Dövlət Xidmətindən kiberməkanda genişmiqyaslı məlumat sızması ilə bağlı XƏBƏRDARLIQ
Digərləri 23 İyn 2025 17:03:00 63 0
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaiti məbləğ açıqlandı
Bu barədə Son.az-a Dövlət Xidmətindən məlumat verilib.
Vurğulanıb ki, Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir.
Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.
Sözügedən məlumat bazasında "Apple", "Google", "Facebook", "GitHub", "Telegram" kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları ("infostealer"lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə blacklist.gov.az platformasına göndərməyi tövsiyə edir.
İlqar Şabanov Son.az
Dünyanı narahat edən müharibəyə 10-cu gündə qoşulan ABŞ B-2 ağır

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yayımla

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqıs�

Poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərd�

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "O

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunu

"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə a

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror

ABŞ-nin Suriyanın şimal-şərqində Al Hasakah şəhərində yerləşən hər

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda İranın Kirmanşah
