"“Ac qalmasınlar” deyə gələcəyimizi bəzi müəllimlərə qurban verə bilmərik"
Digərləri 23 İyn 2025 17:22:00 67 0
"2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində "müəllim" adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir".
Bu xəbəri də oxu: Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaiti məbləğ açıqlandı
Son.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə "onlar illərlə dərs deyib", "aç qalsınlar?", "uşaqları böyüdürlər" arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz. Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır:
"O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir - o artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya - savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar.
Əgər bir müəllim "mən imtahandan kəsildim çünki suallar çətin idi" deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması - uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır.
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Döv

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberməkan

Dünyanı narahat edən müharibəyə 10-cu gündə qoşulan ABŞ B-2 ağır

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yayımla

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqıs�

Poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərd�

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "O

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunu

"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə a

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror
