“Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə...”


Kriminal 25 Yan 2024 11:33:00 183 0

“Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə...”

"Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən hamı mənə mesaj yazıb, başsağlığı verir. Yusif Şeyxova da yazdım ki, biz dostumuzu itirdik. Filmdən sonra biz çox yaxın idik, tez-tez görüşürdük. Onlar bizə gəlirdilər, biz onlara gedirdik".

Son.az bildirir ki, bunu moderator.az-a açıqlamasında "Sehirli xalat" filmində "Zərifə" rolunun ifaçısı Solmaz Hətəmova ötən gün dünyasını dəyişən həmkarı, "Rəşid" rolunun ifaçısı Azər Qurbanovdan danışarkən deyib. 

"Filmin 50 illik yubileyində onu dəvət etdik, amma gəlmədi. Fikirləşirəm ki, bəlkə o vaxtı da xəstə idi. Bizə şəkil göndərdi, onda da sağlam adama oxşamırdı. Səhv etmirəmsə, anası sağ idi. Yaşı 90-nı keçib. Azərin 69 yaşı var idi. Bakıda yaşayırdılar. Moskvaya gedib təhsil aldı, sonra orada qalıb çəkildi. Məni də dəvət etmişdilər, "Odessa" kinostudiyasının lentə aldığı filmdə "Ərəb şəhzadəsi"ni oynayırdı. Çox təəssüf ki, son dəfə görüşə bilmədik. Təxminən 40 il idi ki, bir-birimizi görmürdük. Kaş bir dəfə görüşərdik, qismət olmadı. Bir müddət Almaz Mustafayeva ilə birlikdə Gənc Tamaşaçılar Teatrında çalışıb. Son dəfə onu görsəydim, soruşardım ki, nə edir, necədir, nə işlə məşğuldur? Sonuncu dəfə "O üz" verilişində biz bir araya gəldik. Yusif Şeyxov, Nazim Mustafayevlə görüşdük. Azər Qurbanov da onlayn müsahibə vermişdi. Müsahibəsində də bildirmişdi ki, məni də, Yusifi də çox istəyir", - deyə sənətçi bildirib.

Filmdə "Eldar" rolunu oynayan Əməkdar mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov da xatirələrini bölüşüb.

"Azər uzun illər idi ABŞ-də yaşayırdı. Orada özünün biznesi var idi. Sosial şəbəkədə əlaqə saxlayırdıq. Çünki bizim ölkələrimiz arasında saat fərqi var idi. Filmin uğurundan danışırdıq, sevinirdi, fərəhlənirdi. Oğlu iki gün öncə mənə zəng edib. Mən eşitməmişdim. Səhər durub zəng etdim, özü cavab vermədi. Oğlu dedi ki, atam rəhmətə gedib. ABŞ-də dəfn olunub. Ağır xərçəng xəstəsi olub. 5 il idi xəstə idi. Amma heç kəsə bildirməyib. Azər həyat yoldaşı və oğluyla yaşayırdı. Oğlu deyir ki, mədəsindən şikayət edib, bilməyib xərçəng olduğunu. Çox ağır şəraitdə xəstəxanaya yerləşdirilib. Xərçəng artıq bir neçə orqanına yayılıb. Azərə əli çatmayanlar mənim vasitəmlə onunla əlaqə saxlayırdılar. Çox vaxtı da cavab vermirdi. "O üz" verilişində bizi onlayn salamlamışdı. "Facebook"da sonuncu statusunda onu tanıyanların hamısına təşəkkür edib. Sanki Azər bu mesajla bizlərlə vidalaşırdı. Çox qəmgin yazı idi. Biz dostumuzu, ən əsası uşaqlıq dostumuzu itirdik. Allah ona rəhmət etsin".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bunu həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır like
  • 25 Yan 11:28  
Dünya Bunu həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır

Azərbaycanın Qarabağda qazandığı zəfəri həzm edə bilməyən Aİ və Fr

arrow Ətraflı
Əliyevin “Suriya ssenarisi”: Ermənistan like
  • 25 Yan 11:24  
Digərləri Əliyevin “Suriya ssenarisi”: Ermənistan

Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa plat

arrow Ətraflı
Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi like
  • 25 Yan 11:23  
Digərləri Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən

arrow Ətraflı
Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU – like
  • 25 Yan 11:18  
Şou-biznes Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU –

Dünya pop musiqisinin ulduzu Cennifer Lopez Paris Moda Həftəsinə qatılıb.�

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 25 Yan 09:55  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

arrow Ətraflı
İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır  FOTO like
  • 25 Yan 09:47  
Digərləri İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bö

arrow Ətraflı
Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi like
  • 25 Yan 07:54  
Digərləri Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi

Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksin�

arrow Ətraflı
Göygöldə avtomobil qəzası olub, yaralananlar var like
  • 25 Yan 07:51  
Digərləri Göygöldə avtomobil qəzası olub, yaralananlar var

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zaman

arrow Ətraflı
Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır like
  • 25 Yan 07:49  
Dünya Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu

arrow Ətraflı
Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı like
  • 25 Yan 07:46  
Şou-biznes Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı

Aktrisa Sevinc Əliyevanın "Instagram" səhifəsi oğurlanıb.

arrow Ətraflı
Bu yağları yeməyin, çox zərərlidir! like
  • 25 Yan 07:46  
Digərləri Bu yağları yeməyin, çox zərərlidir!

Son zamanlar Cənubi Asiya ölkələrində geniş yayılmış əridilmiş yağ v

arrow Ətraflı
"Başımıza oyun açırlar"  FOTOlar like
  • 25 Yan 05:05  
Şou-biznes "Başımıza oyun açırlar" FOTOlar

Son günlər dəb olan süni intelekt vasitəsilə foto hazırlamaq ənənəsin�

arrow Ətraflı
“Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi like
  • 25 Yan 04:04  
Şou-biznes “Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

Moskvanın Taqanski Rayon Məhkəməsi  "çılpaq gecə"nin təşkila

arrow Ətraflı
Azərbaycanda qədim pullar bu qiymətə SATILIR  VİDEO like
  • 25 Yan 03:03  
Digərləri Azərbaycanda qədim pullar bu qiymətə SATILIR VİDEO

Satış platformalarında qədim pullar dəyərindən yüksək qiymətə təkl

arrow Ətraflı
Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi  FOTOlar like
  • 25 Yan 02:02  
Şou-biznes Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi FOTOlar

Dünya şöhrətli aktrisa Monika Belluççi və Vensan Kasselin 19 yaşlı qız

arrow Ətraflı