla ayrılan yerlərə qəbul üçün abituriyentlər yalnız ümumi bal deyil, eyni zamanda imtahan mərhələləri üzrə də minimum tələbləri ödəməlidirlər.
Son.az xəbər verir ki, AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, aşağıda qeyd olunan məlumatlar, 2025-ci il qəbul kampaniyasında bütün ixtisas qrupları üzrə ixtisas seçiminə kimlərin buraxıldığını və hansı şərtlərlə iştirak edə biləcəyini ətraflı şəkildə izah edir.
II ixtisas qrupu üzrə
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
-Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Marketinq;
-Biznesin idarə edilməsi;
-Turizm bələdçiliyi;
-Turizm işinin təşkili
III ixtisas qrupu üzrə
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) "Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyatı üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Muzey, arxiv işi və abidələrin qorunması;
-Sosial iş;
-Regionşünaslıq (regionlar üzrə).
I ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- "Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Türkiyə-Azərbaycan Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Meliorasiya mühəndisliyi;
-Texnologiya müəllimliyi;
-kologiya mühəndisliyi.
- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik;
-Aqronomluq;
-Balıqçılıq;
-Meşəçilik;
-Şərabçılıq;
-Torpaqşünaslıq və aqrokimya;
-Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
-Zoomühəndislik.
IV ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Ekologiya.
Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
-Bağçılıq və tərəvəzçilik;
-Baytarlıq təbabəti;
- Bitki mühafizəsi;
-Su bioehtiyatları və akvakultura.
V ixtisas qrupu üzrə qəbul şərtləri:
V qrup üzrə ixtisas seçimində "Bağçılıq və tərəvəzçilik", "Baytarlıq təbabəti", "Bitki mühafizəsi" və "Su bioehityatları və akvakultura" ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edirlər.
Amur vilayətində qız atasından qalan mirasdan xəbərsiz şəkildə 6 milyon

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.

Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz

Aparıcı Elgiz Əkbər etirafı ilə diqqət çəkib. Son.az xəbər verir k

Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər s

İbrahim Tatlısesin qızı Dilan Çıtak Bodrumda "dayan" əmrini poz

17 dəqiqəlik ürək dayanmasından sonra həyata qayıdan qadın başına gəl

Bərdə şəhər Bülbül adına I saylı Uşaq İncəsənət məktəbinin müə

Prezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında&q

Rusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırıl

Müğənni Afət Fərmanqızı özünə yeni dəbdəbəli villa alıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyul tarixindən etibarən valyuta məzən
