Rusiya nə etmək istəyir?


Digərləri 28 İyn 2025 22:55:00 80 0

Rusiya nə etmək istəyir?

Yekaterinburqda baş verən son hadisələr, xüsusilə azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, Rusiyada son illərdə müşahidə olunan mənzərənin yalnız kiçik bir parçasıdır. Bu kimi olaylar birbaşa təsadüf deyil, ümumi tendensiyanın, köklü bir siyasi və sosial baxışın nəticəsidir. Hüquq-mühafizə orqanlarının davranışında, istər OMON-un, istərsə də digər strukturların fəaliyyətində müşahidə edilən sərtlik, artıq cinayətkarlıqla mübarizədən çox, müəyyən xalqlara qarşı yönəlmiş aqressiyanın ifadəsinə çevrilib. İnsanların yalnız etnik mənsubiyyətinə görə sıxışdırılması, incitməsi, zorakılığa məruz qalması, dövlətin rəsmi ritorikasında ifadə olunmasa belə, praktikada özünü aydın göstərir.

Rusiya tarixən çoxmillətli imperiya olub və bu müxtəlifliyin idarə olunması üçün zaman-zaman sərt metodlara əl atılıb. SSRİ dönəmindən miras qalan bu münasibət tərzi indi daha açıq, daha sistemli şəkildə təzahür edir. İndi artıq klassik qəliblər və formal qanunlarla maskalanmağa belə ehtiyac qalmayıb - vəziyyət elə bir səviyyəyə çatıb ki, hüquq-mühafizə orqanlarının təzyiqi, məhdudlaşdırmaları və bəzən zorakı müdaxilələri sadəcə adi hal kimi qəbul olunur. Bəzən bu davranışlar cəmiyyətin müəyyən təbəqələri tərəfindən də susqunluqla qarşılanır, bəzən isə açıq dəstək alır.

Ən narahatedici məqam isə odur ki, bu münasibətin yalnız bir hissəsi hüquqi və inzibati tədbirlər şəklində özünü göstərmir. Rusiya cəmiyyətində illərlə formalaşdırılan ideoloji zəmində "qeyri-rus" obrazı təhlükə, problem və sabitliyi pozan ünsür kimi təqdim olunub. Bu isə həm ictimai qavrayışda, həm də hüquq-mühafizə orqanlarının əməli fəaliyyətində nəticəsini verir. Burada məqsəd fərdi hüququn qorunması deyil, müəyyən etnik və dini qrupların sərhədlənməsi, idarə olunması, lazım gəldikdə isə aradan qaldırılmasıdır.

Ukrayna ilə bağlı baş verənlər də bu mənzərənin tərkib hissəsidir. Eyni dini, oxşar dili və tarix boyu sıx bağlılığı olan bir xalqa qarşı belə ağır hərbi müdaxilə həyata keçirildiyi halda, mədəniyyətcə və mənşəcə daha fərqli xalqlara - Orta Asiyadan, Qafqazdan gələn insanlara qarşı münasibətin necə olacağı artıq sual doğurmur. Bu davranış yalnız siyasi maraqlarla izah oluna bilməz. Burada daha dərin - tarixi, ideoloji və hətta psixoloji motivlər axtarmaq lazımdır.

Rusiyada bəzi anlayışlar son illərdə xüsusilə önə çıxarılıb - məsələn, "etnocinayətkarlıq". Bu ifadə hüquqi termin kimi təqdim edilsə də, onun altında dayanan məntiq təhlükəlidir. Bu, əslində müəyyən xalqları və ya etnik qrupları potensial təhlükə kimi qələmə verərək onlara qarşı sərt tədbirləri əsaslandırmaq cəhdidir. Beləliklə, qanunvericilik çərçivəsində azlıqda olan xalqlara qarşı sosial və hüquqi təzyiq mexanizmi yaradılır. Bu, uzunmüddətli perspektivdə cəmiyyətin daxilində daha dərin parçalanmalara, qarşıdurmalara yol açır.

Bütün bu proseslərdə dinin də ideoloji vasitəyə çevrilməsi ayrıca diqqət tələb edir. Rusiya Pravoslav Kilsəsinin rəsmi dairələrlə yaxın münasibəti, bəzi hallarda isə dövlətin siyasətinə açıq şəkildə dəstək verməsi, bu prosesləri daha da mürəkkəbləşdirir. Kilsə tribunasından verilən bəzi açıqlamalar, istifadə olunan ritorika, dövlətin həyata keçirdiyi sərt tədbirləri "milli maraqların müdafiəsi", "ənənəvi dəyərlərin qorunması" adı altında əsaslandırmağa çalışır. Halbuki bu, həm dinin öz mahiyyətinə, həm də müxtəlif xalqların birgə yaşama prinsiplərinə ziddir.

Azərbaycana gəldikdə isə, bu münasibətin illərdir davam edən müxtəlif təzahürləri olub. Tariximizin mühüm dönəmlərində - istər 1990-cı ilin 20 Yanvarında, istər Xocalı faciəsində, istərsə də torpaqlarımızın işğal olunub 30 ilə yaxın müddətə zəbt edilməsində - birbaşa və ya dolayı şəkildə Rusiya faktoru hiss olunub. Hər dəfə müxtəlif səbəblər göstərilsə də, bu müdaxilələrin kökündə Azərbaycanın müstəqil siyasət yürütmək cəhdləri, öz mövqeyini qoruma istəyi və əlbəttə, regionda dəyişən güc balansı dayanıb.

Son illərdə yaşanan hadisələr - Azərbaycana qarşı həyata keçirilən kiberhücumlar, ictimai və siyasi fiqurlarımızın Rusiya ərazisinə buraxılmaması, iqtisadi əlaqələrə yönəlik təsir cəhdləri - hamısı bir mərkəzdən idarə olunan strategiyanın parçalarıdır. Bu yanaşma tək Azərbaycana yox, ümumiyyətlə Rusiya sərhədləri daxilində və xaricində müstəqil düşünən, fərqli mövqe ortaya qoyan hər kəsə və hər kəsə tətbiq olunur.

Bütün bunlar fonunda, bugünkü Rusiya siyasəti ilə bağlı təkcə ayrı-ayrı hadisələri yox, bütövlükdə mövcud idarəçilik fəlsəfəsini, onun doğurduğu nəticələri və perspektivlərini düşünmək vacibdir. Mövcud yanaşma nə Rusiya xalqı üçün, nə də qonşu xalqlar üçün bir gələcək vəd etmir. Təbii ki, bu prosesin içində fərqli düşünən, fərqli mövqe tutan ruslar da az deyil. Lakin bu səslərin zəifliyi və təsirsizliyi sistemin möhkəmliyinə işarədir.

Bu gün baş verənlər təkcə hüquq-mühafizə orqanlarının sərtliyi deyil - bu, düşüncə tərzinin, idarəetmə modelinin və siyasi yanaşmanın nəticəsidir. Əgər bir ölkədə insanları milli mənsubiyyətinə görə kateqoriyalaşdırırlar, hüququnu sorğulayırlar, təhqirə və təzyiqə məruz qoyurlar, bu artıq fərdi problem deyil, dövlət quruluşuna aid məsələdir. Və bu proses nə qədər davam edərsə, sonradan qarşısını almaq bir o qədər çətin olacaq.

İslam Son.az

Türk Ordusuna hücum oldu  Yaralananlar var like
  • 28 İyn 22:51  
Digərləri Türk Ordusuna hücum oldu Yaralananlar var

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz u�

arrow Ətraflı
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi like
  • 28 İyn 22:45  
Digərləri Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Göygöl rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv

arrow Ətraflı
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub like
  • 28 İyn 22:29  
Siyasət Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə n�

arrow Ətraflı
Stress "evimizi yıxır" like
  • 28 İyn 22:00  
Digərləri Stress "evimizi yıxır"

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən a�

arrow Ətraflı
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş  FOTO like
  • 28 İyn 21:45  
Digərləri Cümşüd tanınmış şirkətin əməkdaşı imiş FOTO

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazi

arrow Ətraflı
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama like
  • 28 İyn 21:20  
Şou-biznes Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama

"Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda m

arrow Ətraflı
Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir like
  • 28 İyn 21:06  
Digərləri Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir

Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda saxla

arrow Ətraflı
Vüsal xəstəxanadan evə buraxıldı like
  • 28 İyn 20:49  
Şou-biznes Vüsal xəstəxanadan evə buraxıldı

Beyin əməliyyatı keçirən aktyor Vüsal Murtuzəliyev xəstəxanadan evə bu

arrow Ətraflı
Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: like
  • 28 İyn 20:33  
Digərləri Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR:

Ailə həyatında sadiqlik, anlayış və məsuliyyət daşıyan bürclər çox

arrow Ətraflı
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan like
  • 28 İyn 20:17  
Digərləri Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.

arrow Ətraflı
Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb like
  • 28 İyn 20:00  
Digərləri Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alı

arrow Ətraflı
Faciəvi şəkildə ölən 16 yaşlı Məleykənin like
  • 28 İyn 19:32  
Digərləri Faciəvi şəkildə ölən 16 yaşlı Məleykənin

Qəbələdə 16 yaşlı qız əməliyyatdan sonra ölüb.

arrow Ətraflı
Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı like
  • 28 İyn 19:24  
Digərləri Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı

Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi

arrow Ətraflı
Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanladı like
  • 28 İyn 19:03  
Siyasət Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanladı

Ombudsman Səbinə Əliyeva Rusiyanın Yekaterinburq şəhərində azərbaycanl�

arrow Ətraflı