Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirildi FOTO


Digərləri 02 Fev 2024 17:18:00 143 0

Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirildi  FOTO

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib.

Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar.

Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib.

Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib.

"2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və "2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar.

“ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda "exitpoll" keçirəcək like
  • 02 Fev 16:54  
Digərləri “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda "exitpoll" keçirəcək

İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr apara

arrow Ətraflı
FatiməNazilə davası davam edir: like
  • 02 Fev 16:49  
Şou-biznes FatiməNazilə davası davam edir:

"Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icr

arrow Ətraflı
Pərviz Quliyevə yüksək vəzifə verildi  FOTO like
  • 02 Fev 16:44  
Digərləri Pərviz Quliyevə yüksək vəzifə verildi FOTO

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyini

arrow Ətraflı
Müəllimlərin maaşlarına əlavələr olacaq? like
  • 02 Fev 15:58  
Digərləri Müəllimlərin maaşlarına əlavələr olacaq?

2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndir

arrow Ətraflı
Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlandı like
  • 02 Fev 15:53  
Dünya Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlandı

Kreml Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələləri

arrow Ətraflı
Niadan göz yaşları içində növbəti AÇIQLAMA: "Liftdə olanda..."  VİDEO like
  • 02 Fev 15:47  
Şou-biznes Niadan göz yaşları içində növbəti AÇIQLAMA: "Liftdə olanda..." VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə fenomenlər Nia-Furkan cütlüyün

arrow Ətraflı
ABŞdə Texas böhranı: 50 ulduzdan biri like
  • 02 Fev 15:42  
Dünya ABŞdə Texas böhranı: 50 ulduzdan biri

ABŞ-nin Texas ştatında böhran davam edir. Belə ki, bir müddət öncə Texa

arrow Ətraflı
İlham Əliyev Saymon Stili qəbul edib like
  • 02 Fev 15:38  
Siyasət İlham Əliyev Saymon Stili qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Mahsun Kırmızıgül ilk dəfə qızı ilə görüntüləndi like
  • 02 Fev 15:34  
Şou-biznes Mahsun Kırmızıgül ilk dəfə qızı ilə görüntüləndi

Məşhur müğənni və aktyor Mahsun Kırmızıgül ötən gün qızı Lavinlə

arrow Ətraflı
Tural Ələkbərova yüksək vəzifə verildi like
  • 02 Fev 14:55  
Digərləri Tural Ələkbərova yüksək vəzifə verildi

Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili t

arrow Ətraflı
Bu ölkə rus texnikasını ABŞa verdi, Zaxarova qəzəbləndi like
  • 02 Fev 14:51  
Dünya Bu ölkə rus texnikasını ABŞa verdi, Zaxarova qəzəbləndi

Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub

arrow Ətraflı
Meray Keri qısa geyiminə görə gündəm oldu  FOTO like
  • 02 Fev 14:45  
Digərləri Meray Keri qısa geyiminə görə gündəm oldu FOTO

Dünya şöhrətli müğənni Meray Keri geyimi ilə gündəm olub.

arrow Ətraflı
Könül Kərimovanın Məhəbbət Kazımovla arxiv görüntüləri like
  • 02 Fev 11:56  
Şou-biznes Könül Kərimovanın Məhəbbət Kazımovla arxiv görüntüləri

Əməkdar artist Könül Kərimovanın təxminən 30 il əvvələ aid videosu ya

arrow Ətraflı
Ermənipərəst jurnalistin təxribatı baş tutmadı like
  • 02 Fev 11:51  
Siyasət Ermənipərəst jurnalistin təxribatı baş tutmadı

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurna

arrow Ətraflı