“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirildi


Digərləri 31 Yan 2024 16:54:00 170 0

“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirildi

Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və multikultural təhlükəsizlik" kitabının təqdimatı  keçirilib. Tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür. Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir. İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə gələcək üçün atdığı ən mühüm addımlardan biri də Azərbaycanın tarixi ənənələrini qoruyub saxlamaqla bağlı idi. Ulu Öndər multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçib. Lakin bu gün dünyada monoetnikliyi seçən dövlətlər də var. Belə dövlətlərdən biri də qonşu Ermənistandır. Multikultural ölkə olaraq Azərbaycan üçün multikultural təhlükəsizlik vacib məsələdir. Azərbaycanda olan multikultural təhlükəsiz mühit Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də həlledici rol oynadı. Vətən müharibəsində milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı "Dəmir yumruq" ətrafında birləşdi, Vətənimizin suverenliyini təmin etdi. Akademik Kamal Abdullanın "Heydər Əliyev və multikultural təhlükəsizlik" kitabı Azərbaycanda olan multikultural mühitin öyrənilməsinə və təbliğinə bir töhfədir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söylədi. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edən İlham Məmmədzadə bildirdi ki, dövlətimizin başçısının təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir. Bu aspektdən yanaşdıqda Qərbdə hazırda müzakirə olunan məsələlərdən biri müxtəlif xalqların nümayəndələri olan milyonlarla insanın həmin ölkələrin cəmiyyətinə inteqrasiya edilməsi ilə bağlıdır. Bu gün Qərbin həll etmək üçün baş sındırdığı məsələni Azərbaycan xalqı yüz illər öncə həll edib. Multikultural dəyərlər yüz il öncə Azərbaycan xalqı üçün mədəniyyət məsələsi idi. Çünki bizdə inancından asılı olmayaraq, hər kəsi sevmək mədəniyyəti formalaşıb.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib ki, müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən biri milli, irqi və dini müstəvidə artan ayrı-seçkilikdir. Azərbaycanda insanlar təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğı mühitində yaşayırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələri çox yüksək inkişaf yolu keçib. Bizim ölkədə müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. İslam dinində digər dinlərə münasibət də tolerantlığa söykənir.

Bakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev diqqətə çatdırıb ki, tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycanın tolerantlıq modelini dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edirəm. Çünki harmoniya şəklində yaşamaq hər xalqa məxsus olmur. Bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində mümkündür. Biz Azərbaycanda qərib deyilik və burada özümüzü Vətəndəki kimi hiss edirik.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, sivilizasiyalararası münasibətlər və dialoq, eləcə də tolerantlıq mühitinin formalaşması üçün müəyyən amillər olmalıdır. Azərbaycanda tarixən həm coğrafi baxımdan, həm də sosial-mədəni cəhətdən həmin amillər mövcud olub. Belə ki, coğrafi baxımdan tarixi İpək Yolunun üstündə və Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməyimiz, sosial-mədəni cəhətdən isə ərazimizdə bir çox dinlərin mövcud olması, mədəniyyətlərin qurulması sivilizasiyalararası dialoq və tolerantlıq mühitinin yaranmasına gətirib çıxarmışdır. Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən mühit bu gün artıq müstəqil və müasir Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir. Mədəniyyətlər və dinlərarası qarşıdurmaların artdığı dövrdə müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz multikultralizm və tolerantlığın mərkəzinə çevirilib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev vurğulayıb ki, mədəni müxtəliflik Azərbaycanın zənginliyidir. Azərbaycanda multikulturalizm tarixən formalaşmış həyat tərzidir.

Tədbirin sonunda kitabın müəllifi akademik Kamal Abdulla deyilən fikirlərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsidir. Multikultural təhlükəsizlik də nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi eyni şəkildə dövlət səviyyəsində qorunmalıdır.  Akademik Kamal Abdulla vurğulayıb ki, multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Multikultural təhlükəsizlik ölkə daxilindəki multikultural sabitliyin, şəraitin, mühitin təzahürüdür.

Qeyd edək ki, nəşrin elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir. Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı  FOTO like
  • 31 Yan 16:29  
Şou-biznes Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı FOTO

Aktrisa Zümrüd Qasımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
22 ölkədən 49 QHT Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir like
  • 31 Yan 15:52  
Siyasət 22 ölkədən 49 QHT Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir

22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beyn

arrow Ətraflı
Bakıda qeyriadi oğurluq hadisəsi: Yol kənarında quraşdırılan maneələr oğurlandı  VİDEO like
  • 31 Yan 15:51  
Digərləri Bakıda qeyriadi oğurluq hadisəsi: Yol kənarında quraşdırılan maneələr oğurlandı VİDEO

Bakıda avtomobillərin səkini zəbt etməməsi üçün yol kənarında quraş

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq like
  • 31 Yan 15:47  
Digərləri Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq

Heydər Əliyev Mərkəzi əlvan rəngləri ilə nəzərləri özünə cəlb ed�

arrow Ətraflı
Bu məscidə yeni imam təyin olundu like
  • 31 Yan 15:45  
Digərləri Bu məscidə yeni imam təyin olundu

Neftçala rayonunda yeni imam təyinatı olub.

arrow Ətraflı
​Məhkəmə “Berlin Pub”da qətl törədən idmançı barədə QƏRAR VERDİ like
  • 31 Yan 15:20  
Kriminal ​Məhkəmə “Berlin Pub”da qətl törədən idmançı barədə QƏRAR VERDİ

Ali Məhkəmədə "Berlin Pub"da adam öldürməkdə təqsirləndiril�

arrow Ətraflı
Qərb Paşinyana “varis” tapdı like
  • 31 Yan 14:57  
Siyasət Qərb Paşinyana “varis” tapdı

Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasının rəhb�

arrow Ətraflı
Korotçenko: “Bu, Rusiyanın üzünə tüpürməkdir” like
  • 31 Yan 14:56  
Digərləri Korotçenko: “Bu, Rusiyanın üzünə tüpürməkdir”

İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış

arrow Ətraflı
Damla: "Fəxr edərəm ki, oğlum xanımına kofe dəmləsin" like
  • 31 Yan 14:50  
Şou-biznes Damla: "Fəxr edərəm ki, oğlum xanımına kofe dəmləsin"

Müğənni Damla oğlu haqda açıqlamaları ilə diqqət çəkib. Son.az sho

arrow Ətraflı
İstanbulda kilsəyə hücumu törədənlər məlum oldu like
  • 31 Yan 14:45  
Digərləri İstanbulda kilsəyə hücumu törədənlər məlum oldu

Yanvarın 28-də İstanbul Katolik Kilsəsində atışma Tacikistanın "Vil

arrow Ətraflı
Putinin daha bir rəqibi seçkidən like
  • 31 Yan 14:41  
Digərləri Putinin daha bir rəqibi seçkidən

Rusiyada "Azadlıq və Ədalət" partiyasından prezidentliyə namizə

arrow Ətraflı
Seçicilərlə görüş keçirilib  FOTO like
  • 31 Yan 14:40  
Digərləri Seçicilərlə görüş keçirilib FOTO

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri il

arrow Ətraflı
Bakıda bu məktəb binası söküləcək like
  • 31 Yan 14:28  
Digərləri Bakıda bu məktəb binası söküləcək

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin bina

arrow Ətraflı
İzzət Bağırov Almaxanımın toyunu niyə tez tərk edib? like
  • 31 Yan 14:23  
Şou-biznes İzzət Bağırov Almaxanımın toyunu niyə tez tərk edib?

İzzət Bağırov bacısı qızı Almaxanımın toyunu tez tərk etməsi məsəl

arrow Ətraflı