Azad edilmiş ərazilərdə bu yollar yenidən qurulacaq


Digərləri 31 Yan 2024 17:28:00 169 0

Azad edilmiş ərazilərdə bu yollar yenidən qurulacaq

2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 11 418,7 km Yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

Son.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Ağdərə, Sərsəng su anbarı, Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və bu ərazilərdəki avtomobil yollarının işğaldan azad edildiyini qeyd edən Saleh Məmmədov bildirilib ki, Prezidentin sərəncamları ilə 2023-cü ildə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər (uzunluğu 80 km), Ağdərə-Ağdam (35,5 km), Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb:

"2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır. Saleh Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır".

O qeyd edib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

S.Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etirilib:

"Bu çərçivədə ötən il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılıb (72,1%).

Həmçinin, hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Əməkdar artist bu kanalda aparıcılığa başladı like
  • 31 Yan 17:21  
Şou-biznes Əməkdar artist bu kanalda aparıcılığa başladı

Əməkdar artist Səlim Abbasov aparıcılığa başlayıb.

arrow Ətraflı
Yardım üçün "Səni axtarıram"a çıxan məktəbli vəfat etdi like
  • 31 Yan 17:18  
Digərləri Yardım üçün "Səni axtarıram"a çıxan məktəbli vəfat etdi

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sin

arrow Ətraflı
Utilizasiyaya görə rüsumlardan sonra avtomobillər bahalaşacaq?  AÇIQLAMA like
  • 31 Yan 17:16  
Digərləri Utilizasiyaya görə rüsumlardan sonra avtomobillər bahalaşacaq? AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin qərarı ilə nəqliyyat

arrow Ətraflı
“Qanuni oğrular”a qarşı “ov”  “Lotu Quli”nin dostu saxlanıldı  FOTOlar like
  • 31 Yan 17:10  
Kriminal “Qanuni oğrular”a qarşı “ov” “Lotu Quli”nin dostu saxlanıldı FOTOlar

Qazaxıstanın xüsusi xidmət orqanları bu yaxınlarda ölkələrinə aidiyyə

arrow Ətraflı
Mübariz Tağıyevin nəvələri ilk dəfə efirdə  FOTOlar like
  • 31 Yan 17:05  
Şou-biznes Mübariz Tağıyevin nəvələri ilk dəfə efirdə FOTOlar

Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür. 

arrow Ətraflı
Nurlan Əzizbəylinin oğlunun səhhəti pisləşdi – FOTOlar like
  • 31 Yan 17:04  
Şou-biznes Nurlan Əzizbəylinin oğlunun səhhəti pisləşdi – FOTOlar

Müğənni Nurlan Əzizbəylinin oğlu Mehranın səhhətində problem yaranıb.

arrow Ətraflı
“Azərsığorta” ləğv olundu like
  • 31 Yan 16:55  
Siyasət “Azərsığorta” ləğv olundu

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və "Az

arrow Ətraflı
QAİ senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin pislədi like
  • 31 Yan 16:55  
Siyasət QAİ senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin pislədi

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini

arrow Ətraflı
“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirildi like
  • 31 Yan 16:54  
Digərləri “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirildi

Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayə�

arrow Ətraflı
Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı  FOTO like
  • 31 Yan 16:29  
Şou-biznes Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı FOTO

Aktrisa Zümrüd Qasımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
22 ölkədən 49 QHT Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir like
  • 31 Yan 15:52  
Siyasət 22 ölkədən 49 QHT Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir

22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beyn

arrow Ətraflı
Bakıda qeyriadi oğurluq hadisəsi: Yol kənarında quraşdırılan maneələr oğurlandı  VİDEO like
  • 31 Yan 15:51  
Digərləri Bakıda qeyriadi oğurluq hadisəsi: Yol kənarında quraşdırılan maneələr oğurlandı VİDEO

Bakıda avtomobillərin səkini zəbt etməməsi üçün yol kənarında quraş

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq like
  • 31 Yan 15:47  
Digərləri Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq

Heydər Əliyev Mərkəzi əlvan rəngləri ilə nəzərləri özünə cəlb ed�

arrow Ətraflı
Bu məscidə yeni imam təyin olundu like
  • 31 Yan 15:45  
Digərləri Bu məscidə yeni imam təyin olundu

Neftçala rayonunda yeni imam təyinatı olub.

arrow Ətraflı
​Məhkəmə “Berlin Pub”da qətl törədən idmançı barədə QƏRAR VERDİ like
  • 31 Yan 15:20  
Kriminal ​Məhkəmə “Berlin Pub”da qətl törədən idmançı barədə QƏRAR VERDİ

Ali Məhkəmədə "Berlin Pub"da adam öldürməkdə təqsirləndiril�

arrow Ətraflı