Bəyin boynuna qızıl əvəzinə ət taxdı FOTO


Digərləri 03 Ağu 2025 20:14:00 69 0

Bəyin boynuna qızıl əvəzinə ət taxdı  FOTO

Kahramanmaraşda baş tutan bir toy məclisi gündəmi zəbt edib.

Son.az axşam.az-a istinadla xəbər verir ki, Volkan və Zehra Buse Gündeş cütlüyü toy edib. Toyda qonaqlar gəlinlə bəyə pul və qızıl hədiyyə ediblər.

Bəyin kababçı qardaşı Doğan Gündeş isə maraqlı hədiyyəsi ilə hər kəsi güldürüb. O, bəyin boynuna ətdən hazırlnan boyunbağı taxıb. O, əti torbalara qoyub və onu bir-birinə iplə bağlayıb.