Repetitorluq xidməti bahalaşdı Təhsili "bazar"a


Digərləri 26 Yan 2024 17:49:00 179 0

Repetitorluq xidməti bahalaşdı  Təhsili "bazar"a

Artıq bir neçə gündür bir sıra KİV və sosial mediada ilin əvvəlindən repetitorluq xidmətlərinin qiymətləri artdığı qeyd edilir. Artımların təxminən 30 faizə qədər olduğu bildirilib.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, repetitorluq Azərbaycanda universitetlərə qəbul olmaq üçün vasitə olaraq istifadə olunur.

"Repetitor xidməti vergiyə cəlb olunmur və bütövlükdə bu xidmətin legallaşdırılması istiqamətində bu və ya digər hüquqi tənzimləmələr həyata keçirilmir. Buna baxmayaraq, repetitor qiymətləri gündən-günə qalxır. Onların da kifayət qədər öz əsaslandırmaları var. Qeyd etdiyim kimi, bütövlükdə bütün xidmətləri bazar özü tənzimləyir və bazarda əgər tələbat varsa, təbii ki, o xidmətin qiyməti qalxır.

Görünən odur ki,tələbat var, çoxdur və eyni zamanda, bunun müqabilində onlar qiymətləri qaldırmaqda maraqlıdırlar. Yəni belə deyək, vergiyə cəlb olunmamaq məsələnin bir tərəfidir.

Niyə repetitorluğa bu qədər maraq var? Təbii ki, bu xidməti qadağa eləmək mümkün deyil. Çünki xidmət qanuni xidmətdir, onun vergi tərəfi başqa məsələdir. Bacaraqları, bilikləri olan şəxs, əlbəttə ki, repetitorluq fəaliyyəti ilə məşğul ola bilər, bu xidməti göstərə bilər. Amma məsələ budur ki, gələcəkdə bu xidmət daha da genişlənəcək. Hər zaman qeyd edirəm, bizdə repetitorluq daha çox təhsil müəssisələrinə qəbula xidmət edir.

Nəyə görə belə olmalıdır? Araşdıqda görürsən ki, o repetitorluq xidmətini göstərən adamların böyük əksəriyyəti elə orta məktəbdə müəllimdir. Ali təhsil müəssisələrində müəllimdir. Bir çox hallarda orta təhsil müəssisələrində olan müəllimlər bilərəkdən bu xidmətdən qazanmaq üçün sinifdə dərs keçmirlər, keyfiyyətli tədris aparmırlar.

Dərs keçənlərin də öz iddiaları var. Onlar qeyd edirlər ki, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar əsasında dərs qurmurlar. Yəni burada repetitorların iddiaları odur ki, tədris proqramları ilə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar arasında uyğunsuzluqlar var", - o qeyd edib.

İ.Orucov bildirib ki, repetitor tələbələrə müştəri gözündən baxırsa, həmin müəllimlərə qarşı ən sərt cəzalar tətbiq olunmalıdır.

"Bunlar uzaqlaşdırılmalıdır. Yoxsa gəlib məktəbdə gününü keçirib, sonra repetitor xidməti müqabilində pul almaq yaramaz. Siz təsəvvür edin, bir valideynin bir uşağının repetitor xərcləri 500-600-700 manat təşkil edir. Bu böyük məbləğdir.

Direktorlar bu istiqamətdə biabırçı fəaliyyətlə məşğuldurlar. Direktorlarvar ki, pul müqabilində məktəb binalarının qapılarını o repetitorların üzünə açırlar. Çirkin fəaliyyətlərdən biri odur ki, hansısa pul müqabilində şagirdlərin məktəbə gəlməməsinə göz yumurlar. Həftənin 2-3 günü şagird dərsə gəlmir. Mütləq şəkildə bunu həll etmək və üzərində getmək lazımdır", - deyə o vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xalq artistlərindən "darbuka" şousu  VİDEO like
  • 26 Yan 17:43  
Şou-biznes Xalq artistlərindən "darbuka" şousu VİDEO

Xalq artsitləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva bir araya gəlibl�

arrow Ətraflı
Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil olunub like
  • 26 Yan 17:42  
Kriminal Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil olunub

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev ad

arrow Ətraflı
Qorbaçovun səhvlərini təkrarlaya bilmərik like
  • 26 Yan 17:28  
Dünya Qorbaçovun səhvlərini təkrarlaya bilmərik

Belarusda nəsil dəyişikliyi baş verir və 80-ci illərin ikinci yarısının

arrow Ətraflı
Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exitpoll" keçiriləcək like
  • 26 Yan 17:23  
Digərləri Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exitpoll" keçiriləcək

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə ba�

arrow Ətraflı
Firəngiz Mütəllimova: like
  • 26 Yan 17:17  
Şou-biznes Firəngiz Mütəllimova:

"Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə

arrow Ətraflı
Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov like
  • 26 Yan 17:12  
Digərləri Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

arrow Ətraflı
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi  FOTOlar like
  • 26 Yan 17:07  
Şou-biznes Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi FOTOlar

Tanınmış yazıçı-jurnalist Həmid Herisçi qızılcaya tutulub.

arrow Ətraflı
XudafərinQubadlıLaçın yoluna düşən tarixi qəbirlər köçürüldü like
  • 26 Yan 14:55  
Digərləri XudafərinQubadlıLaçın yoluna düşən tarixi qəbirlər köçürüldü

Xudafərin- Qubadlı - Laçın yolunun layihələndirilməsi zamanı tikinti alt

arrow Ətraflı
Azərbaycanda bu universitet MMCyə çevrildi like
  • 26 Yan 14:51  
Digərləri Azərbaycanda bu universitet MMCyə çevrildi

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib.

arrow Ətraflı
Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətidi like
  • 26 Yan 14:48  
Digərləri Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətidi

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nətic

arrow Ətraflı
Yaponiya Türkiyə parlamentinin bu qərarını dəstəklədi like
  • 26 Yan 14:42  
Dünya Yaponiya Türkiyə parlamentinin bu qərarını dəstəklədi

"Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış ç

arrow Ətraflı
Efirdə evlilik təklifi alan aktrisa dava saldı  "Ayıb olsun sənə" like
  • 26 Yan 14:37  
Şou-biznes Efirdə evlilik təklifi alan aktrisa dava saldı "Ayıb olsun sənə"

Sosial proqramlara ekspert kimi qatılan aktrisa Nəzakət Məmmədova ona elçi

arrow Ətraflı
Məxfi sənəd açıqlandı: Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib  Nə cavab alıb? like
  • 26 Yan 12:54  
Dünya Məxfi sənəd açıqlandı: Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib Nə cavab alıb?

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-O

arrow Ətraflı
Həftə sonunun havası açıqlandı like
  • 26 Yan 12:45  
Digərləri Həftə sonunun havası açıqlandı

Yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı