Audiovizual Şura 50 min manatdan artıq vəsaiti dövlət büdcəsinə qaytarıb


Digərləri 30 Yan 2024 21:25:00 186 0

Audiovizual Şura 50 min manatdan artıq vəsaiti dövlət büdcəsinə qaytarıb

Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə Maliyyə Hesabatı açıqlanıb.

Şuradan Son.az-a verilən xəbərə görə, Audiovizual Şuraya hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 2.654.037,00 (iki milyon altı yüz əlli dörd min otuz yeddi manat), nəqliyyat vasitələrinin icbari sığortası üçün 1.021,10 (bir min iyirmi bir manat on qəpik), yeni xidməti minik avtomobilinin alınması üçün isə əlavə olaraq 57.800,00 (əlli yeddi min səkkiz yüz manat), ümumilikdə 2.712.858,10 (iki milyon yeddi yüz on iki min səkkiz yüz əlli səkkiz manat on qəpik) vəsait ayrılıb. İl ərzində bu vəsaitdən 2.281.120,10 (iki milyon iki yüz səksən bir min yüz iyirmi manat on qəpik) maliyyələşdirilib, 2.231.048,36 (iki milyon iki yüz otuz bir min qırx səkkiz manat otuz altı qəpik) vəsait isə istifadə olunub. İlin sonunda Maliyyə Nazirliyi tərəfindən ilkin plana dəqiqləşdirmə verilib və dəqiqləşdirilmiş büdcə 2.231.048,36 (iki milyon iki yüz otuz bir min qırx səkkiz manat otuz altı qəpik) olub. Maliyyələşdirilmiş vəsaitdən istifadə olunmayan 50.071,74 (əlli min yetmiş bir manat yetmiş dörd qəpik) vəsait isə dövlət büdcəsinə qaytarılıb.

Dövlət büdcəsindən ayrılmış vəsaitə və işçilərin say həddinə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunub və açılmış kreditdən istifadə olunub.

Audiovizual Şura tərəfindən 19 iyun-02 avqust 2023-cü il tarixlərində keçirilmiş müsabiqə üzrə cəmi 100,00 (bir yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait müsabiqə ilə bağlı məlumatların mətbuatda dərc olunmasına sərf olunub. Bundan başqa, cari ildə verilmiş lisenziyalardan Şuranın xəzinə hesabına ümumilikdə 45.500,00 (qırx beş min beş yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

2023-cü ilin yanvar ayından etibarən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı sənədi, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərclərə və tələbata uyğun olaraq Xəzinədarlıq İdarəsinə təqdim olunub.

Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə əsasən, işçilərə əmək haqqı və digər sosial ödənişlər vaxtında ödənilib. Ştatdankənar işçilərlə (ekspert qrupu) bağlanmış müqaviləyə uyğun olaraq aylıq əməkhaqqı ödənişləri vaxtında həyata keçirilib. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta, gəlir vergisi) də vaxtında hesablanaraq ödənilib. Xərc maddələri üzrə: inzibati binanın icarəsi, rabitə xərcləri, işıq, qaz və sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətlərinə görə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi dəftərxana ləvazimatları, təsərrüfat malları, texniki vəsitələr və avadanlıqlar alınaraq istismara verilib.

Aylıq hesabatlar Audiovizual Şura tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə, rüblük hesabatlar Azərbaycan Respublikası Hesablama Palatasına, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, illik hesabatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilib. "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları"na uyğun hesabatlar isə müvafiq formalara uyğun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim olunub.

Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin 01 noyabr 2023-ci il tarixli 011/S saylı Sərəncamına əsasən, əmlakın inventarlaşdırılması məqsədi ilə yaradılmış komissiya tərəfindən 30.12.2023-cü il tarixinə mal-materialın, əmlakın (qiymətlilərin) inventarizasiyası aparılıb. Köhnəlmiş, istifadəyə yararsız inventarların, mal-materialların və əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib olunub.

Audiovizual Şuranın 2023-cü ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərcləri əlavə cədvəldə təqdim olunub:

2023-MALİYYE-HESABATİ-only-table.pdf

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Nəfəsiniz sizi uzun illər yaşada bilər: like
  • 30 Yan 21:20  
Digərləri Nəfəsiniz sizi uzun illər yaşada bilər:

Yaşlanma əleyhinə və bərpaedici təbabət üzrə ixtisaslaşan həkim Kien

arrow Ətraflı
ABŞ analitiki: Bakının təzyiqlərə meydan oxuması... like
  • 30 Yan 21:16  
Dünya ABŞ analitiki: Bakının təzyiqlərə meydan oxuması...

Baş verənlər çox əlamətdardır. Çünki Azərbaycan kimi Qərbə meydan ox

arrow Ətraflı
Xankəndidə sahibkarlıqla məşğul olmaq istəyənlərə güzəştlər açıqlandı like
  • 30 Yan 21:10  
Digərləri Xankəndidə sahibkarlıqla məşğul olmaq istəyənlərə güzəştlər açıqlandı

Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəşt

arrow Ətraflı
Azərbaycanın ən uzunömürlü qadını like
  • 30 Yan 21:10  
Digərləri Azərbaycanın ən uzunömürlü qadını

Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapı

arrow Ətraflı
Azərbaycanda süni brilliantın istehsalı planlaşdırılır like
  • 30 Yan 21:03  
Digərləri Azərbaycanda süni brilliantın istehsalı planlaşdırılır

Laborator şəraitdə süni brilliantlar bir çox sənayedə, tibbi avadanlıqla

arrow Ətraflı
Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib  FOTO like
  • 30 Yan 21:00  
Dünya Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib FOTO

Roma şəhərinin məşhur "Piazza dei Santi Apostoli" meydanında İt

arrow Ətraflı
Bakıda olay: "Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi..." – like
  • 30 Yan 20:55  
Digərləri Bakıda olay: "Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi..." –

Bakının Xətai rayonunda 1962-ci il təvəllüdlü Əsəd qısqanclıq zəmini

arrow Ətraflı
Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq? like
  • 30 Yan 20:49  
Digərləri Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq?

Azərbaycanda sovet dövründən qalan bəzi sahibsiz əmlakların özəlləşdi

arrow Ətraflı
Kəmalədən yeni like
  • 30 Yan 20:44  
Şou-biznes Kəmalədən yeni

Aktrisa-aparıcı Kəmalə Piriyeva növbəti dəfə kamera qarşısına keçib.

arrow Ətraflı
Lavrov ABŞ, Britaniya və Fransanın nüvə arsenalından danışdı like
  • 30 Yan 20:26  
Digərləri Lavrov ABŞ, Britaniya və Fransanın nüvə arsenalından danışdı

"ABŞ, İngiltərə və Fransanın bütün nüvə silahları birgə arsenal

arrow Ətraflı
DƏHŞƏT: Ailə üzvlərini öldürüb intihar etdi like
  • 30 Yan 20:20  
Digərləri DƏHŞƏT: Ailə üzvlərini öldürüb intihar etdi

Türkiyənin Qaziantepi vilayətində baş verən qətliamın yeni görüntülə

arrow Ətraflı
Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək like
  • 30 Yan 19:58  
Dünya Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək

Böyük Britaniya müttəfiq ölkələrlə birlikdə Fələstin dövlətinin rə

arrow Ətraflı
53 gün evli qalıb boşanan aktrisa əri ilə barışdı  FOTOlar like
  • 30 Yan 19:46  
Digərləri 53 gün evli qalıb boşanan aktrisa əri ilə barışdı FOTOlar

53 gün evli olan Merve Boluğur və DJ Mert Aydının yenidən bir araya gəlm�

arrow Ətraflı
Əməkdar artist: “Xanımların əksəriyyəti arı vurmuş kimi görünür” – like
  • 30 Yan 19:24  
Şou-biznes Əməkdar artist: “Xanımların əksəriyyəti arı vurmuş kimi görünür” –

Əməkdar artist Hüsniyyə Mürvətova üzündə estetik dəyişiklik edən xan

arrow Ətraflı
Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü  Dəhşətli qətlin like
  • 30 Yan 18:56  
Digərləri Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü Dəhşətli qətlin

Türkiyənin Zonquldak vilayətində 22 yaşlı həyat yoldaşı Bahar Kanyılm

arrow Ətraflı