Elçilikdən sonra qızın bibisi oğlunu öldürən şəxsin cəzası bilindi
Digərləri 20 May 2025 12:29:00 74 0
Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüfət Əlizadənin məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: 308 tələbəyə “Adlı təqaüd” təqdim olundu
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüfətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara yox cavabı verib.
Bundan sonra Rüfət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüfətgillə danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. "Finca Azərbaycan" şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüfətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər.
Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüfət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində ölüb.
Məhkəmənin hökmü ilə Rüfət Əlizadəyə 13 il həbs cəzası verilib.
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həya

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ona şei

Quruda avtomobil kimi havada da təyyarə kimi fəaliyyət göstərən avtomobi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəz

Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq əra

"Putin mənə həyat yoldaşıma böyük hörmət bəslədiyini deyib"

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq ç

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məkt�

Astroloji ulduzlar bu həftə bəzi bürclərin yolunu işıqlandırır. Həm ş

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları"

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az
