Cənubi Koreyada yeni baş nazir təyin edildi
Dünya 03 İyl 2025 21:24:00 65 0
Yonhap News agentliyinin verdiyi xəbərə görə, Cənubi Koreya parlamenti cümə axşamı günü uzun illər siyasət strategiyası ilə məşğul olan və siyasi fəal kimi tanınan Kim Min-Seokun prezident Li Cae Myonqun rəhbərlik etdiyi administrasiyanın yeni baş naziri olmasını rəsmi olaraq təsdiqləyib.
Bu xəbəri də oxu: Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq”
Əsas müxalifət partiyası - Xalqın Gücü Partiyası (People Power Party) səsverməni boykot edib.
Prezident Li Cae Myonqun seçki kampaniyasındakı köməkçisi olan Kim Min-seok isə onun təmsil etdiyi Demokratik Partiyanın dəstəyi ilə təsdiqlənib.
61 yaşlı Kim Min-seok, Demokratik Partiyanın dörd çağırış deputatı olub.
O, 4 iyun tarixində prezident tərəfindən baş nazirliyə namizəd göstərilmişdi.
Lakin namizədliyi dövründə şəxsi varidatı və ailəsi ilə bağlı suallar da gündəmə gəlmişdi.
300 yerlik Milli Assambleyada Kim Min-seok 173 səs toplayaraq baş nazir seçilib.
Prezident Li Cae Myonqun rəhbərlik etdiyi partiya parlamentdə çoxluğa sahibdir və bu səsvermədə bir neçə kiçik partiyanın da dəstəyini alıb.
Səsvermədən sonra çıxış edən Kim Min-seok bildirib:
"Xalqın iradəsini qoruyacağıma söz verirəm."
O, əlavə edib ki, onun əsas prioriteti:
"Tiranlıq qüvvələrinin yaratdığı iqtisadi böhranı dəf etmək olacaq."
Bu təyinatla Cənubi Koreya siyasətində Li Cae Myonqun mövqeyi daha da möhkəmlənmiş sayılır. Lalə Qüdrətova Son.az
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə kü

Bakının müxtəlif ərazilərində kanalizasiya "lyuk"larına aid pr

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəf�

İsrail Ordusu Suriyanın cənubunda keçirdiyi əməliyyat zamanı bir neçə t

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlər

Qışda da təzə kimi dadlı və vitaminli giləmeyvələrdən istifadə etmək

Prodüser Tarix Əliyev övladının anası ilə bağlı yazılanlara cavab veri

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkis

Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhd

Beynəlxalq Muğam Mərkəzində Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçi

Rusiya Xarkovun Melovoye və Donetskin Razino yaşayış məntəqələrinin nəz

Aparıcı Zümrüdün özündən gözəl qızı ilk dəfə EFİRDƏ
