Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər


Dünya 03 Fev 2024 13:48:00 148 0

Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər

Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan "Nazione" Partiyası elə ilk gündən 600-dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər.

Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, "Nazione" Partiyası Bastiada mətbuat konfransı keçirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi "Nazione"nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. Həmçinin daxili işlər naziri J. Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar.

"Nazione" Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi.

Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. Belə ki, onların evlərinə hücum edilərək, qapıları partlayıcılarla dağıdılıb, uşaqlarının gözü önündə ataları yerə yıxılaraq həbs olunub, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb, siyasi və peşə öhdəliklərində vicdanlı və hörmətli olan iki fəal arbitrar şəkildə Parisə göndərilib.

Bu gün "Nazione" dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir", - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər.

Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanındadır. Onların azadlığa buraxılması tələb olunur.

"Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi "Nazione"nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır.

Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. Bir daha bəyan edirik ki, "Korsika işləri" ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasının söyləmək bir "əfsanədir" və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib.

Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib: müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir.

Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır", - deyə siyasi partiyanın sözçüsü vurğulayıb.

Qeyd edilib ki, yüzlərlə "Nazione" fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil.

"Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. "Nazione" yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək", - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar.

Konfransın sonunda "Nazione" fəalları gələn həftə daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə "Korsika xalqının hüquqları uğrunda! Repressiyaya son! Yaşasın millət!" şüarları ilə etiraz nümayişinə çağırış ediblər.

Sonda partiya üzvləri 18 maskalı fransız polisinin "Nazione"nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Pulu verəndə Aysel əlimə toxundu..." like
  • 03 Fev 13:22  
Kriminal "Pulu verəndə Aysel əlimə toxundu..."

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü

arrow Ətraflı
Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır”  FOTO like
  • 03 Fev 13:16  
Şou-biznes Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır” FOTO

Şair Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Elzanın anası ƏMƏLİYYAT OLUNDU  FOTO like
  • 03 Fev 12:56  
Şou-biznes Elzanın anası ƏMƏLİYYAT OLUNDU FOTO

Əməkdar artist Elza Seyidcahanın anası əməliyyat olunub.

arrow Ətraflı
"Qadın kişinin bu halına göz yummalıdır" like
  • 03 Fev 12:20  
Şou-biznes "Qadın kişinin bu halına göz yummalıdır"

"Mənim üçün həyat yoldaşımın bir xoş kəlməsi yetərlidir".

arrow Ətraflı
Yeni tədris dövründə praktiki məşğələlər icra olunur  VİDEO like
  • 03 Fev 12:15  
Digərləri Yeni tədris dövründə praktiki məşğələlər icra olunur VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə ə

arrow Ətraflı
Azərbaycanda dəhşətli hadisə  65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı like
  • 03 Fev 12:09  
Kriminal Azərbaycanda dəhşətli hadisə 65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı

12:09 Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikr

arrow Ətraflı
İtkin düşən qadının yeri məlum oldu like
  • 03 Fev 12:02  
Digərləri İtkin düşən qadının yeri məlum oldu

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.

arrow Ətraflı
Polis polkovnikleytenantı vəfat etdi like
  • 03 Fev 11:58  
Digərləri Polis polkovnikleytenantı vəfat etdi

Məşhur polis polkovnik-leytenantı vəfat edib. 

arrow Ətraflı
ABŞdə güclü zəlzələ baş verdi like
  • 03 Fev 11:53  
Dünya ABŞdə güclü zəlzələ baş verdi

ABŞ-nin Oklahoma ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır like
  • 03 Fev 11:51  
Digərləri Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır

"Yeddi fevral seçkilərinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiy

arrow Ətraflı
Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri... like
  • 03 Fev 11:42  
Digərləri Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri...

Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("de

arrow Ətraflı
“Ömrümün bir də qayıtmayacaq yayı”  FOTO like
  • 03 Fev 11:35  
Şou-biznes “Ömrümün bir də qayıtmayacaq yayı” FOTO

Əməkdar artist Firdovsi Atakişiyev mərhum xanımı, Xalq artisti İranə Ta�

arrow Ətraflı
Xalqa xidmət nümunəsi yaradan Lider! like
  • 03 Fev 11:25  
Digərləri Xalqa xidmət nümunəsi yaradan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri il

arrow Ətraflı
Bayrağımızın asıldığı Xankəndidən REPORTAJ  VİDEO like
  • 03 Fev 10:24  
Digərləri Bayrağımızın asıldığı Xankəndidən REPORTAJ VİDEO

Ötən ilin payızından etibarən Azərbaycan bayraqlarının dalğalandığı

arrow Ətraflı