Mərkəzi Bank faizləri azaldıb: Nə gözlənilir?


Digərləri 05 Fev 2024 13:51:00 187 0

Mərkəzi Bank faizləri azaldıb: Nə gözlənilir?

"Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Belə ki, ötən ilin avqustunda 8,29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6,60 faizə enib".

Son.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, həmin müddətdə 84 günlük notlar 8,60 faizdən 6,65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8,71-dən 6,71-ə enib. 252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9,18 faizdən 6,72 faizədək azalıb. Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb.

"Təhlillərimiz göstərir ki, faizlərin azalmasının bir sıra səbəbi var. Əvvəla, Mərkəzi Bankın yüksəkfaizli notları digər dövlət qiymətli kağızlarını, praktik olaraq, "sıxışdırırdı". O, birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırmışdı. Bu isə qiymətli kağızlar bazarında daha yüksəkfaizli borclanma demək idi. İkincisi, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi. Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkə də hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəsidir. Üçüncüsü, yüksəkfaizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bildi və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaratdı. Nəhayət, digər dövlət qiymətli kağızlarına nisbətən və bəzən xeyli aşağı faizlərin ödəndiyi ekosistemdə Mərkəzi Bankın bahalı notları uzun müddət sektorda saxlaya bilməyəcəyi bəlli idi. Bütün bunlar ilə yanaşı, Mərkəzi Bankın yüksəkfaizli notları nəinki banklar, hətta bir sıra digər qurumlar üçün əlavə gəlir imkanları yaratdı.

Digər mühüm və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən banklarda depozit faizlərinin artmasıdır. Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır", - deyə deputat qeyd edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Əl Cəzirə” qəzeti prezident seçkilərindən yazdı like
  • 05 Fev 13:45  
Digərləri “Əl Cəzirə” qəzeti prezident seçkilərindən yazdı

Ər-Riyadda nəşr olunan "Əl Cəzirə" qəzetində Azərbaycanın S�

arrow Ətraflı
Billi Eyliş məşhur filmdəki mahnısına görə “Grammy” qazandı like
  • 05 Fev 13:40  
Şou-biznes Billi Eyliş məşhur filmdəki mahnısına görə “Grammy” qazandı

Los-Ancelesdə "Crypto.com Arena"da 66-cı dəfə musiqi mükafatları

arrow Ətraflı
Ağır xəstə olan Selin Dion 3 aydan sonra ilk dəfə like
  • 05 Fev 13:29  
Şou-biznes Ağır xəstə olan Selin Dion 3 aydan sonra ilk dəfə

Dünyaca məşhur kanadalı müğənni Selin Dion səhhətində yaranan probleml

arrow Ətraflı
Filarmoniyada “Gənclər günü” münasibəti ilə təltif etmə mərasimi keçirildi  FOTO like
  • 05 Fev 13:24  
Kriminal Filarmoniyada “Gənclər günü” münasibəti ilə təltif etmə mərasimi keçirildi FOTO

Gənclik gələcəyin təməlidir. Azərbaycanda 2 fevral tarixində qeyd edilə

arrow Ətraflı
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib  TƏFƏRRÜAT  YENİLƏNİB like
  • 05 Fev 13:18  
Digərləri Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib TƏFƏRRÜAT YENİLƏNİB

13:18 Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düş�

arrow Ətraflı
Pensiyalar nə qədər artırıldı? like
  • 05 Fev 13:15  
Digərləri Pensiyalar nə qədər artırıldı?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Əmək pensiyalarının

arrow Ətraflı
Həbs edilən tanınmış idmançılardan xəbər var like
  • 05 Fev 13:11  
Digərləri Həbs edilən tanınmış idmançılardan xəbər var

Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azər

arrow Ətraflı
Azərbaycan Ordusunda qidalanma: hansı yeməklər verilir, sistem necədir?  ARAŞDIRMA like
  • 05 Fev 13:02  
Digərləri Azərbaycan Ordusunda qidalanma: hansı yeməklər verilir, sistem necədir? ARAŞDIRMA

Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindən

arrow Ətraflı
Sabah Bakıda 13, rayonlarda 16 dərəcə isti olacaq like
  • 05 Fev 12:56  
Digərləri Sabah Bakıda 13, rayonlarda 16 dərəcə isti olacaq

Fevralın 6-da ölkədə müşahidə ediləcək hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ermənistandan gələn çex...  DTX istintaq aparır like
  • 05 Fev 12:50  
Digərləri Ermənistandan gələn çex... DTX istintaq aparır

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Resp

arrow Ətraflı
Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib” like
  • 05 Fev 12:45  
Kriminal Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qon

arrow Ətraflı
İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar like
  • 05 Fev 12:32  
Digərləri İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar

İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.

arrow Ətraflı
DİM bakalavrlara müraciət etdi like
  • 05 Fev 12:31  
Digərləri DİM bakalavrlara müraciət etdi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak

arrow Ətraflı