17 yaşlı model: “Ayağımı hiss edirəm, vizual olaraq yoxdur” MÜSAHİBƏ


Digərləri 03 Fev 2024 14:07:00 161 0

17 yaşlı model: “Ayağımı hiss edirəm, vizual olaraq yoxdur”  MÜSAHİBƏ

"Özümə qarşı komplekslərim yoxdur. Məncə, hər kəs kompleksdən uzaq olmağı bacarmalıdır".

Son.az xəbər verir ki, bu sözləri Oxu.Az-a müsahibəsində xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova deyib. Müsahibəni təqdim edirik:

- Xədicə xanım, orta məktəbdə oxuyursunuz, yoxsa tələbəsiniz?

- Mən 2006-cı ildə Gəncə şəhərində dünyaya göz açmışam. Orada orta məktəbi bitirdim. Hazırda Bakıda kolleclərin birində kompüter şəbəkələri üzrə təhsil alıram.

- Sosial şəbəkədə modellik fəaliyyətinizlə bağlı videolar izlədik, diqqətimizi çəkdi. Necə oldu bu qərara gəldiniz?

- Çox anidən oldu. Bibimin uşaqları kirayə geyim mağazası açmışdılar. Orada mənə təklif etdilər ki, bəlkə, geyinib, reklam edəsən? Düşündüm ki, niyə də olmasın? İlk gün həyəcan var idi, amma özümə qarşı kompleksim heç vaxt olmadığı üçün rahat idim. Tərəddüd də var idi, insanlar nə deyərlər deyə düşündüm. Az da olsa, müştəri cəlb edə bilmişəm.

- Modellik fəaliyyətini gələcəkdə davam etdirməyi düşünürsünüzmü?

- Mənə modellik maraqlıdır. Çox sevirəm. Davam etdirməyi düşünürəm. Haraya qədər gedəcəksə, oraya qədər davam etdirəcəyəm. Mən bu işdən gəlir əldə etmirəm. Təmənnasız işləyirəm.

- Başqa yerlərdən təkliflər gəlirmi?

- Azərbaycandan yox, lakin Türkiyədən olub. O da tanış idi. Həmin xanımın da paltarlarını reklam etmişəm. Həmin işi də təmənnasız gördüm. Bundan sonra təkliflər gəlsə, qəbul edərəm.

Çox zövq alıram bu işdən, mənə maraqlı gəlir. Ümumiyyətlə, paltarları təqdim etməyi çox sevirəm. Lakin əsas məsələ tanınmaqdır. Tanınmaq istəyirəm. Bəlkə, mənim kimi insanlara dəstək olaram. Kompleks etmək lazım deyil. Həyata davam etmək lazımdır.

Sosial şəbəkədə bir qız gördüm. Mənim kimi ayağını itirmişdi. O da modellik edirdi. Daha çox ondan ilhamlandım. Düşündüm ki, mən də öz ölkəmdə bu işi görüm. Axı niyə də olmasın? Bu işə beş-altı ay olar ki, başlamışam. Hələ yeniyəm. Mənim paylaşımlarımın kiməsə təsiri olub-olmadığını bilmirəm. Amma olacağını düşünürəm.

- Vaxtınızı hansı şəkildə tənzimləyirsiniz?

- Çəkilişləri dərsdən sonra edirik. Əlavə bir-iki iş də edə bilərəm. Daha çox işləmək istəyirəm. Bir dəfə həyata gəlirik. Boş oturmaqdansa, nə isə etmək lazımdır. Boş oturmaqdan sıxılıram. İnsanlara göstərmək lazımdır ki, siz də belə davam edin.

Düzdür, təhsilim kompüter üzrədir. Kompüter hər işdə lazımdır, əlavə bilgidir. Modelliksə xoşuma gəlir. Hər iki işi bacara biləcəyimdən əminəm.

- Çox güclü iradəniz var.

- Həyat hekayəmdən az da olsa, danışmaq istərdim. 2020-ci ildə axsadığıma görə Bakıya gəldik. Rentgen çəkilişində ayağımda, sümüyün arxasında şiş göründü. Həkim xəstəlikdən danışdı. Həmin vaxt bütün həkimlərimiz müharibə səbəbindən əsgərlərə kömək üçün ezam olunmuşdular. Bu səbəbdən xaricə, Türkiyə və İsrailə getməyi məsləhət gördülər.

Vaxtımız az idi. Xərçəngin digər orqanlara keçmək təhlükəsi vardı. Ona görə də 2020-ci il oktyabrın 24-də Türkiyəyə getdik. Osteosarkoma diaqnozu qoydular. Noyabr ayının əvvəlinə qədər altı kimyaterapiya seansı aldım. 2021-ci il martın 6-da ilk əməliyyatım oldu. Ayağım qalmışdı. Həmin ilin dekabr ayına qədər kimyaterapiya aldım. Ayağın vəziyyəti yaxşı olmadığı üçün 2022-ci il iyulun 29-da kəsildi. Çünki şiş çox böyüyürdü. Bütün ayağıma şiş verirdi.

Həkim xəstəliyin irsi olub-olmadığını soruşdu, çünki onun sözlərinə görə, osteosarkoma diaqnozuna daha çox futbolçularda rast gəlinir, güclü travma səbəbindən yaranır. Mən isə travma aldığımı xatırlamıram. Xəstəlik çox az miqdarda ağciyərimə də yayılmışdı. Dərman qəbul edirəm, o da ürəyə ziyandır.

Dünyaya hər birimiz imtahan üçün gəlirik. Bu da mənim imtahanım idi. Allah sevdiyi bəndələrini imtahan edir. Mən bu halımla narazı deyiləm. Heç vaxt da olmaram. Çünki mən bunun sayəsində Allaha daha çox bağlandım. Bundan öncə həyatımı necə yaşayırdım, bilmirəm. Hər insan imtahan üçün gəlir bu dünyaya, əsas odur ki, üzüağ çıxasan.

Mən depressiyaya düşmədim. Çünki o halda, sadəcə, özümə ziyan etmiş olacağam. Həyatı bu qədər gözəlliklərlə yaşamaq varsa, niyə onu seçim? Allah mənə güc verdi. Əməliyyata ağlaya-ağlaya girmişdim. Ayılan zaman ayağımı hiss edəndə bir az ümidləndim. Çünki ağrı hiss etmirdim. Özümü yenidən anadan olmuş kimi hiss edirdim. Ayağımı indi də hiss edirəm. O, sadəcə, görüntü olaraq yoxdur.

- Bəs görəndə ki ayağınız yoxdur?..

- Məni ilk görənlər sanki şok keçirirlər. Bu məndə kompleks yaratmır. Əksinə, özünəgüvənli oluram. Ayağı olmayan birini həmin vaxt görsəydim, bəlkə, mən də qəribə olardım. Ayağıma görə pis olmuram. Heç vaxt üsyan etmirəm.

Bəziləri deyirlər ki, şalvar geyin. Mən bu hadisəni sadələşdirmək istəyirəm. Normal hal kimi göstərmək istəyirəm. Çünki həyatda ağlımıza gəlməyən hadisələr baş verir. Kollecə də ilk gedəndə təsadüfən şalvar geyinmişdim. Uşaqlarla həmin gün tanış oldum. İkinci gün şort geyinib getdim. Təəccübləndilər. Yaxınlaşdılar ki, nə yardım lazım olsa, de, biz hər zaman yanındayıq. Dəstək oldular.

- Ailəniz də Bakıdadır?

- Ailəm Gəncədədir. Mən qohumlarımla yaşayıram. Atam işi ilə əlaqədar oradadır. Anam arada mənə yardım üçün gəlir. Qardaşım hərbi xidmətdədir. İşlərimi özüm görürəm. Evdə protezi çıxarıram. Hoppana-hoppana gəzirəm. Bu bir qədər ziyandır, çünki tək ayağıma güc vermiş oluram.

- Müalicələrinizi öz hesabınıza aldınız?

- Türkiyədə olan zaman iki xarici fond yardım etdi, biri 10 min avro, digəri 6 500 dollar. Bir də protezim üçün kömək etdilər. Üç aydan bir yoxlanışa gedirəm. Birinci qrup əliləm.

- Videolarınızda "Aysedora" adına rast gəldik. Məşhur balerinaya görə (Aysedora Dunkan - red.) bu ləqəbi seçmisiniz?

- Təsadüfən qoyulub. Heç kimlə əlaqəsi yoxdur. Maraqlı ad axtarırdılar. Bunu uyğun bildilər. Sosial şəbəkədə səhifəmi açmışam ki, izləyicilərim artsın. Təkliflər gözləyirəm. Paylaşdığım fotoların hamısı birdəfəyə çəkilib. Bu işi hobbi kimi davam etdirmək istəyirəm. Ayağımın olmaması qüsur deyil, özümü olduğum kimi sevirəm. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ürək xərçənginin əlamətləri BUNLARDIR  Onkoloq açıqladı like
  • 03 Fev 14:00  
Digərləri Ürək xərçənginin əlamətləri BUNLARDIR Onkoloq açıqladı

Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişil

arrow Ətraflı
Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər like
  • 03 Fev 13:48  
Dünya Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər

Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı u�

arrow Ətraflı
"Pulu verəndə Aysel əlimə toxundu..." like
  • 03 Fev 13:22  
Kriminal "Pulu verəndə Aysel əlimə toxundu..."

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü

arrow Ətraflı
Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır”  FOTO like
  • 03 Fev 13:16  
Şou-biznes Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır” FOTO

Şair Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Elzanın anası ƏMƏLİYYAT OLUNDU  FOTO like
  • 03 Fev 12:56  
Şou-biznes Elzanın anası ƏMƏLİYYAT OLUNDU FOTO

Əməkdar artist Elza Seyidcahanın anası əməliyyat olunub.

arrow Ətraflı
"Qadın kişinin bu halına göz yummalıdır" like
  • 03 Fev 12:20  
Şou-biznes "Qadın kişinin bu halına göz yummalıdır"

"Mənim üçün həyat yoldaşımın bir xoş kəlməsi yetərlidir".

arrow Ətraflı
Yeni tədris dövründə praktiki məşğələlər icra olunur  VİDEO like
  • 03 Fev 12:15  
Digərləri Yeni tədris dövründə praktiki məşğələlər icra olunur VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə ə

arrow Ətraflı
Azərbaycanda dəhşətli hadisə  65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı like
  • 03 Fev 12:09  
Kriminal Azərbaycanda dəhşətli hadisə 65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı

12:09 Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikr

arrow Ətraflı
İtkin düşən qadının yeri məlum oldu like
  • 03 Fev 12:02  
Digərləri İtkin düşən qadının yeri məlum oldu

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.

arrow Ətraflı
Polis polkovnikleytenantı vəfat etdi like
  • 03 Fev 11:58  
Digərləri Polis polkovnikleytenantı vəfat etdi

Məşhur polis polkovnik-leytenantı vəfat edib. 

arrow Ətraflı
ABŞdə güclü zəlzələ baş verdi like
  • 03 Fev 11:53  
Dünya ABŞdə güclü zəlzələ baş verdi

ABŞ-nin Oklahoma ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır like
  • 03 Fev 11:51  
Digərləri Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır

"Yeddi fevral seçkilərinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiy

arrow Ətraflı
Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri... like
  • 03 Fev 11:42  
Digərləri Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri...

Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("de

arrow Ətraflı
“Ömrümün bir də qayıtmayacaq yayı”  FOTO like
  • 03 Fev 11:35  
Şou-biznes “Ömrümün bir də qayıtmayacaq yayı” FOTO

Əməkdar artist Firdovsi Atakişiyev mərhum xanımı, Xalq artisti İranə Ta�

arrow Ətraflı