Bakıda olay: "Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi..." –


Digərləri 30 Yan 2024 20:55:00 155 0

Bakıda olay: "Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi..." –

Bakının Xətai rayonunda 1962-ci il təvəllüdlü Əsəd qısqanclıq zəminində tanışı Vasifə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Əsəd rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı Südabənin onun tanışı Vasiflə yaxın münasibətdə olduğunu öyrənib. Vasifin yaşadığı binanın qarşısına gələrək onu gözləyib.

Vasif həmin vaxt yaşadığı ünvandan gedərkən onu izləyib. Yolda özündə olan bıçaqla Vasifə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vasifi tanıyır, əvvəllər onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb: "Südabə ilə 2010-cu ildə evlənmişəm, birgə nikahdan 2 azyaşlı övladımız var. Vasiflə münasibətim yaxşı olduğundan evimə tez-tez gəlib-gedib. Bir müddət sonra Vasifin arvadımla münasibət saxlamasından şübhələnməyə başladım".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı Südabənin telefonunda Vasiflə yazışmalarını görüb və Südabənin ona xəyanət etdiyini başa düşüb: "Bu barədə Südabəyə dedim. Əvvəlcə etiraf etmədi, heç bir münasibətlərinin olmadığını söylədi. Təkidlərimdən sonra Vasifi sevdiyini dedi.

Südabə tez-tez müxtəlif bəhanələrlə evdən gedərək Vasiflə görüşüb. Vasiflə danışanda dedim ki, Südabədən əl çək. Amma o, sözlərimə məhəl qoymadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il yanvar ayının əvvəllərində arvadı Südabənin mobil telefonunda yenidən mesajları görüb və əsəbləşərək onu döyüb: "Südabə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə şikayət etdi. Lakin sonradan barışıq ərizə yazdı. Şikayətə görə qanunsuz olaraq 8 yanvar 2023-cü ildə narkotik vasitələrdən istifadə etməyimlə bağlı Xətai Rayon Məhkəməsinin qərarı ilə mənə 15 gün inzibati həbs cəzası verildi".

Əsəd bildirib ki, yanvarın 23-də inzibati həbsdən çıxdıqdan sonra evə gəlib: "Yenə Südabə ilə danışdım, sərbəst həyat yaşamaq istəyirsə, boşanmağı təklif etdim. Bir müddət sonra o, uşaqları da götürərək məndən ayrı yaşamağa başladı. Südabənin Vasiflə münasibətinin davam etdiyini başa düşdüm".

Əsəd deyib ki, iyulun 13-də yaşadığı evdən mətbəx bıçağı götürüb, şalvarının sağ tərəfinə qoyaraq evdən çıxıb: "Həmin tarixdə saat 18 radələrində Vasifin yaşadığı Xətai rayonu, G.Şıxlinski küçəsindəki binanın qarşısına gəldim. Vasifin məni tanımaması üçün kənarda dayandım və ağzıma qara rəngli tibbi maska geyindim.

Təxminən 15 dəqiqə sonra saat 19.00-da radələrində Vasifin yaşadığı binada blokdan çıxdığını gördüm. O, blokdan çıxaraq mənə tərəf yox, əks tərəfdə, yuxarıya doğru getməyə başladı. Onun arxasınca getməyə başladım. Arxadan yaxınlaşdım. Əlimdə olan bıçaqla sağ bel nahiyəsindən 1 dəfə vurdum. Zərbənin təsirindən qışqıraraq məndən kənarlaşdı. Bu zaman ağzımda olan tibbi maskanı aşağı çəkərək özümü göstərdim.

Peşman olduğumu desəm, namusuma və qeyrətimə zidd olar. Polisə özüm təslim olmuşam. Bıçağı həmişə üstümdə gəzirməmişəm, həmin gün götürmüşəm. Spirtli içki də içməmişdim.

Südabə özü Vasiflə münasibəti olduğunu etiraf etmişdi. Xəyanətə görə onu döymüşəm. Məni Vasif və dostları döysə də, onlar barəsində cinayət işi başlanmadı. Vasifə cəmi 1 bıçaq zərbəsi vurmuşam".

İş üzrə zərərçəkmiş Vasifin sözlərinə görə, Əsəd əvvəllər onun yaşadığı məhəllədə qalıb: "Məni qonşu kimi yaşadığı evə çay içməyə dəvət etdi. Dəvəti qəbul edib onun evinə getdim. Sonra bir neçə dəfə də Əsədin evində oldumm.

Əsəd həm narkotik vasitələrdən istifadə edir, həm də satırdı. Mən narkotik vasitələrindən istifadə etdiyimdən Əsədin evinə narkotik üçün getmişəm. Hazırda reabilitasiya mərkəzində müalicə alıram. Əsədin evinə gedəndə arvadı Südabə ilə də tanış oldum.

Əsədgilin evində həmişə narkotik vasitə istifadəçilərini görürdüm. Bir neçə dəfə Əsədə iradımı bildirdim, ailəsi yaşadığı evə çoxlu adam gətirməməli olduğunu dedim. Amma sözlərimə məhəl qoymadı. Südabə də mənə hər dəfə Əsədin onu incitməsindən, vəziyyətlərinin pis olmasından şikayətlənirdi".

Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Südabə ilə münasibəti yaranıb: "Əsədin bizim münasibətlərimizdən məlumatı vardı. Onlar 4-5 dəfə kirayə yaşadıqları evləri dəyişirdirmişdilər. Əsədin hərəkətlərinə görə ev sahibləri onları evdən çıxarırdı.

Sonuncu dəfə Südabə uşaqlarla birlikdə binanın blokunda Əsəddən ayrı yaşamağa başladı. Buna görə televiziyadan gələrək onları çəkdilər. Çəkilişdən sonra Südabəyə yardım göstərilməyə başlandı. O, uşaqlarla birlikdə ayrı evdə yaşamağa başladı. Əsəd yenə də tez-tez Südabəyə zəng edərək onu narahat edirdi. Mənim də Südabə ilə münasibətim davam etdi".

Vasif deyib ki, iyulun 13-də yaşadığı evdən çıxıb, 150-200 metr getdikdən sonra qəflətən belinin arxa sağ tərəfindən nəsə bir şeyin dəydiyini hiss edib: "Mənim Südabə ilə münasibətimi Əsəd də bilib və bunu qəbul edib. Südabə ilə aramızda sevgi olub".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq? like
  • 30 Yan 20:49  
Digərləri Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq?

Azərbaycanda sovet dövründən qalan bəzi sahibsiz əmlakların özəlləşdi

arrow Ətraflı
Kəmalədən yeni like
  • 30 Yan 20:44  
Şou-biznes Kəmalədən yeni

Aktrisa-aparıcı Kəmalə Piriyeva növbəti dəfə kamera qarşısına keçib.

arrow Ətraflı
Lavrov ABŞ, Britaniya və Fransanın nüvə arsenalından danışdı like
  • 30 Yan 20:26  
Digərləri Lavrov ABŞ, Britaniya və Fransanın nüvə arsenalından danışdı

"ABŞ, İngiltərə və Fransanın bütün nüvə silahları birgə arsenal

arrow Ətraflı
DƏHŞƏT: Ailə üzvlərini öldürüb intihar etdi like
  • 30 Yan 20:20  
Digərləri DƏHŞƏT: Ailə üzvlərini öldürüb intihar etdi

Türkiyənin Qaziantepi vilayətində baş verən qətliamın yeni görüntülə

arrow Ətraflı
Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək like
  • 30 Yan 19:58  
Dünya Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək

Böyük Britaniya müttəfiq ölkələrlə birlikdə Fələstin dövlətinin rə

arrow Ətraflı
53 gün evli qalıb boşanan aktrisa əri ilə barışdı  FOTOlar like
  • 30 Yan 19:46  
Digərləri 53 gün evli qalıb boşanan aktrisa əri ilə barışdı FOTOlar

53 gün evli olan Merve Boluğur və DJ Mert Aydının yenidən bir araya gəlm�

arrow Ətraflı
Əməkdar artist: “Xanımların əksəriyyəti arı vurmuş kimi görünür” – like
  • 30 Yan 19:24  
Şou-biznes Əməkdar artist: “Xanımların əksəriyyəti arı vurmuş kimi görünür” –

Əməkdar artist Hüsniyyə Mürvətova üzündə estetik dəyişiklik edən xan

arrow Ətraflı
Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü  Dəhşətli qətlin like
  • 30 Yan 18:56  
Digərləri Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü Dəhşətli qətlin

Türkiyənin Zonquldak vilayətində 22 yaşlı həyat yoldaşı Bahar Kanyılm

arrow Ətraflı
"Keçmiş kişiliyini bərpa etsin" like
  • 30 Yan 16:55  
Şou-biznes "Keçmiş kişiliyini bərpa etsin"

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə qohumu ilə bağlı açıqlama

arrow Ətraflı
Muğanlıİsmayıllı yolu buz bağladı, qəza oldu like
  • 30 Yan 16:50  
Digərləri Muğanlıİsmayıllı yolu buz bağladı, qəza oldu

Duman və yolun buz bağlaması səbəbindən Qobustan ərazisində, Muğanlı-�

arrow Ətraflı
30 yaşlı kişini döyüb like
  • 30 Yan 16:46  
Digərləri 30 yaşlı kişini döyüb

Masallıda 30 yaşlı döyülərək öldürülüb.

arrow Ətraflı
Ayan günahlarını boynuna aldı like
  • 30 Yan 16:41  
Şou-biznes Ayan günahlarını boynuna aldı

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Bayden onu seçki kampaniyasına cəlb etmək niyyətindədir  FOTO like
  • 30 Yan 13:58  
Şou-biznes Bayden onu seçki kampaniyasına cəlb etmək niyyətindədir FOTO

ABŞ Prezidenti Co Baydenin köməkçiləri qarşıdan gələn prezident seçkis

arrow Ətraflı
Qəzzada HƏMASın tam məhvi mümkün olmayacaq  Rufiz Hafizoğlu like
  • 30 Yan 12:56  
Dünya Qəzzada HƏMASın tam məhvi mümkün olmayacaq Rufiz Hafizoğlu

Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq.

arrow Ətraflı
Bu şəxslərin pensiyalarında artım olmayacaq  onlar kimlərdir? like
  • 30 Yan 12:50  
Digərləri Bu şəxslərin pensiyalarında artım olmayacaq onlar kimlərdir?

"Əmək Pensiyaları" haqqına Qanuna əsasən, bütün növ əmək pe

arrow Ətraflı