İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır TƏDQİQAT


Digərləri 01 İyl 2025 05:05:00 78 0

İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır  TƏDQİQAT

Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetinin hesablama üzrə nevroloqu İris Qroen və onun rəhbərlik etdiyi qrup beynimizin ətraf mühitdəki mümkün hərəkətləri şüuraltı səviyyədə necə qiymətləndirdiyini araşdırıb. Tədqiqatçı Klemens Bartnikin də qatıldığı bu iş insanın müxtəlif vizual səhnələrə baxaraq həmin mühitdə hərəkət imkanlarını necə dərhal qavradığını ortaya qoyub.

AZƏRTAC "Science Daily" portalına istinadla xəbər verir ki, tədqiqat zamanı iştirakçılar maqnit-rezonans tomoqrafiya (MRT) cihazına yerləşdirilərək müxtəlif açıq və qapalı məkanların fotolarına baxıblar. Paralel şəkildə onların beyin fəaliyyətləri qeydə alınıb.

Qroen bildirir ki, məqsəd yalnız görüntüdəki obyektlərin və rənglərin deyil, eyni zamanda mühitlə fiziki qarşılıqlı təsirin, yəni hərəkət imkanlarının (üzmək, velosiped sürmək, dağ cığırında gəzmək) beyində necə təmsil olunduğunu aşkara çıxarmaq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vizual korteksin bəzi hissələri yalnız görünən obyektlərə deyil, həm də mühitdə edilə biləcək hərəkətlərə reaksiya verir. Maraqlısı budur ki, bu aktivlik iştirakçılara konkret təlimat verməsə də avtomatik şəkildə baş verir.

Tədqiqatçılar "ChatGPT" və digər süni intellekt modellərinin bu cür fəaliyyət imkanlarını da müqayisə ediblər. Nəticələr göstərib ki, AI modelləri bu sahədə insan beyninə yaxınlaşa bilmir. Xüsusi şəkildə hərəkəttanıma üçün təlim görsələr belə süni intellekt insan beyninin təbii reaksiyalarına uyğun gəlmir.

Qroen qeyd edir: "Hətta ən qabaqcıl AI sistemləri belə, insan üçün intuitiv və sadə olan bir mühiti düzgün qiymətləndirməkdə çətinlik çəkir. Bu da sübut edir ki, insan qavrayışı dünyanı bədənimizdəki fiziki qarşılıqlı əlaqə yolu ilə başa düşür. Süni intellekt isə bu bacarığa malik deyil, çünki onun təməli yalnız kompüter hesablamalarına əsaslanır".

Tədqiqat insan beyni haqqında bu biliklərin süni intellekt sistemlərinə inteqrasiya olunmasının mümkün faydalarına da işarə edir. Qroen bildirir ki, xüsusilə səhiyyə və robot texnikası kimi sahələrdə, AI-nin yalnız vizual məlumatı deyil, həm də fiziki mühitdə mümkün hərəkətləri anlama bacarığı kritik əhəmiyyət daşıyır.

Cavan dəriyə sahib olmağın sirri like
  • 01 İyl 04:04  
Digərləri Cavan dəriyə sahib olmağın sirri

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlər

arrow Ətraflı
Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı like
  • 01 İyl 03:03  
Digərləri Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı

Yura dövründə indiki Kolorado düzənliklərində yaşamış, orta ölçülü

arrow Ətraflı
Çinlilərin zəka artıran səhər YEMƏYİ  Sirri bu imiş... like
  • 01 İyl 02:02  
Digərləri Çinlilərin zəka artıran səhər YEMƏYİ Sirri bu imiş...

Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Cana

arrow Ətraflı
Dondurma kökəldirmi?  Mütəxəssislərdən xəbərdarlıq like
  • 01 İyl 01:01  
Digərləri Dondurma kökəldirmi? Mütəxəssislərdən xəbərdarlıq

Yay aylarında ən çox istehlak edilən şirniyyatlardan biri olan dondurma ç�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 01 İyl 00:49  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda axşam saatlarında baş v

arrow Ətraflı
Göydən pul yağdı  insanlar onu tutmaq üçün yarışa girdi like
  • 01 İyl 00:45  
Digərləri Göydən pul yağdı insanlar onu tutmaq üçün yarışa girdi

ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib.

arrow Ətraflı
Kadırovun oğlunun toyuna bu tanınmışlar gəlib like
  • 01 İyl 00:31  
Dünya Kadırovun oğlunun toyuna bu tanınmışlar gəlib

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıda

arrow Ətraflı
Bu gündən qadınların pensiya yaşı artırılır like
  • 01 İyl 00:23  
Digərləri Bu gündən qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olaca

arrow Ətraflı
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir like
  • 01 İyl 00:15  
Digərləri Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə

arrow Ətraflı
Namiq Qaraçuxurlu: Qızım müğənni olmaq istəsə, etiraz etmərəm like
  • 01 İyl 00:13  
Şou-biznes Namiq Qaraçuxurlu: Qızım müğənni olmaq istəsə, etiraz etmərəm

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə qızından danışıb.

arrow Ətraflı
Bu gündən Azərbaycanda sosial müavinətlər artırılır like
  • 01 İyl 00:12  
Digərləri Bu gündən Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.

arrow Ətraflı
Günün qoroskopu: dostlarla görüş sizi ruhlandıracaq like
  • 01 İyl 00:01  
Digərləri Günün qoroskopu: dostlarla görüş sizi ruhlandıracaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ərdoğan: NATO sammiti 2026cı ildə Ankarada keçiriləcək like
  • 30 İyn 23:31  
Digərləri Ərdoğan: NATO sammiti 2026cı ildə Ankarada keçiriləcək

Gələn il NATO sammiti Ankarada təşkil olunacaq.

arrow Ətraflı
"Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?" like
  • 30 İyn 23:17  
Şou-biznes "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova müalicəsi �

arrow Ətraflı