Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 12ci pillədə qərarlaşdı


Digərləri 01 Fev 2024 20:52:00 237 0

Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 12ci pillədə qərarlaşdı

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.

2023-cü il ərzində Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi "Milli Kibertəhlükəsizlik İndeksi"nin ("National Cybersecurity Index") reytinq cədvəlində respublikamızın mövqeyinin 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunub.

AKTA-dan Son.az-a bildirilib ki, ötən ilin sentyabrdan etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə meyarlarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib.

Yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub.

Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb. Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.

Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən "Milli Kibertəhlükəsizlik İndeksi" kibertəhlükəsizliyin təmin edilməsi və kiberinsidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Prezident bəzi fərmanlarda dəyişikliklə bağlı fərman imzaladı like
  • 01 Fev 20:25  
Siyasət Prezident bəzi fərmanlarda dəyişikliklə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqa

arrow Ətraflı
Sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq like
  • 01 Fev 20:24  
Siyasət Sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyi�

arrow Ətraflı
Strateji investisiya layihələrinin istiqamətləri təsdiqlənib like
  • 01 Fev 20:23  
Siyasət Strateji investisiya layihələrinin istiqamətləri təsdiqlənib

Prezident İlham Əliyev "İnvestisiya təşviqi sənədinin verilməsi nə

arrow Ətraflı
Niyam Brilliant Dadaşovadan danışdı: "Anladım ki, mədəniyyət..." like
  • 01 Fev 20:22  
Şou-biznes Niyam Brilliant Dadaşovadan danışdı: "Anladım ki, mədəniyyət..."

Müğənni Niyam Salami Xalq artist Brilliant Dadaşova ilə bağlı fikirlərin

arrow Ətraflı
"Klon" serialının aktyorları 22 il sonra  FOTOlar like
  • 01 Fev 20:00  
Şou-biznes "Klon" serialının aktyorları 22 il sonra FOTOlar

22 il əvvəl nümayiş etdirilmiş və hələ də unudulmayan "Klon"

arrow Ətraflı
Öpüşmə səhnəsinə gələndə saqqız çeynəsin like
  • 01 Fev 19:54  
Şou-biznes Öpüşmə səhnəsinə gələndə saqqız çeynəsin

Aktrisa Yasemin Allen həmkarı Selin Şekercinin öpüşmə səhnələri ilə b

arrow Ətraflı
Keçmiş arvadına zəng etməsi qadağan olundu like
  • 01 Fev 19:49  
Digərləri Keçmiş arvadına zəng etməsi qadağan olundu

Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir

arrow Ətraflı
Naxçıvan Nazirlər Kabinetindən yeni QƏRARLAR like
  • 01 Fev 19:43  
Digərləri Naxçıvan Nazirlər Kabinetindən yeni QƏRARLAR

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayı

arrow Ətraflı
Ceyhun Bayramov Saymon Stil ilə görüşdü like
  • 01 Fev 19:38  
Siyasət Ceyhun Bayramov Saymon Stil ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üz

arrow Ətraflı
Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə... like
  • 01 Fev 19:33  
Kriminal Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə...

Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad m

arrow Ətraflı
103 yaşlı kişi 49 yaşlı qadınla evləndi  FOTO like
  • 01 Fev 19:27  
Dünya 103 yaşlı kişi 49 yaşlı qadınla evləndi FOTO

103 yaşlı qoca 49 yaşlı qadınla evlənib. Hadisə Hindistanda baş verib. 

arrow Ətraflı
Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi  FOTO like
  • 01 Fev 19:20  
Digərləri Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi FOTO

Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud T�

arrow Ətraflı
Saxta sənədlə sərhədi keçmək istəyənlərin sayı açıqlandı like
  • 01 Fev 19:14  
Digərləri Saxta sənədlə sərhədi keçmək istəyənlərin sayı açıqlandı

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dö

arrow Ətraflı
Çexiya parlamentinin sədri İrəvanda səsləndirdiyi bəyanatları təkzib etdi like
  • 01 Fev 19:08  
Siyasət Çexiya parlamentinin sədri İrəvanda səsləndirdiyi bəyanatları təkzib etdi

Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.

arrow Ətraflı
ÜST qızılca ilə bağlı xəbərdarlıq etdi like
  • 01 Fev 19:06  
Dünya ÜST qızılca ilə bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45

arrow Ətraflı