ABŞdə Texas böhranı: 50 ulduzdan biri


Dünya 02 Fev 2024 15:42:00 160 0

ABŞdə Texas böhranı: 50 ulduzdan biri

ABŞ-nin Texas ştatında böhran davam edir. Belə ki, bir müddət öncə Texasın qubernatoru Qreq Abbottun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə 50 kilometrlik sərhəd boyu tikanlı məftildən sədd çəkilib.

Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət verib. Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. C.Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olduğunu nəzərə alaraq ştatın işğala məruz qaldığını açıqlayıb. Qubernator Texasın problemlərini özü həll edəcəyini deyib. Yanvarın 27-də o bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır.

Son məlumatlara görə, Texas rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb. Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə çevrilib. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən Respublikaçılar Partiyasının əlini gücləndirir. Keçmiş Prezident, respublikaçıların əsas siması sayılan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına dönüb. O, bunu ölkəsinin tarixinin ən pis vəziyyəti kimi qiymətləndirib.

Bundan əlavə, cənub sərhədində miqrantlarla bağlı vəziyyət Konqresdə illik büdcənin müzakirəsi zamanı demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olan məsələlərdən birinə çevrilib.

Ali Məhkəmənin federal sərhəd agentlərinə maneələri aradan qaldırmağa icazə verən qərarına baxmayaraq, Texas qubernatoru Meksika sərhədi boyunca tikanlı məftillərin çəkilməsinin davam etdirilməsini tapşırıb. Bundan sonra vəziyyət daha da gərginləşib.

Bir sıra amerikalı və beynəlxalq media qurumları yenidən Texasın ABŞ-dən ayrılması ehtimalından danışmağa başlayıblar. Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, ştatda qeyri-qanuni miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya əsgərlərindən ibarət bir tabor göndərəcək.

Əlbəttə, bu vəziyyət birdən-birə yaranmayıb. Hazırda davam edən xaosun arxasında bir sıra köklü səbəblər, o cümlədən ABŞ-nin beynəlxalq hüquqa hörmət etməməsi dayanır. Çünki miqrasiya beynəlxalq humanitar hüququn əsas problemlərindən biridir. Beynəlxalq hüququn tələbləri bu problemin həllini nəzərdə tutur. ABŞ isə absurd davranır: bir yandan beynəlxalq hüququ, demokratiyanı əlində "bayraq" kimi tutur, digər tərəfdənsə özü bu tələblərə əməl etmir, əksinə, miqrasiyaya rəvac verir.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Mask Texasdakı etirazları dəstəklədiklərini açıqlayıblar.

Bu, onu deməyə əsas verir ki, miqrasiya böhranı artıq həm də siyasi mübarizə predmetinə çevrilir. Ölkə daxilindəki müxalifət, C.Baydenə qarşı olan kəsim, şübhəsiz ki, bu vəziyyətdən istifadə etməyə çalışacaq. Bu isə ABŞ-dəki prezident seçkilərinə birbaşa təsir göstərəcək.

Texasdakı hazırkı vəziyyətin gələcəkdə digər ştatlara da yayılması istisna deyil. Əslində proses məhz buna doğru gedir. Çünki vəziyyət gərgindir. Necə deyərlər, artıq bıçaq sümüyə dirənib.

Siyasilərin və nüfuzlu şəxslərin Texası dəstəkləməsi bu ştatın gələcəkdə müstəqil olması ilə bağlı ehtimalları artırır. Çünki Texasın ABŞ-dən ayrılması ilə bağlı baza formalaşır.

Nəzərə almaq lazımdır ki, D.Trampın kifayət qədər tərəfdarı və nüfuzu var. O, gələcəkdə bu imkanlarından istifadə edərək mövcud vəziyyətin daha da gərginləşməsinə, habelə hakimiyyət əleyhinə etirazların başlanmasına çalışa bilər. Əgər belə olarsa, bunun günahkarı D.Tramp yox, məhz hazırkı hakimiyyətdə olacaq. Çünki mövcud iqtidar nə insan haqlarına, nə də beynəlxalq hüquqa məhəl qoyur. Beləliklə, "Texas böhranının" ABŞ hakimiyyətini silkələyən bir hadisə tarixə düşməsi mümkündür.

REPORT

İlham Əliyev Saymon Stili qəbul edib like
  • 02 Fev 15:38  
Siyasət İlham Əliyev Saymon Stili qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Mahsun Kırmızıgül ilk dəfə qızı ilə görüntüləndi like
  • 02 Fev 15:34  
Şou-biznes Mahsun Kırmızıgül ilk dəfə qızı ilə görüntüləndi

Məşhur müğənni və aktyor Mahsun Kırmızıgül ötən gün qızı Lavinlə

arrow Ətraflı
Tural Ələkbərova yüksək vəzifə verildi like
  • 02 Fev 14:55  
Digərləri Tural Ələkbərova yüksək vəzifə verildi

Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili t

arrow Ətraflı
Bu ölkə rus texnikasını ABŞa verdi, Zaxarova qəzəbləndi like
  • 02 Fev 14:51  
Dünya Bu ölkə rus texnikasını ABŞa verdi, Zaxarova qəzəbləndi

Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub

arrow Ətraflı
Meray Keri qısa geyiminə görə gündəm oldu  FOTO like
  • 02 Fev 14:45  
Digərləri Meray Keri qısa geyiminə görə gündəm oldu FOTO

Dünya şöhrətli müğənni Meray Keri geyimi ilə gündəm olub.

arrow Ətraflı
Könül Kərimovanın Məhəbbət Kazımovla arxiv görüntüləri like
  • 02 Fev 11:56  
Şou-biznes Könül Kərimovanın Məhəbbət Kazımovla arxiv görüntüləri

Əməkdar artist Könül Kərimovanın təxminən 30 il əvvələ aid videosu ya

arrow Ətraflı
Ermənipərəst jurnalistin təxribatı baş tutmadı like
  • 02 Fev 11:51  
Siyasət Ermənipərəst jurnalistin təxribatı baş tutmadı

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurna

arrow Ətraflı
"Seçki məntəqələrində mindən çox kamera quraşdırılıb" like
  • 02 Fev 11:47  
Digərləri "Seçki məntəqələrində mindən çox kamera quraşdırılıb"

Azərbaycanda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq, se

arrow Ətraflı
Mütəxəssisdən zəlzələ xəbərdarlığı: Azərbaycan da bu fay xəttinə daxildir like
  • 02 Fev 11:44  
Dünya Mütəxəssisdən zəlzələ xəbərdarlığı: Azərbaycan da bu fay xəttinə daxildir

Yaponiyalı zəlzələ mütəxəssisi Morivaki deyib ki, ümumiyyətlə Aralıq

arrow Ətraflı
Məşhur müğənni əməliyyat olundu  FOTOlar like
  • 02 Fev 11:39  
Şou-biznes Məşhur müğənni əməliyyat olundu FOTOlar

Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.

arrow Ətraflı
Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər like
  • 02 Fev 08:57  
Dünya Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər

Vladimir Putinin prezident seçkiləri öncəsi harasa səfər edəcəyinə şü

arrow Ətraflı
Qorumaq mümkün deyil, Vatsapdan imtina edin! like
  • 02 Fev 08:50  
Digərləri Qorumaq mümkün deyil, Vatsapdan imtina edin!

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi,

arrow Ətraflı
Qaxda narkotik satan qonşular saxlanılıdı like
  • 02 Fev 08:45  
Digərləri Qaxda narkotik satan qonşular saxlanılıdı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri

arrow Ətraflı
Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur like
  • 02 Fev 08:43  
Digərləri Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur

Bakının 8 küçə və prospektində sıxlıq müşahidə olunur.

arrow Ətraflı
ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər... like
  • 02 Fev 08:40  
Digərləri ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər...

Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) dünyada xərçəng xəstəliyinin a

arrow Ətraflı