Tarif Şurası işıq pulu ilə bağlı QƏRAR VERƏCƏK 1 manatdan artıq olmayacaq


Digərləri 29 İyl 2025 10:26:00 85 0

Tarif Şurası işıq pulu ilə bağlı QƏRAR VERƏCƏK  1 manatdan artıq olmayacaq

Prezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.

Son.az xəbər verir ki, dəyişikliklərə əsasən, elektrik enerjisində sabit tarif tətbiq ediləcək.

Qanuna əsasən, sabit tarif elektrik enerjisi istehlak səviyyəsindən asılı olmadan, hər bir istehlakçı üçün aylıq ödənilən sabit məbləğdir. Bu tarif enerji təchizatı şəbəkəsinə qoşulan istifadəçilərin müəyyən sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunur.

Sabit tarifin əsas məqsədi vətəndaşın elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq, aylıq sabit bir ödəniş etməsidir. Yəni, mənzildə yaşamayan vətəndaşlar da sabit tarif çərçivəsində müəyyən məbləğ ödəyəcəklər.

Bu tarif istehlak həcminə bağlı deyil və istehlakçının kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək. Toplanan vəsait isə paylayıcı sistem operatorunun bəzi sabit xərclərinin ödənilməsinə yönəldiləcək.

Energetika nazirinin müavini Orxan Zeynalovun parlamentdə verdiyi məlumata görə, sabit tarifin məbləği hər abonent üçün aylıq 1 manatdan artıq olmayacaq. Tarifin dəqiq məbləğini Tarif Şurası müəyyən edəcək.

Qeyd edək ki, "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliyə əsasən, 9.2-ci maddəyə (tənzimlənən qiymət və tariflər) sabit tarif də əlavə olunub (9.2.6 bəndi). Eyni zamanda, qanunun 42.5.6-cı maddəsinə görə, bu tarifləri müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına, yəni Tarif Şurasına məxsusdur. Bu orqan Prezident İlham Əliyevin 2023-cü il tarixli fərmanı ilə müəyyən edilib.

Hazırda sabit tarifin rəsmi məbləğinin müəyyən edilməsi üçün Tarif Şurasının qərarı gözlənilir.

Asya Son.az

Rusiyada mobil internet məhdudlaşdırıldı like
  • 29 İyl 10:22  
Dünya Rusiyada mobil internet məhdudlaşdırıldı

Rusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.

arrow Ətraflı
Bu ərazidə qazlar kəsildi  Nə vaxt bərpa olunacağı məlum deyil like
  • 29 İyl 10:10  
Digərləri Bu ərazidə qazlar kəsildi Nə vaxt bərpa olunacağı məlum deyil

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırıl

arrow Ətraflı
Bu da Afətin milyonerlər məhəlləsindəki yeni 3 mərtəbəli VİLLASI like
  • 29 İyl 10:01  
Şou-biznes Bu da Afətin milyonerlər məhəlləsindəki yeni 3 mərtəbəli VİLLASI

Müğənni Afət Fərmanqızı özünə yeni dəbdəbəli villa alıb.

arrow Ətraflı
DYP bu sürücülərə müraciət etdi like
  • 29 İyl 09:45  
Digərləri DYP bu sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

arrow Ətraflı
Dolları olanların nəzərinə: Məzənnə açıqlandı like
  • 29 İyl 09:26  
Digərləri Dolları olanların nəzərinə: Məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyul tarixindən etibarən valyuta məzən

arrow Ətraflı
Xalq artistinin oğlu vəfat etdi like
  • 29 İyl 09:19  
Digərləri Xalq artistinin oğlu vəfat etdi

Xalq artisti, mərhum aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 ya�

arrow Ətraflı
Dənizdə boğulan şəxsin meyiti görün harada tapıldı like
  • 29 İyl 09:14  
Digərləri Dənizdə boğulan şəxsin meyiti görün harada tapıldı

Dənizdə çimərkən batan şəxsin çeyiti Xaçmaz ərazisində tapılıb.

arrow Ətraflı
Tramp İrandan nə istəyir? like
  • 29 İyl 09:08  
Digərləri Tramp İrandan nə istəyir?

Donald Tramp İranla bağlı sərt açıqlama verib.

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 29 İyl 08:57  
Digərləri Xəzərdə zəlzələ oldu

Bu gün saat 5:07-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
İntiqamla Nüşabə Ələsgərli arasında qalmaqal like
  • 29 İyl 08:08  
Şou-biznes İntiqamla Nüşabə Ələsgərli arasında qalmaqal

"Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli

arrow Ətraflı
Bəxt üzünü bu BÜRCLƏRƏ çevirəcək: Möcüzə sizin də haqqınızdır like
  • 29 İyl 07:07  
Digərləri Bəxt üzünü bu BÜRCLƏRƏ çevirəcək: Möcüzə sizin də haqqınızdır

İyulun son günləri bürcün dörd əlaməti üçün xoşbəxtliyin bir hissə

arrow Ətraflı
Gülayın anasına nə olub? like
  • 29 İyl 06:06  
Şou-biznes Gülayın anasına nə olub?

Müğənni Gülay Zeynallı paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Ailə üçün 10 ən yaxşı avtomobil – Seçim edərkən nələrə diqqət edilməlidir? like
  • 29 İyl 04:04  
Digərləri Ailə üçün 10 ən yaxşı avtomobil – Seçim edərkən nələrə diqqət edilməlidir?

Avtomobil alarkən ailə üzvlərinin təhlükəsizliyi, rahatlığı və günd�

arrow Ətraflı
Ailə institutu niyə sıradan çıxır?  Səbəblər və çıxış yolları like
  • 29 İyl 03:03  
Digərləri Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları

"Əgər kasıb ailədə doğulmusansa, bu sənin səhvin deyil, qayınatan

arrow Ətraflı
İlan zəhəri nə zaman ölümcül olur?  Toksikoloqdan AÇIQLAMA like
  • 29 İyl 02:02  
Digərləri İlan zəhəri nə zaman ölümcül olur? Toksikoloqdan AÇIQLAMA

Yayın gəlməsi ilə ilanların üzə çıxması daha da artır. Bu da müəyy�

arrow Ətraflı