“Ukrayna müharibəsinə göndərmək istəyirdilər” OMONçuların işgəncə verdiyi azərbaycanlı
Digərləri 28 İyn 2025 19:46:00 85 0
"İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, maskalı şəxslər mənzilə hücum etdilər".
Bu xəbəri də oxu: "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" Seyfəddin Hüseynli
Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib.
O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar:
"Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına.
Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al".
R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər:
Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi

Ombudsman Səbinə Əliyeva Rusiyanın Yekaterinburq şəhərində azərbaycanl�

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı h

ŞahzadəHarri və Meqan Markl beş il əvvəl dünyanı heyrətləndirən bir q

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini

Şair Nazilər Səfərli ona ən çox ünvanlanan suala cavab verib.

İspaniyanın paytaxtı Madrid yaxınlığındakı kiçik Boadilja-del-Monte ş�

Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrum təkcə mavi dənizi

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun
