CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu VİDEO FOTO
Digərləri 17 İyn 2025 18:58:00 72 0
Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış, Cambridge Universitetinin tədris metodikasına əsaslanan Milli İngilis dili ədəbiyyatı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə şirkət rəhbərliyi ilə yanaşı tanınmış alimlər, yazıçılar, ədəbiyyat və dövlət xadimləri də iştirak ediblər.
Məlumat verilib ki, yeni dərslik şagirdlərə ingilis dilini yüksək standartlarla öyrənməklə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti və dəyərləri ilə də tanışlıq imkanı yaradır. Bu yanaşma, dil tədrisini milli kimliklə birləşdirərək unikal bir model ortaya qoyur. Layihə çərçivəsində süni intellektə əsaslanan ev tapşırıqlarına nəzarət sistemi, elektron monitorinq və geribildirim platforması tətbiq olunub. Hər üç dərsdən sonra keçirilən testlərlə biliklərin davamlı qiymətləndirilməsi həyata keçirilir.
CELT Tədris və İnkişaf Mərkəzinin təsisçisi Xəyyam Dəmirov jurnalistlərə müsahibəsində bildirib: "CELT Tədris və İnkişaf Mərkəzi olaraq istəyimiz ondan ibarətdir ki, tələbələrimiz ingilis dilini öyrənərkən öz tarixlərini, mədəniyyətlərini və dəyərlərini də öyrənsinlər. Biz Cambridge-in dəstəyi ilə bu istiqamətdə müasir və güclü məzmun təqdim etdik. Burada ən mühüm fərqləndirici cəhət isə imtahan cavablarının satışda olmamasıdır. Bu şagirdlərin əzbərləməyə deyil, real bilik və anlayışa əsaslanmasını təmin edir və qiymətləndirmə prosesini daha ədalətli edir. Yeni nəşr, Azərbaycan təhsilində innovasiya və milli məzmunun beynəlxalq tədris standartları ilə uğurlu sintezini nümayiş etdirir.".
Qeyd edək ki, 25 illik təcrübəyə malik olan CELT Tədris və İnkişaf Mərkəzinin başlıca məqsədi, tələbələrə yüksək keyfiyyətli beynəlxalq təhsil təqdim edərək onların akademik və peşəkar inkişafına dəstək olmaqdır. CELT-də hər bir tələbəyə xüsusi diqqət yetirilir, tədris qrupları maksimum 3 nəfərlə məhdudlaşdırılır. Bu, dərslərin daha səmərəli və məhsuldar keçməsinə imkan yaradır. Dərs saatlarının çox olması və dərslərin hər gün keçirilməsi tələbələrin biliklərinin daha dərin və dayanıqlı olmasını təmin edir.
Xəbərə aid video
Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobu

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsr

23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin

Aşıq Əli Tapdıqoğlunun övladlarının ilk dəfə görüntüləri nümayi�

Təkcə 2024-cü il ərzində ölkədə təxminən 73 min abort faktı qeydə al

Paltaryuyan maşın istifadəçilərinin çoxu bu sadə, amma effektiv funksiyad

5-7 sentyabr tarixlərində Bakı şəhərində ilin ən çox gözlənilən rəq

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilk dəfə efirə qoşulub.

Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkə

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əmə

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqəd

Məşhur amerikalı müğənni Şerin oğlu xəstəxanalıq olub.
