Bu ailələrdə hər uşağa bu gündən aylıq 140 manat ödəniləcək
Digərləri 01 İyl 2025 09:15:00 89 0
Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşağlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı.
Bu xəbəri də oxu: Hərbi bileti olmayan şəxslərin nəzərinə
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, Qanunvericiliyə əsasən, bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur:
"Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir. Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir".
Deputat qeyd edib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
"Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir.
Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çox uşaqlı ailə anlayışına yenidən baxılması və çox uşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır",- deyə Vüqar Bayramov əlavə edib.
Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etm

Ulduzların düzülüşünə əsasən, bu həftə bəzi bürclər şanslı təsa

Aktyor Elcan Rəsulov yas mərasimindən video paylaşıb.

Əncir mədə və bağırsaq üçün tapıntı hesab olunur.

Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiz

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlər

Yura dövründə indiki Kolorado düzənliklərində yaşamış, orta ölçülü

Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Cana

Yay aylarında ən çox istehlak edilən şirniyyatlardan biri olan dondurma ç�

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda axşam saatlarında baş v

ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib.

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıda

Bu gündən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olaca

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə
