Bunu həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır


Dünya 25 Yan 2024 11:28:00 145 0

Bunu həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır

Azərbaycanın Qarabağda qazandığı zəfəri həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır.

Son.az xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında YUNESKO-nun Mədəniyyət Diplomatiyası və İdarəetmə Kafedrasının rəhbəri Selin Şenocak deyib.

"Son aylarda həm Fransa, həm də Aİ Parlamenti və Şurasının Azərbaycana qarşı göstərdiyi münasibət və diplomatik təhdidlər Azərbaycanın Qarabağda qələbəsi qarşısında həzmsizliyin göstəricisidir. Azərbaycan və Ermənistanın regionda daimi sülh üçün konkret addımlar atmasının qarşısını almaq üçün hər cür təxribatlara əl atan Aİ, xüsusilə də Fransa bölgədə heç vaxt sülh istəmədiklərini açıq şəkildə bildirdilər. Biz indi daha yaxşı başa düşürük ki, 1992-ci ildən bu yana 30 ildən artıqdır ki, ATƏT tərəfindən şüurlu şəkildə həll olunmayan münaqişələr, əslində, ATƏT-ə üzv Avropa ölkələrinin Qarabağda Ermənistanın işğalı və qırğınlarına passiv və biganə qalmasının səbəbidir. Çünki Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi onlarına maraqlarına uyğun deyil",- deyə o bildirib.

Selin Şenocak vurğulayıb ki, bu vəziyyət nəinki laqeydlikdir, hətta daha dəhşətlisi odur ki, Fransa Ermənistana açıq-aşkar yüksək texnologiyalı silahlar göndərməklə ciddi təxribatçı siyasət yürüdür və Aİ-nin digər üzv dövlətlərini də prosesə cəlb etməyə çalışır. İnsan haqlarının, demokratiyanın, sülhün, qardaşlığın yalançı təbliğatını aparan Aİ dəyər sisteminin əslində qırğın, müharibə, münaqişə və ədalətsizlik olduğunu görürük. Aİ hələ də müstəmləkəçilik zehniyyətindən qurtula bilməyib.

"Avropa öz tarixi boyu dünyada həmişə müharibəni dəstəkləyib, sülhü yox. Bütün dünya gördü ki, Ukrayna ilə Rusiya arasında müharibə Aİ və ABŞ, eləcə də Ukraynadakı sülh danışıqlarını pozan və qarşısını almağa çalışan Avropa dövlətləri tərəfindən törədilib. Belə ki, onlar həm həmin ölkələrə silah satırlar, həm də münaqişələr yolu ilə regionda nüfuzlarını və mövcudluqlarını qorumağa çalışırlar. Oktyabrın 7-dən bu yana Qəzzada 11 mindən çox uşaq, eləcə də, Fələstin xalqı aclıq və qırğınlarla açıq şəkildə qətlə yetirilərkən, Avropa ölkələrinin susması insan haqları baxımından böyük bir faciəni göstərir. Elə həmin müstəmləkəçi, irqçi zehniyyətdir ki, Skyse-Picot razılaşması ilə Yaxın Şərqi bir əsr boyu sonsuz müharibəyə, qan gölünə çevirdi",- deyə Selin Şenocak əlavə edib.

Selin Şenocak onu da qeyd edib ki, Covid-dən bəri nəhəng iqtisadi böhranla mübarizə aparan Avropa, Ukrayna müharibəsindən daha da sarsılır və alternativ çıxış nöqtələri axtarır. Azərbaycan, özünə qarşı sanksiya təhdidlərinə və diplomatik şantajlara boyun əyməməli və xüsusilə iqtisadi sahədə "diplomatik qarşılıqlılıq" prinsipini nəzərə almalıdır ki, bu da Aİ ölkələrinin münasibətini dəyişə bilər.

"Bundan başqa, beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qara təbliğat fonunda ciddi yeni lobbiçilik cəhdlərinə üstünlük verilməlidir. Azərbaycanın Qarabağda illərdir yaşadığı incikliklər, haqsızlıqlar, Qarabağda qələbəsinin əhəmiyyəti "yeni xalq diplomatiyası strategiyası" çərçivəsində müzakirə edilməlidir. Azərbaycan regionda hər cəhətdən çox güclü ölkədir və təhdidlər qarşısında bu qüdrətini iqtisadi və diplomatik yollarla göstərmək, yeni ittifaqlar yaratmaq hər cür sanksiyalara rəğmən gücünü daha da artıracaqdır",- deyə o bildirib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

Əliyevin “Suriya ssenarisi”: Ermənistan like
  • 25 Yan 11:24  
Digərləri Əliyevin “Suriya ssenarisi”: Ermənistan

Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa plat

arrow Ətraflı
Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi like
  • 25 Yan 11:23  
Digərləri Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən

arrow Ətraflı
Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU – like
  • 25 Yan 11:18  
Şou-biznes Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU –

Dünya pop musiqisinin ulduzu Cennifer Lopez Paris Moda Həftəsinə qatılıb.�

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 25 Yan 09:55  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

arrow Ətraflı
İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır  FOTO like
  • 25 Yan 09:47  
Digərləri İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bö

arrow Ətraflı
Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi like
  • 25 Yan 07:54  
Digərləri Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi

Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksin�

arrow Ətraflı
Göygöldə avtomobil qəzası olub, yaralananlar var like
  • 25 Yan 07:51  
Digərləri Göygöldə avtomobil qəzası olub, yaralananlar var

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zaman

arrow Ətraflı
Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır like
  • 25 Yan 07:49  
Dünya Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu

arrow Ətraflı
Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı like
  • 25 Yan 07:46  
Şou-biznes Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı

Aktrisa Sevinc Əliyevanın "Instagram" səhifəsi oğurlanıb.

arrow Ətraflı
Bu yağları yeməyin, çox zərərlidir! like
  • 25 Yan 07:46  
Digərləri Bu yağları yeməyin, çox zərərlidir!

Son zamanlar Cənubi Asiya ölkələrində geniş yayılmış əridilmiş yağ v

arrow Ətraflı
"Başımıza oyun açırlar"  FOTOlar like
  • 25 Yan 05:05  
Şou-biznes "Başımıza oyun açırlar" FOTOlar

Son günlər dəb olan süni intelekt vasitəsilə foto hazırlamaq ənənəsin�

arrow Ətraflı
“Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi like
  • 25 Yan 04:04  
Şou-biznes “Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

Moskvanın Taqanski Rayon Məhkəməsi  "çılpaq gecə"nin təşkila

arrow Ətraflı
Azərbaycanda qədim pullar bu qiymətə SATILIR  VİDEO like
  • 25 Yan 03:03  
Digərləri Azərbaycanda qədim pullar bu qiymətə SATILIR VİDEO

Satış platformalarında qədim pullar dəyərindən yüksək qiymətə təkl

arrow Ətraflı
Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi  FOTOlar like
  • 25 Yan 02:02  
Şou-biznes Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi FOTOlar

Dünya şöhrətli aktrisa Monika Belluççi və Vensan Kasselin 19 yaşlı qız

arrow Ətraflı
“Bu qədər pulun hara xərcləndiyini bilmirik” like
  • 25 Yan 01:29  
Dünya “Bu qədər pulun hara xərcləndiyini bilmirik”

"Vaşinqton Kiyevə ayrılan pulların hara xərcləndiyini bilmir".

arrow Ətraflı