İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO


Kriminal 19 May 2025 18:16:00 57 0

İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib  FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib. 

Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb. Ustad dərsinin açılışında pianoçu Elena Chiavegato çıxış edərək, Azərbaycanın zəngin  musiqi mədəniyyəti haqqında öz təəssüratlarını bölüşərək səfəri çərçivəsində onun yaradıcılığına göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. Daha sonra "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İB sədri İlahə Qismət öz çıxışında bu kimi layihələrin mədəniyyətimiz üçün əhəmiyyətindən, gənclərimizin yaradıcılığına göstərdiyi müsbət təsirindən danışıb. Həmçinin bir bəstəkar kimi əsərlərinin italyan pianoçunun repertuarına daxil edilməsinə görə çox sevincli olduğunu da vurğulayıb. Tədbirin yaradıcı hissəsi Elena Chiavegatonun ifasında səslənən Mendelson "Noktürn" və İlahə Qismətin "Kəpənəklərin rəqsi" əsərləri ilə başlanılıb. MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov dərsin əsas məqsədinin incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması olduğunu bildirirək qonağa xatirə hədiyyələri təqdim edib. E.Chiavegato müəllim və şagirdlər üçün innovativ tədris metodikası, dərs zamanı diqqət edilməli əsas məqamlar, peşəkar inkişaf üçün göstərişlər və düzgün repertuar seçiminin təşkilindən bəhs edib. Fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, musiqi pedaqogikasının öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından izah edib. Ustad dərsində Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinif şagirdi Renat Şərifli və XI sinif şagirdi Ərtoğrul Balayev (müəllim Yelena Xalilulina), C.Hacıyev adına 3  nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Nəzrin Yuzbəyova (müəllim Lalə Mahmudova), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Zərrin Şükür (müəllim Afaq Rəhimova) maraqlı repertuarla çıxış ediblər. E.Chiavegato ilə Haydn, Şostakoviç, Raxmaninov və Bramsın əsərləri üzərində iş əyani olaraq icra olunub. Qeyd edək ki, 20-dən çox nüfuzlu mükafatın laureatı olan pianoçu dünyanın aparıcı konsert salonlarında çıxış edib. Bunlara Milan "Teatro alla Scala", Venesiya "Teatro La Fenice", Paris "Salle Cortot", Barselona "Palau de la Música Catalana" və digərləri aiddir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI like
  • 19 May 18:06  
Digərləri Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

arrow Ətraflı
PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ? like
  • 19 May 18:00  
Siyasət PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı  FOTO like
  • 19 May 17:59  
Digərləri Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

arrow Ətraflı
Azərbaycanda yeni medal təsis edilir like
  • 19 May 17:53  
Digərləri Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

arrow Ətraflı
Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR  Yeni başlanğıclar üçün ideal vaxt like
  • 19 May 17:53  
Digərləri Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR Yeni başlanğıclar üçün ideal vaxt

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

arrow Ətraflı
Türkiyə və ABŞ bu mühüm məsələ üçün görüşəcək  Tarix verildi like
  • 19 May 17:46  
Dünya Türkiyə və ABŞ bu mühüm məsələ üçün görüşəcək Tarix verildi

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

arrow Ətraflı
Həkim İlkinə qadağalar qoydu like
  • 19 May 17:39  
Şou-biznes Həkim İlkinə qadağalar qoydu

Tele-aparıcı İlkin Həsəninin səhhəti ilə problem yaşayır.

arrow Ətraflı
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi like
  • 19 May 17:34  
Digərləri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr

arrow Ətraflı
"Day.Az" Cənubi Qafqazın rus dilli informasiya lideri oldu like
  • 19 May 17:31  
Digərləri "Day.Az" Cənubi Qafqazın rus dilli informasiya lideri oldu

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqaz

arrow Ətraflı
Sosial şəbəkələrdə yüksək faizli gəlir təklifləri: Fırıldaq ya gəlirli yatırım? like
  • 19 May 17:30  
Digərləri Sosial şəbəkələrdə yüksək faizli gəlir təklifləri: Fırıldaq ya gəlirli yatırım?

Son dövrlər çox insanlar gəlir əldə etmək istəyərkən əslində illərl

arrow Ətraflı
Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək like
  • 19 May 17:25  
Digərləri Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

arrow Ətraflı
Bu ay sevgi həyatları dəyişəcək 4 BÜRC like
  • 19 May 17:06  
Digərləri Bu ay sevgi həyatları dəyişəcək 4 BÜRC

Səma hadisələri may ayının sonuna qədər bəzi bürclər üçün emosional

arrow Ətraflı
Qalmaqallı sədrin oğlu da işdən çıxarıldı like
  • 19 May 17:04  
Digərləri Qalmaqallı sədrin oğlu da işdən çıxarıldı

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqa

arrow Ətraflı
Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK like
  • 19 May 16:59  
Digərləri Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üz

arrow Ətraflı
İllər sonra QATAR QAYIDIR  Sakinlərə ŞAD XƏBƏR like
  • 19 May 16:53  
Digərləri İllər sonra QATAR QAYIDIR Sakinlərə ŞAD XƏBƏR

Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəs�

arrow Ətraflı