Əhalinin neçə faizi gündəlik yerli TVlərə baxır?


Digərləri 19 May 2025 20:30:00 73 0

Əhalinin neçə faizi gündəlik yerli TVlərə baxır?

Bu gün milli ideoloji əsasların formalaşdırılması və inkişaf etdirilməsində mühüm rol oynayan, informasiya mühitinə ciddi təsir imkanlarına malik televiziya özünün yeni transformasiya mərhələsini yaşayır. Cəmiyyətdə əsas kommunikasiya vasitələrindən biri kimi televiziya daim aktual çağırışlara hazır olmalı, dövrün tələblərinə operativ cavab verməli, müasir trendlərə uyğunlaşmağı bacarmalıdır. Rəqəmsal informasiya dövründə sürətli adaptasiya əsas tələb olduğundan, internet və sosial şəbəkələr televiziyanın əsaslı rəqibinə çevrildiyindən, keyfiyyətli kontent istehsalı və etibarlı mənbə faktoru əsas meyara çevrilir.

Son.az AZƏRTAC-a istinadən Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı yazını təqdim edir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə həyatımızın digər sahələrində olduğu kimi, audiovizual sferanın inkişafına da əsaslı təsir göstərmişdir. Son beş ildə Azərbaycan teleməkanın inkişafı istiqamətində əsaslı addımlar atılmış, ilk növbədə onun qanunvericilik bazası yenidən formalaşdırılmışdır.

Əvvəlki illərdə televiziya və radio məkanı "Televiziya və radio yayımı haqqında" Qanun, Audiovizual Şurasının fəaliyyəti isə "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənirdi. İnternet, sosial media sürətlə inkişaf etdiyi, bütün dünyada ənənəvi və yeni medianın inteqrasiya prosesi geniş vüsət aldığı halda, mövcud qanunvericilik 1998-1999-cu illərdən yaranmağa başlamış media subyektlərinin onlayn versiyalarının, əsasən 2005-2006-cı illərdən formalaşan onlayn media subyektlərinin fəaliyyətini tənzimləmir, onların statusunu tanımırdı. 2022-ci il fevralın 8-də qüvvəyə minmiş "Media haqqında" Qanun 1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanundan köklü şəkildə fərqlənir. Yeni Qanun ənənəvi media ilə yanaşı, onlayn media subyektlərinin də statusunu, hüquq və vəzifələrini müəyyən edir.

Bu dövrün yaddaqalan hadisələrindən biri də teleməkanımızda müasir standartlara cavab verən ölçü-reytinq sisteminin qurulması ilə bağlıdır.

2022-ci ilə qədər Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini beynəlxalq "AGB Nielson" şirkətinin nümayəndəliyi həyata keçirirdi. Auditoriyanın ölçülməsi, əsasən kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılırdı. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan və texniki avadanlıqların müasir standartlara cavab verməməsi baxımından Azərbaycanda ölçmələrin keyfiyyətinə, kommunikasiyanın effektivliyinə mənfi təsir edir, eyni zamanda prosesdə müəyyən subyektiv yanaşma da gözə çarpırdı.

Xatırlatmaq yerinə düşər ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı. Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış "Kantar Media" şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator "MARSA" tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

"MARSA"nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Bəzən belə fikirlər səslənir ki, Azərbaycanda televiziya tamaşaçısı daha çox xarici telekanallara üstünlük verir. Amma telebaxış göstəriciləri bunun tam əksini göstərir - gün ərzində ortalama televiziyaya baxan 5 milyon 789 min insanın 60 faizdən çoxu - 5 milyon 87 min nəfəri məhz Azərbaycan kanallarına baxır. Ümumilikdə, 2025-ci ilin yanvar, fevral və mart aylarında telebaxış göstəriciləri aşağıdakı kimidir:

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

2025-ci ilin yanvar, fevral və mart aylarında 11 televiziya kanalında məzmuna görə bölgü:

“Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...” like
  • 19 May 20:00  
Şou-biznes “Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...”

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər like
  • 19 May 19:40  
Siyasət Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə x

arrow Ətraflı
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır  ARAŞDIRMA like
  • 19 May 19:25  
Digərləri Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəri

arrow Ətraflı
Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq" like
  • 19 May 19:13  
Digərləri Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq"

19-25 May 2025-ci il tarixlərini əhatə edən həftə astroloji baxımdan əh

arrow Ətraflı
İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır like
  • 19 May 19:06  
Digərləri İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır

İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rə

arrow Ətraflı
Zelenski və Tramp telefonla danışdı like
  • 19 May 18:53  
Dünya Zelenski və Tramp telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 19 May 18:48  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

arrow Ətraflı
Bakının mərkəzində söküntü başlayır  Bu qədər kompensasiya ödənəcək like
  • 19 May 18:39  
Digərləri Bakının mərkəzində söküntü başlayır Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

arrow Ətraflı
"Cəhənnəmdə yanacağamsa, sizə nə?!" like
  • 19 May 18:30  
Şou-biznes "Cəhənnəmdə yanacağamsa, sizə nə?!"

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. 

arrow Ətraflı
“Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi  FOTO like
  • 19 May 18:27  
Kriminal “Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi FOTO

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

arrow Ətraflı
İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib  FOTO like
  • 19 May 18:16  
Kriminal İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI like
  • 19 May 18:06  
Digərləri Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

arrow Ətraflı
PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ? like
  • 19 May 18:00  
Siyasət PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı