Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının bəyanatı


Digərləri 20 May 2025 11:46:21 70 0

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının bəyanatı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial platformalarda təşkilatımıza qarşı məqsədli, məkrli, qərəzli və əsassız şəkildə çirkin qarayaxma kampaniyası aparılır. Bu kampaniya açıq-aşkar böhtan xarakteri daşıyır, reallığı əks etdirmir. İctimaiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilir, bununla da Cəmiyyətin 105 illik tarixi boyu formalaşdırdığı yüksək nüfuzuna və imicinə xələl gətirmək məqsədi daşıyır. Bu da haqlı olaraq cəmiyyət üzvlərinin ciddi narazılığına, etirazına səbəb olmuşdur.

Hamıya məlumdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən bu günə qədər milli və beynəlxalq hüquq normaları, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyət öz nizamnaməvi vəzifə və missiyasını Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, tam şəffaf və ictimaiyyətə açıq formada həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri müxtəlifdir və cəmiyyətin rəsmi internet saytında, eləcə də mətbuat orqanında bütün fəaliyyətlər barədə mütəmadi olaraq ətraflı məlumatlar yerləşdirilir. Həmçinin, saytda illik hesabatlar da yer alır. Hər bir Azərbaycan Respublikası vətəndaşı onları maraqlandıran məlumatları rəsmi saytdan əldə edə bilər.

Təəssüf doğuran hal odur ki, bu böhtan və əsassız yazılar, Cəmiyyətin 105 illik yubiley tədbirindən dərhal sonra başlamışdır ki, bu da kampaniyanın planlı və qərəzli xarakter daşıdığından xəbər verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə qarşı yönəlmiş bu cür təxribat xarakterli addımlar birmənalı olaraq, ilk növbədə dövlətimizin və xalqımızın humanitar dəyərlərinə zidd olmaqla yanaşı, həm də sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların yardıma çıxış imkanlarını təhdid altına alır.

AzQAC humanitar ehtiyaclar zamanı zəruri layihələr həyata keçirərək əhalinin həssas təbəqəsinə təmənnasız xidmətlər göstərir. Buna misal olaraq, Koronavirus (COVİD19) pandemiyası və II Qarabağ müharibəsi zamanı ayparaçıların fədakar əməyini qeyd etmək olar. Bu zaman Cəmiyyətin əməkdaşları, könüllüləri öz həyatlarını riskə ataraq humanitar missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Erməni silahlı qüvvələrinin Bərdə şəhərinə atdıqları raket nəticəsində öz humanitar missiyasını yerinə yetirən cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev həlak olmuş, 2 könüllü isə yaralanmışdır. Həmçinin, AzQAC-ın üzvləri öz missiyalarına uyğun olaraq Ağdam-Xankəndi yolunda humanitar kampaniya keçirərkən 29 gün ərzində çadırlarda gecələməli olmuşlar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin müvafiq sərəncamları ilə cəmiyyətin əməkdaşları 5 Orden, 57 "Tərəqqi" medalı ilə təltif olunub, 2 əməkdaşı əməkdar jurnalist fəxri adına layiq görülüblər. 13 şəfqət işçisi isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək medalı olan "Florence Nightingale" medalını alıb.

MDB məkanında azsaylı milli cəmiyyətlərdəndir ki, fəaliyyəti "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik sənədləri ilə tənzimlənir. Bütün bunlar respublika rəhbərliyinin, dövlətin AzQAC-a diqqət və qayğısının, eləcə də etibarının bariz nümunəsidir.

Onilliklər ərzində Cəmiyyətin uğurlarını, əməkdaşlarının və könüllülərinin fədakar əməyini görməmək, zənnimizcə, heç bir məntiqə sığmır.

Media orqanlarını, jurnalistləri və sosial şəbəkə istifadəçilərini Milli Mətbuatımızın 150 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda, Həsənbəy Zərdabi ənənələrinə sadiq qalaraq məsuliyyətli davranmağa, yaydıqları informasiyanın obyektivliyini yoxlamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq. Hesab edirik ki, AzQAC-ın fəaliyyəti barədə verilən rəylər və yazılar öncə müvafiq qaydada Cəmiyyətə sorğunun göndərilməsi və sorğuya verilən cavablara əsaslanmalıdır.

AzQAC hər zaman olduğu kimi bundan sonra da öz xeyirxah missiyasına sadiq qalaraq xalqımıza və dövlətimizə təmənnasız xidmət göstərəcək, humanitar sahədə hökumətin yardımçısı kimi nizamnaməsindən irəli gələn vəzifələri vicdanla, şərəf və ləyaqətlə, məsuliyyətlə yerinə yetirməyə davam edəcəkdir. Gələcəkdə belə xarakterli yazıların dərc olunması davam edəcəyi təqdirdə, məsələyə hüquqi müstəvidə qiymət veriləcəyi qaçılmaz ola bilər.

Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Idarəetmə Şurasının 19 may 2025-ci il tarixdə keçirilən geniş tərkibli iclasında qəbul olunmuşdur.

Rusiya Ermənistana yeni naviqasiya sistemi verdi: Eyni anda 200 təyyarə... like
  • 20 May 11:43  
Dünya Rusiya Ermənistana yeni naviqasiya sistemi verdi: Eyni anda 200 təyyarə...

Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq əra

arrow Ətraflı
"Putin arvadıma böyük hörmət bəslədiyini dedi" like
  • 20 May 11:28  
Dünya "Putin arvadıma böyük hörmət bəslədiyini dedi"

"Putin mənə həyat yoldaşıma böyük hörmət bəslədiyini deyib"

arrow Ətraflı
Polşa prezident seçkiləri: azadlıqla qorxu arasında son duel like
  • 20 May 11:20  
Siyasət Polşa prezident seçkiləri: azadlıqla qorxu arasında son duel

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT  22 vəzifəli şəxs həbs edildi like
  • 20 May 11:15  
Digərləri Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT 22 vəzifəli şəxs həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq ç

arrow Ətraflı
Erməni mayor ÖLDÜRÜLDÜ like
  • 20 May 11:05  
Dünya Erməni mayor ÖLDÜRÜLDÜ

Rusiya ordusuna növbəti zərbə endirilib.

arrow Ətraflı
Monitorinqlərdə nə baş verib?  Məktəb direktorları işdən azad edildi like
  • 20 May 10:57  
Digərləri Monitorinqlərdə nə baş verib? Məktəb direktorları işdən azad edildi

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məkt�

arrow Ətraflı
Bu həftə 5 BÜRC üçün ən gözəl həftə olacaq like
  • 20 May 10:47  
Digərləri Bu həftə 5 BÜRC üçün ən gözəl həftə olacaq

Astroloji ulduzlar bu həftə bəzi bürclərin yolunu işıqlandırır. Həm ş

arrow Ətraflı
Tanınmış jurnalist vəfat etdi like
  • 20 May 10:32  
Digərləri Tanınmış jurnalist vəfat etdi

Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.

arrow Ətraflı
Kukla teatrında kuklalar sərgisi like
  • 20 May 10:22  
Kriminal Kukla teatrında kuklalar sərgisi

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları"

arrow Ətraflı
Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq… like
  • 20 May 10:15  
Digərləri Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az

arrow Ətraflı
Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla... like
  • 20 May 10:08  
Digərləri Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla...

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

arrow Ətraflı
Saat 10:00da bu ərazilərdə qaz kəsiləcək like
  • 20 May 09:53  
Digərləri Saat 10:00da bu ərazilərdə qaz kəsiləcək

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində apar

arrow Ətraflı
Mirkamil əməliyyat olundu like
  • 20 May 09:49  
Şou-biznes Mirkamil əməliyyat olundu

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gü

arrow Ətraflı
Türkiyədə fabrikdə güclü yanğın  Partlayış səsləri eşidildi  FOTO like
  • 20 May 09:46  
Digərləri Türkiyədə fabrikdə güclü yanğın Partlayış səsləri eşidildi FOTO

Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal ed�

arrow Ətraflı
Bakıda terror hücumu hazırlayarkən şəxs hakim qarşısında like
  • 20 May 09:39  
Digərləri Bakıda terror hücumu hazırlayarkən şəxs hakim qarşısında

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayə

arrow Ətraflı