Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər


Dünya 02 Fev 2024 08:57:00 161 0

Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər

Vladimir Putinin prezident seçkiləri öncəsi harasa səfər edəcəyinə şübhə ilə yanaşıram. Çin istisna olmaqla, Rusiya prezidentinin digər ölkələrə getmək ehtimalı aşağıdır.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, iki ölkə liderinin görüşü baş tutsa, mühüm məsələlərin müzakirəsi gözlənilir:

"Putinlə Ərdoğan arasında çox yaxşı dostluq münasibətləri var. Bu da Rusiya və Türkiyə xalqları arasında münasibətlərinin yaxşı olması ilə bağlıdır. Unutmaq olmaz ki, Rusiya ilə Türkiyə arasında təkcə çoxlu oxşarlıqlar deyil, həm də ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri liderlər ideal şəkildə idarə edirlər. Bu, digər ölkələrə öz problemlərini həll etmək üçün bir model olmalıdır. Putinin Türkiyəyə səfəri də bu baxımdan önəmli ola bilər. Türkiyədə qaz qovşağının və Rusiyanın köməyi ilə yeni nüvə enerjisi sənayesinin formalaşması kimi məsələlərin müzakirəsi mümkündür. Rusiya təkcə atom elektrik stansiyaları tikmir, həm də Türkiyə üçün nüvə enerjisi üzrə mütəxəssislərin hazırlanması sistemini yaradır. Bu, mahiyyət etibarı ilə iqtisadiyyatın yeni sektorunun yaradılmasıdır".

Politoloq səfər zamanı Ukrayna, Suriya və Qəzza ilə bağlı müzakirələri də istisna etməyib:

"Suriya məsələsində Rusiya və Türkiyə düşmən tərəflərin nümayəndələri kimi çıxış edirlər. Buna görə də sülh yolunda növbəti addımları atmağın vaxtıdır.

Qəzza zolağı ilə bağlı münaqişədə isə Rusiya ilə Türkiyənin mövqeləri yaxındır. Moskva və Ankara İsrailin Qəzza zolağındakı hərəkətlərini qeyri-qanuni və həddindən artıq qəddar hesab edir. Və hər iki ölkə bu vəziyyətdən çıxış yolunu müstəqil Fələstin dövlətinin yaradılmasında görür.

Ukrayna ilə sülh danışıqlarına gəlincə, Rusiya dəfələrlə buna hazır olduğunu bəyan edib. O, istənilən təşəbbüsü alqışlayır və Türkiyənin təşəbbüslərinə müsbət yanaşır. Rusiya hesab edir ki, Moskva ilə Kiyev arasında münaqişə yoxdur. Ukrayna ABŞ tərəfindən işğal olunmuş bir ölkədir. Və Ukraynada müharibəyə son qoymaq üçün real danışıqlar Rusiya ilə ABŞ arasında olmalıdır".

Markov bir müddət öncə aktual olan taxıl müqaviləsinə də diqqət çəkib:

"Qara dənizdə yeni taxıl müqaviləsi və onun həyata keçirilməsi ehtimalı azdır. Ukraynadan taxıl ixracı demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatıb. Və buna görə də yeni saziş üçün təşəbbüsə ehtiyac yoxdur".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qorumaq mümkün deyil, Vatsapdan imtina edin! like
  • 02 Fev 08:50  
Digərləri Qorumaq mümkün deyil, Vatsapdan imtina edin!

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi,

arrow Ətraflı
Qaxda narkotik satan qonşular saxlanılıdı like
  • 02 Fev 08:45  
Digərləri Qaxda narkotik satan qonşular saxlanılıdı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri

arrow Ətraflı
Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur like
  • 02 Fev 08:43  
Digərləri Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur

Bakının 8 küçə və prospektində sıxlıq müşahidə olunur.

arrow Ətraflı
ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər... like
  • 02 Fev 08:40  
Digərləri ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər...

Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) dünyada xərçəng xəstəliyinin a

arrow Ətraflı
Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib like
  • 02 Fev 08:37  
Digərləri Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkila

arrow Ətraflı
İrəvanın ehtirasını kim alovlandırır?  "NATOya inam yoxdur, Azərbaycan və Türkiyənin..." like
  • 02 Fev 08:35  
Digərləri İrəvanın ehtirasını kim alovlandırır? "NATOya inam yoxdur, Azərbaycan və Türkiyənin..."

"Biz Ermənistanla bugünkü ikitərəfli münasibətlərdən razıyıq. H�

arrow Ətraflı
Bayden 4 israilliyə qarşı sanksiya tətbiq etdi like
  • 02 Fev 08:26  
Dünya Bayden 4 israilliyə qarşı sanksiya tətbiq etdi

ABŞ Prezidenti Co Bayden İordan çayının qərb sahilində zorakılıq inside

arrow Ətraflı
ABŞ Zalujnını prezident görmək istəyir like
  • 02 Fev 08:21  
Dünya ABŞ Zalujnını prezident görmək istəyir

ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zaljn�

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 02 Fev 08:16  
Dünya Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 5 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər like
  • 02 Fev 08:15  
Dünya Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Kocaeli şəhərində silahlı

arrow Ətraflı
Zamiq Mərdəkanda izdihamla qarşılandı like
  • 02 Fev 08:12  
Şou-biznes Zamiq Mərdəkanda izdihamla qarşılandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərd�

arrow Ətraflı
Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb like
  • 02 Fev 07:59  
Dünya Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb

Türkiyədə Şimali Mərmərə magistral yolunun Çekmeköy ərazisində avtobu

arrow Ətraflı
Onlar 40 yaşından sonra iş tapa bilmirlər... like
  • 02 Fev 07:55  
Digərləri Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim.

arrow Ətraflı
Sümükləri qorumaq üçün like
  • 02 Fev 07:50  
Digərləri Sümükləri qorumaq üçün

Sümüklər canlı toxumalardan ibarətdir. Köhnə sümük toxuması daim yeni

arrow Ətraflı
Bakıda taksi piyadanı vurdu like
  • 02 Fev 07:44  
Digərləri Bakıda taksi piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət a

arrow Ətraflı