DİM 393 abituriyentin yazı işinə düzəliş etdi ŞİKAYƏT
Digərləri 03 İyl 2025 22:56:00 86 0
25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib.
Bu xəbəri də oxu: Apteklərdə yoxlama aparıldı
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (//apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə "sms" məlumat da göndərilib.
Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.
Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.
Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər. Son.az
"Kill Bill" və "Reservoir Dogs" filmlərinin ulduzu Maykl M

Müğənni Tacir Şahmalıoğlu saatı ilə gündəmə gəlib.

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkis

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bütün erməniləri

Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı va

Yonhap News agentliyinin verdiyi xəbərə görə, Cənubi Koreya parlamenti cü

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə kü

Bakının müxtəlif ərazilərində kanalizasiya "lyuk"larına aid pr

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəf�

İsrail Ordusu Suriyanın cənubunda keçirdiyi əməliyyat zamanı bir neçə t

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlər

Qışda da təzə kimi dadlı və vitaminli giləmeyvələrdən istifadə etmək

Prodüser Tarix Əliyev övladının anası ilə bağlı yazılanlara cavab veri
