Firəngiz Mütəllimova:


Şou-biznes 26 Yan 2024 17:17:00 143 0

Firəngiz Mütəllimova:

"Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər  qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu barədə fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı, indiyə qədər deyilərdi".

Son.az bildirir ki,bu sözləri "Musavat"a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova "Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb" fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:

"Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu barədə düşünməmişəm, ağlıma da gəlməyib.  Əgər deyildiyi kimi olsaydı, bunu ilk növbədə biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.

Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.

İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, onda bu cür variantlara əl atır.

Yaşar Nuri kimi sənətkarlarımız bütün ömürlərini, canlarını, sağlamlıqlarını bu sənətə həsr ediblər. Bu cür şeylər eşidəndə düşünürəm ki, ay Allah, gör hara gəlib çıxmışıq.

Əsl peşəkar sənətkarın qədrini onu sevənlər, xalq bilir. Hamı bilir ki, kimin yeri haradır, hansı səviyyədə, pillədədir, necə işləyir. Yəni hər şey göz qabağındadır. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Yaxşı atın dalınca həmişə toz  qopar, qoy qopsun..."

Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin "YouTube" layihəsi olan "Popumuz var"ın növbəti qonağı olan aktyor Nofəl Şahlaroğlu mərhum Xalq artisti Yaşar Nuri haqqında qalmaqallı fikirlər səsləndirib. Aktyor qeyd edib ki, Yaşar Nuri 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırıb.

Xalq artistinin xanımı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva məsələyə sərt reaksiya veriblər. Qeyd ediblər ki, adıçəkilən tamaşada, ümumiyyətlə, gey obrazı olmayıb.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov like
  • 26 Yan 17:12  
Digərləri Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

arrow Ətraflı
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi  FOTOlar like
  • 26 Yan 17:07  
Şou-biznes Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi FOTOlar

Tanınmış yazıçı-jurnalist Həmid Herisçi qızılcaya tutulub.

arrow Ətraflı
XudafərinQubadlıLaçın yoluna düşən tarixi qəbirlər köçürüldü like
  • 26 Yan 14:55  
Digərləri XudafərinQubadlıLaçın yoluna düşən tarixi qəbirlər köçürüldü

Xudafərin- Qubadlı - Laçın yolunun layihələndirilməsi zamanı tikinti alt

arrow Ətraflı
Azərbaycanda bu universitet MMCyə çevrildi like
  • 26 Yan 14:51  
Digərləri Azərbaycanda bu universitet MMCyə çevrildi

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib.

arrow Ətraflı
Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətidi like
  • 26 Yan 14:48  
Digərləri Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətidi

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nətic

arrow Ətraflı
Yaponiya Türkiyə parlamentinin bu qərarını dəstəklədi like
  • 26 Yan 14:42  
Dünya Yaponiya Türkiyə parlamentinin bu qərarını dəstəklədi

"Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış ç

arrow Ətraflı
Efirdə evlilik təklifi alan aktrisa dava saldı  "Ayıb olsun sənə" like
  • 26 Yan 14:37  
Şou-biznes Efirdə evlilik təklifi alan aktrisa dava saldı "Ayıb olsun sənə"

Sosial proqramlara ekspert kimi qatılan aktrisa Nəzakət Məmmədova ona elçi

arrow Ətraflı
Məxfi sənəd açıqlandı: Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib  Nə cavab alıb? like
  • 26 Yan 12:54  
Dünya Məxfi sənəd açıqlandı: Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib Nə cavab alıb?

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-O

arrow Ətraflı
Həftə sonunun havası açıqlandı like
  • 26 Yan 12:45  
Digərləri Həftə sonunun havası açıqlandı

Yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğulubmuş like
  • 26 Yan 12:36  
Digərləri Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğulubmuş

Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxa

arrow Ətraflı
Lətifənin biznes profili oğurlandı  FOTO like
  • 26 Yan 12:35  
Şou-biznes Lətifənin biznes profili oğurlandı FOTO

Lətifə Soyuöz də xaker hücumlarına məruz qalan sənətçilər sırasına

arrow Ətraflı
Keçən il intihar edənlərin sayı açıqlandı like
  • 26 Yan 12:24  
Digərləri Keçən il intihar edənlərin sayı açıqlandı

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.

arrow Ətraflı
Paşinyan bu gün Gürcüstana gedəcək like
  • 26 Yan 12:19  
Dünya Paşinyan bu gün Gürcüstana gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfə

arrow Ətraflı