Zorlama xəbərlərindən həzz alanlar Milyonların "Xnx sevgisi"


Digərləri 01 Fev 2024 12:55:00 187 0

Zorlama xəbərlərindən həzz alanlar   Milyonların "Xnx sevgisi"

Uşaqdan böyüyə, alimindən ən ucqar kəndlisinə kimi hamı "Google"un nə olduğunu bilir. Kimi bu platformadan yaxşı məqsədlər üçün istifadə edir, kimisi isə pis. Google "lüt qız" yazsan çılpaq şəkillər, "dünyada ilk dəfə kosmosa uçan" yazsan bu barədə məlumatlar çıxacaq. Pornoqrafik materiallarla, bütün elmi, tarixi biliklərin eyni platformada toplanması "Google"un "əxlaqsız", "səviyyəsiz" platforma olması demək deyil. Yəni, kim nə barədə maraqlansa onun qarşısına bu barədə məlumatlar çıxacaq. Bu eynən "Facebook", "Tiktok" və "Instagram" üçün də keçərlidir.

2021-2022-ci illərdə Azərbaycanda "Google"da ən çox axtarılan saytlar açıqlanıb. Metrix.az-ın yaydığı məlumatda qeyd olunub ki, göstərilən dövrdə ölkəmizdə "Google"da ən çox porno saytlar axtarılıb. 10 milyondan çox əhalisi olan Azərbaycanda porno sayta marağın bu həddə olması sual doğurur. Axtarış siyahısında ikinci yerdə isə "Google"un pulsuz tərcümə sistemi "google translate" dayanır. Statistikadan da göründüyü kimi azərbaycanlıların çoxunu maraqlandığı əsas məsələ "yataq sərgüzəştləri"dir. Ümumilikdə, saytlarda da ən çox oxunan xəbərlər kiminsə kimisə zorlaması, kiminsə xəyanətinin üstünün açılması, kimlərinsə ifşası və bu tipli xəbərlərdir. Jurnalistika baxımından bunların heç biri xəbər janrına aid deyil, lakin, informasiya xarakteri daşıyır.

İri marketlərə daxil olduqda burada həm qadın bezinin, həm çörəyin, həm də intim gellərin satıldığının şahidi olmuşuq. Kimə nə lazımdırsa gedib həmin bölmədən özü üçün vacib olan məhsulu alır. Bu sadalanan məhsulların eyni mağazada satılması həmin marketin "əxlaqsız"lığını göstərmədiyi kimi, eləcə də saytlarda da yayılan informasiya xarakterli məlumatlar onun əxlaq göstəricisi deyil.

Dünyada hər kəsin marağı, zövqü, düşüncə tərzi eyni olmadığı kimi, hamının müxtəlif olaylara reaksiyası da fərqlidir. Biri üçün deputatın açıqlaması maraqlı ola bilər, başqası üçün Şəbnəm Tovuzlunun. Bu o demək deyil ki, saytlar, televiziyalar ancaq bir məsələ barədə məlumat versin. Kimsə əgər "zorlama xəbər"ini oxuyanda həzz alıb, kimsə bundan iyrənirsə bu birbaşa həmin şəxsin özü ilə bağlı olan məsələdir. Ölkədə baş verən hər-hansı təcavüz olayının ört-basdır edilməsi heç də yaxşı nəsə vəd etmir. Əksinə, problemin həllinə mənfi təsir edə bilər. Burada əsas olan məqam necə marketdə sənə aid olmayan məhsulun yanından düz keçdiyin kimi, eynən bu məlumatlardan da yan keçməyin mümkünlüyüdür.

İsmayıl Son.az

Bakıda oğurluq edən erməni qardaşlar ələ keçdi like
  • 01 Fev 12:52  
Kriminal Bakıda oğurluq edən erməni qardaşlar ələ keçdi

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkda

arrow Ətraflı
Hacı Nuranla çəkdirmək istəyən türk aktyora xəbərdarlıq etdilər like
  • 01 Fev 12:47  
Şou-biznes Hacı Nuranla çəkdirmək istəyən türk aktyora xəbərdarlıq etdilər

ATV-də yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşan�

arrow Ətraflı
Sabahın havası açıqlandı like
  • 01 Fev 12:44  
Digərləri Sabahın havası açıqlandı

Fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur like
  • 01 Fev 12:42  
Digərləri Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur

Azərbaycan "Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixl

arrow Ətraflı
Prezident gəncləri təltif etdi like
  • 01 Fev 12:34  
Siyasət Prezident gəncləri təltif etdi

Bir sıra şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları v

arrow Ətraflı
Bunu edənlər 4000 manat CƏRİMƏLƏNƏCƏK  RƏSMİ like
  • 01 Fev 12:30  
Digərləri Bunu edənlər 4000 manat CƏRİMƏLƏNƏCƏK RƏSMİ

Bakıda bəzi məhəllələrdə sakinlərin yollara süni maneələr quraşdırm

arrow Ətraflı
MSK seçki bülletenlərinin DSKlara təhvil verilməsini başa çatdırıb like
  • 01 Fev 12:23  
Digərləri MSK seçki bülletenlərinin DSKlara təhvil verilməsini başa çatdırıb

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi S

arrow Ətraflı
Yanan obyektin sahibi: “130 min manat ziyan dəyib” like
  • 01 Fev 12:18  
Digərləri Yanan obyektin sahibi: “130 min manat ziyan dəyib”

Ötən gecə Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istir

arrow Ətraflı
AZALdakı vəzifəsindən getdi like
  • 01 Fev 12:12  
Digərləri AZALdakı vəzifəsindən getdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələ

arrow Ətraflı
Bakıda maşınları əzərək qaçmaq istəyən sürücünü polis saxladı like
  • 01 Fev 12:06  
Digərləri Bakıda maşınları əzərək qaçmaq istəyən sürücünü polis saxladı

Bakıda DYP-nin "saxla" əmrinə tabe olmayan sürücü polis əməkda

arrow Ətraflı
İçində 28 800 manat və qızıl olan seyf like
  • 01 Fev 12:02  
Kriminal İçində 28 800 manat və qızıl olan seyf

Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.

arrow Ətraflı
AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir  Sahibə Qafarova like
  • 01 Fev 11:58  
Digərləri AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir Sahibə Qafarova

Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin da

arrow Ətraflı