17 milyon avroya ən hündür İsa Məsih heykəlini tikmək istəyirlər Sakinlər narazıdır
Dünya 28 İyn 2025 17:36:00 83 0
İspaniyanın paytaxtı Madrid yaxınlığındakı kiçik Boadilja-del-Monte şəhərində tikilməsi planlaşdırılan İsa Məsihin dünyadakı ən hündür heykəli ciddi ictimai narazılıq doğurub.
Bu xəbəri də oxu: Dünyanın ən quraq səhrasına qar yağdı
Son.az xəbər verir ki, Şəhər Şurası layihəyə razılıq versə də, bu təşəbbüs sakinlər arasında ziddiyyətli reaksiyalara səbəb olub.
Planlar və müqayisələr
"Olive Press" nəşrinin yazdığına görə, katoliklərin təşəbbüsü ilə inşa olunacaq bu nəhəng abidə İsa Məsihi 37 metr hündürlükdə və 60 metr enində əks etdirəcək. Bu ölçülər onu Rio-de-Janeyrodakı məşhur "Xilaskar İsa" heykəlindən (30 m) və hal-hazırda dünyanın ən hündür İsa heykəli sayılan Polşanın Svebodzin şəhərindəki abidədən (33 m) daha böyük edəcək.
Layihə Boadiljada fəaliyyət göstərən "İsanın Qəlbinə Vəfa" adlı mülki katolik assosiasiyası tərəfindən irəli sürülüb və şəhərin "dini sədaqət mayakı"na çevrilməsi məqsədini daşıyır.
Mübahisənin mahiyyəti
Heykəlin tərəfdarları bildirirlər ki, bu abidə təkcə turist cəlbediciliyi deyil, həm də "ümid mayakı" olacaq. Assosiasiyanın nümayəndəsi Xuan Peres deyib: "Məqsədimiz insanları ruhlandırmaq və birləşdirməkdir. Bu, təkəbbür və nümayiş yox, sevgi və imanın görünən ifadəsidir".
Lakin layihəyə qarşı çıxanlar 17 milyon avro məbləğində ianələrin daha vacib yerli ehtiyaclara yönəldilməsinin daha məntiqli olacağını düşünürlər. Qarşı tərəf eyni zamanda ətraf mühitə potensial zərər və tikinti sahəsinin avtomagistrala yaxınlığı səbəbilə yol nəqliyyatında sıxlıq artımından narahat olduqlarını bildirir.
Sosialist İşçi Partiyasının (PSOE) yerli nümayəndəsi Alessandra del Monako qeyd edib: "Boadiljadakı torpaq qiymətlərini nəzərə alsaq, bu qədər əlverişli ərazinin belə bir layihəyə verilməsi tamamilə məntiqsizdir".
Qeyd edək ki, torpaq sahəsi layihə üçün yaxın zamanda şəhər şurası tərəfindən ayrılıb. Hökumət orqanlarına hazırda mühafizəkar Xalq Partiyası rəhbərlik edir.
Əgər layihə kifayət qədər ictimai dəstək qazanarsa, tikinti işlərinə 2027-ci ildə başlanılması, işlərin isə 2030-cu ilin iyun ayında tamamlanması planlaşdırılır./Qaynarinfo
Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrum təkcə mavi dənizi

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun

Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətini

Türkiyədə temperaturun kəskin artdığı bir vaxtda meteoroloqlardan gözlə

Son.az xəbər verir ki, İran mediası ölkənin Ali dini liderinin müşaviri

Vaşinqton administrasiyası süni intellektin (Al) inkişafını təmin etmək

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşla

2025-ci ilin ilk dörd ayında Çindən Azərbaycana göndərilən elektromobill

Tanınmış təhsil eksperti Nadir İsrafilov 73 yaşında vəfat edib.

Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndindən keçən hiss�

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sə
