Avropanın bəzi dairələrində Azərbaycan və Ermənistan arasında normallaşma prosessinin dinamikası narahatlıq doğurur –


Digərləri 01 Fev 2024 11:59:00 149 0

Avropanın bəzi dairələrində Azərbaycan və Ermənistan arasında normallaşma prosessinin dinamikası narahatlıq doğurur –

Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur. Biz bir sıra dövlətlərin parlamentləri, eləcə də xarici siyasət idarələri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirilməsini görürük.

Son.az Trend-ə istinadən bildirir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mikayılova bildirib ki, Niderland parlamentinin Xarici İşlər Komitəsinin iclasında Azərbaycan-Ermınistan arasında münasibətlərin müzakirəsi zamanı Azərbaycana qarşı yenə də əsassız ittihamlar səsləndirilib.

"Ermənistanın təəssübkeşliyi fonunda Azərbaycan tərəfi qınanılıb. Niderlandlı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik ki, bu cür gedişlər ikitərəfli münasibətləri ciddi şəkildə zədələyir, gələcək əməkdaşlığımızı suaı altına qoyur.

Məhz bu cür məsuliyyətsiz bəyanatlara görə, Niderland xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova əlavə edib ki, əgər niderlandlı parlamentarilər həqiqətən Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını istəyirlərsə, o zaman qərəzli bəyanatlar verməyi dayanadırmalı, ən azı hazırda pozitiv məcrada gedən prosesə zərbə vurmamalıdırlar.

"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə iddia etmir, yeni müharibə başlatmaq kimi niyyəti də yoxdur. Elə isə Cənubi Qafqazda yeni müharibənin olacağı ilə bağlı iddialar hardan qaynaqlanır, Avropalı həmkarlarımızda bu narahatlığı kim oyadıb? Həm Azərbaycan, həm də Ermənistan sülh prosesinə alternativ görmür. Son zamanlar Ermənistan tərəfindən də müəyyən pozitiv siqnallar var. Görünür ki, hadisələrin bu cür inkişafı bu dairələri narazı salıb və onlar iftiralarla Azərbaycana hücüma keçmək xəttini tutublar. Müharibə layihəsini Cənubi Qafqaza proyeksiya etmək istəyi ilk növbədə təhlükəlidir və bu istəyin fəsadları kifayət qədər ağır olacaq. Azərbaycan və Aİ arasında münasibətlərə xələl gətirmək üçün çalışan bu qüvvələr hətta uzağa gedib Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırış edirlər. Bir daha bildiririk ki, münasibətlərimiz bərabərhüquqludur və hər hansı tərəfin digərinə diqtəsi qəbuledilməzdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqdir, əldə olunmuş razılaşmalardan çıxmaq tərəflər üçün məsuliyyət yaradır", - deyə S.Mikayılova əlavə edib.

Son.az 

AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir  Sahibə Qafarova like
  • 01 Fev 11:58  
Digərləri AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir Sahibə Qafarova

Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin da

arrow Ətraflı
Samir Şəfiyevə yeni vəzifə verildi  FOTO like
  • 01 Fev 11:53  
Digərləri Samir Şəfiyevə yeni vəzifə verildi FOTO

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub.

arrow Ətraflı
Bu şəxs Zaur Baxşəliyevin QAYNI İMİŞ  Efirdə bəlli oldu  VİDEO like
  • 01 Fev 11:49  
Şou-biznes Bu şəxs Zaur Baxşəliyevin QAYNI İMİŞ Efirdə bəlli oldu VİDEO

Zaur Baxşəliyev aparıcısı olduğu verilişdə studiyaya dəvət etdiyi şə

arrow Ətraflı
Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı imzalandı  FOTO like
  • 01 Fev 11:41  
Digərləri Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı imzalandı FOTO

Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı

arrow Ətraflı
Ağdamın Salahlı Kəngərli kəndindən GÖRÜNTÜLƏR like
  • 01 Fev 11:36  
Digərləri Ağdamın Salahlı Kəngərli kəndindən GÖRÜNTÜLƏR

"Torpaqlarımız işğaldan azad olunmaqla, milli kimliyimiz özümüzə qa

arrow Ətraflı
Ermənistanın qanunsuz dağmədən sənayesi əleyhinə QHTlər cəbhə açır like
  • 01 Fev 11:30  
Digərləri Ermənistanın qanunsuz dağmədən sənayesi əleyhinə QHTlər cəbhə açır

2023-cü ilin avqustunda təsis olunmuş "Environmental Protection First&qu

arrow Ətraflı
“Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır” like
  • 01 Fev 11:27  
Digərləri “Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır”

"Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdi

arrow Ətraflı
İstirahət mərkəzində qorxulu anlar  Qız kanatdan yıxıldı like
  • 01 Fev 11:23  
Dünya İstirahət mərkəzində qorxulu anlar Qız kanatdan yıxıldı

İstirahət mərkəzində qorxulu anlar yaşanıb.

arrow Ətraflı
Simonyanın qardaşının həyat yoldaşı saxlanıldı like
  • 01 Fev 10:57  
Digərləri Simonyanın qardaşının həyat yoldaşı saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin spike

arrow Ətraflı
Türkiyənin "real Polat Alemdar"ının VİDEOsu yayıldı like
  • 01 Fev 10:52  
Digərləri Türkiyənin "real Polat Alemdar"ının VİDEOsu yayıldı

1996-cı ildə Susurluk qəzasında ölən Abdullah Çatlı ilə bağlı yayıla

arrow Ətraflı
Reaktiv mühərrik yanacaqları üçün aksiz vergisi güzəştinin müddəti uzadıldı like
  • 01 Fev 10:28  
Digərləri Reaktiv mühərrik yanacaqları üçün aksiz vergisi güzəştinin müddəti uzadıldı

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Ali Məhkəmənin Cinayət kollegiyası ötən il 209 iş üzrə qərarı like
  • 01 Fev 10:25  
Digərləri Ali Məhkəmənin Cinayət kollegiyası ötən il 209 iş üzrə qərarı

Ali Məhkəmədə ötən il mülki kollegiyanın kassasiya icraatında olan 5597

arrow Ətraflı
Kosmosda son like
  • 01 Fev 10:20  
Digərləri Kosmosda son

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda son günlərini yaşayı

arrow Ətraflı
Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlandı like
  • 01 Fev 10:13  
Digərləri Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlandı

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb.

arrow Ətraflı
15 yaşlı Ayla faciəvi şəkildə öldü like
  • 01 Fev 10:07  
Digərləri 15 yaşlı Ayla faciəvi şəkildə öldü

Qubada 15 yaşlı qız dəm qazından boğulub.

arrow Ətraflı